Məhkəmə qərarları › İş №2(011)-545/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-545/2023

16.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-545/2023 16.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – Mənə məxsus ünvan 1 ünvanında yerləşən quraşdırılmış qaz sayğacı (abonent kodu:**********0000052) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 3405 (üç min dörd yüz beş) manat 96 qəpik məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdir. Həmin ünvanda yerləşən fərdi yaşayış evində təmir işləri bir neçə ay bundan əvvəl yekunlaşdığı üçün o, öz ailə üzvləri ilə birlikdə bir neçə aydır ki, həmin ünvanda yaşayır. Yaşadığı müddət ərzində vaxtı-vaxtında həmin ünvanlara aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Bu ünvanda quraşdırılmış qaz sayğacı adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin əməkdaşları onun məlumatı olmadan güya həmin ünvana baxış keçirtmiş, guya həmin ünvanda təbii qazdan qeyri-qanuni istifadə etdiklərini aşkar etmişdirlər. Buna görə də 30 mart 2019-cu il tarinxdən 30 aprel 2020-ci il tarixinədək olan dövrdə 12 dəfə akt tərtib edərək ona bu dövr üçün ümumilikdə itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 2680,20 manat məbləğində əsassız borc yazmışdırlar. Bundan başqa Birliyin əməkdaşkları guya həmin ünvana xx.xx.2022-ci il tarixində də baxış keçirtmiş, akt tərtib etmiş, bu akta görə isə ona 725,76 manat məbləğində əsassız borc yazmışdırlar. İddiaçıya məxsus qeyd etdiyi ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmə halı olmadan Birliyin əməkdaşları ondan məlumatsız aktlar tərtib etmiş, bu aktlar əsasında əsassız borc yazmışdırlar. Sözügedən aktlar onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir, yəni həmin aktlara əlavə olunan fotoşəkillər ona məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında Birliyin əməkdaşlarından ibarət hesablama komissiyası tərəfindən verilmiş 29 mart 2019-cu il tarixli rəydə guya ona məxsus ünvanda güya mövcud olmuş qaz cihazlarının adı göstərilmişdir. Həmin rəydə güya ona məxsus ünvanda “PQ-4”, “QSQ" və “Dəmir sobanın" olması qeyd olunmuşdur. PQ-4 tipli qaz peçinin saatlıq qaz sərfıyyatı 1,2 kub metr olmaqla orta günlük iş rejimi 6 saat, ”QSQ”-nin saatlıq qaz sərfıyyatı 1,5 kub metr, orta günlük iş rejimi 8 saat, “Dəmir soban”nın saatlıq qaz sərfıyyatı 1,4 kub metr, orta günlük iş rejimi 18 saat olmaqla hesabat 180 gün üçün aparılmışdır. 30 aprel 2019-cu il tarixli aktla qaz cihazlarının adları, onların saatlıq qaz sərfıyyatı və orta günlük iş rejimi 29 mart 2019-cu il tarixli aktda göstərildiyi kimi qeyd olunsa da, hesabat 30 günlük müddət üçün aparılmışdır. Komissya tərəfindən tərtib olunmuş 28 iyun 2019-cu il tarixli aktda ona məxsus ünvanda mövcud olan qaz cihazlarının yuxarıda göstəridiyi kimi üç adda (PQ-4”, “QSQ” və “Dəmir sobanın”) deyil, iki adda (PQ-4”, “QSQ”) olması qeyd edilmiş, cihazların maksimal saatlıq qaz sərfiyyatının əvvəlki aktlarda göstərildiyi kimi, orta günlük iş rejimi yay ayları üçün 4 saat olması qeyd edilsə də, hər iki cihazın orta günlük iş rejimi müvafiq olaraq 10 və 14 saat kimi qəbul olunaraq hesabat isə 30 günlük müddət üçün aparılmışdır. Komissiya tərəfindən tərtib olunmuş 31 iyul 2019-cu il, 30 sentyabr 2019-cu il və 30 oktyabr 2019-cu il tarixli rəylərdə qaz cihazlarının adları əvvəlki akta göstərildiyi kimi, yəni PQ-4” və “QSQ” olması qeyd edilmiş, cihazların maksimal saatlıq qaz sərfıyyatdı PQ-4 üçün 1,2 kub metr, QSSQ üçün isə 1.5 kub metr, orta günlük iş rejimi 4 saat olmaqla hesabat 31 iyul 2019-cu il tarixli və 30 oktyabr 2019-cu il tarixli rəydə 30 gün, 30 sentyabr 2019-cu il tarixli rəydə 60 gün üçün aparılmışdır. Komissiya tərəfindən tərtib olunmuş 29 noyabr 2019-cu il tarixli rəydə ona məxsus ünvanda guya “PQ-4”, “QSQ” və “Dəmir sobanın” olması qeyd olunmuşdur. PQ-4 tipli qaz peçinin saatlıq qaz sərfıyyatı 1,2 kub metr olmaqla orta günlük iş rejimi 6 saat, “QSQ”-nin saatlıq qaz sərfıyyatı 1,5 kub metr, orta günlük iş rejimi 8 saat, “Dəmir soban”nın saatlıq qaz sərfıyyatı 1,4 kub metr, orta günlük iş rejimi 18 saat olmaqla hesabat 30 gün üçün aparılmışdır. Komissiya tərəfindən tərtib olunnuş 30 dekabr 2019-cu il, 30 yanvar 2020-ci il, 28 fevral 2020-ci il və 30 mart 2020-ci il tarixli aktlarda da ona məxsus ünvanda guya PQ-4”, “QSQ” və “Dəmir sobanın” olması qeyd olunmuşdur. PQ-4 tipli qaz peçinin maksimal saatlıq qaz sərfıyyatı 1,2 kub metr, “QSQ”-nin maksimal saatlıq qaz sərfıyyatı 1,5 kub metr,“Dəmir soban”nın maksimal saatlıq qaz sərfıyyatı 1,4 kub metr olmaqla orta günlük iş rejimi bütün cihazlar üçün 24 saat olmaqla hesabat hər dörd rəydə 30 gün üçün aparılmışdır. Komissiya tərəfindən tərtib olunmuş 30 aprel 2020-ci il tarixli rəydə mənə məxsus yuxarıda qeyd olunan ünvanda guya mənə məxsus ünvanda guya PQ-4”, “QSQ” və “Raditaron” (bu rəydə “Dəmir sobanın deyil, radiatorun olması) qeyd edilmişdir. Cihazların maksimal saatlıq qaz sərfıyyatı müvafiq olaraq 1,2 kub metr, 1,5 kub metr və 0,8 kub metr, cihazların orta günlük iş rejimi 24 saat olmaqla hesabat müddəti 30 günlük müddət üçün aparılmışdır. Komissiya tərəfindən tərtib olunmuş 30 iyun 2022-ci il tarixli rəydə də,ona məxsus ünvanda guya “PQ-4” tipli qaz peçinin və “QSQ”-nin olması qeyd edilmiş, PQ-4 tipli qaz peçinin maksimal saatlıq sərfıyyatı 1,2 kub metr, “QSQ”-nin maksimal saatlıq qaz sərfıyyatı isə 3 kub metr göstərilmişdir (halbuki digər aktlarda maksimal saatlıq qaz sərfıyyatı 1,5 kub metr göstərilmişdir). Göründüyü kimi Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda ona məxsus ünvanda ilin eyni vaxtlarına gərə müxtəlif səriyyatlar hesablanmış, müxtəlif aktlarda həmin ünvanda guya müxtəlif qaz cihazlarının olması qeyd edilmiş, eyni cihaza görə isə ayrı-ayrı aktlarda fərqli sərfiyyatlar qeyd olunmuşdur. Birliyin əməkdaşları tərəfindən həmin ünvanla bağlı aktlar tərtib olunan zaman orada ümumiyyətlə yaşayış olmamışdır. Ona görə də təbii qazdan istifadə etmək üçün hər hansı bir zərurət olmamışdır. Buna baxmayaraq, Komissiya mövcud olmayan cihazlara görə sərfiyyat hesablamış və ona əsassız borc yükləmişdir. Bu onu deməyə əsas verir ki, birliyin əməkdaşları mənə məxsus ünvana baxış keçirtmədən aktlar tərtib etmiş, aktlarda isə öz fərziyyələrinə uyğun, işin həqiqi hallarından kənar məlumatlar daxil etmişdirlər. Bu hal ayrı-ayrı aktlarda fərqli cihazların qeyd edilməsi ilə bir daha öz təsdiqini tapır. Bununla da Birliyin məqsədi işin həqiqi hallarını aşkara çıxartmaq deyil, vətəndaşlara əsassız borc yükləməkdən ibarət olmuşdur. Aktda göstərilən cihazların mövcud olmadığı halda buna görə sərfiyyatın hesablanması, bu sərfiyyata görə ondan hər hansı bir məbləğin tələb olunması heç bir halda ədalətli və qanuni ola bilməz.Komissiya tərəfindən aparılmış hesablama ilə də razı deyil. Belə ki, komissiya tərəfindən verilmiş rəylərin hamısında məişət qaz cihazlarının saatlıq qaz sərfiyyatı qeyd edilmişdir. Həmin cihazların saatlıq qaz sərfiyyatının reallıqda aktlarda göstərildiyi kimi olmasına dair iş materiallarında hər hansı bir sübut yoxdur. Ona görə də Cavabdeh İB-nin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəylərdə göstərilən qaz sərfıyyatı, bu sərfiyyat əsasında hesablanmış borc məbləğləri ilə razı deyil. Bundan başqa Birliyin əməkdaşlarından ibarət komissiyanın bəzi rəylərində qeyd olunan cihazların 24 saat fasiləsiz işləməsi qeyd olunmuşdur. Hər hansı bir qaz, cihazının 30, 60 gün müddətində fasiləsiz işləməsi mümkün deyildir. Bu həmin cihazlarla bağlı istehsalçı tərəfindən verilmiş təlimatda da qadağan edilir. Birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki, Birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəylərində ona məxsus ünvanlarda istifadə olunan qaz cihazları və onların saatlıq sərfıyyatı qeyd edilmişdir. Lakin həmin cihazların reallıqda mövcud olması və qaz sərfiyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X6 iddia ərizəsinə etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: “Təbii X4nın pozulması haqqında” 0213009, 0216902, 0230908,0231434,0237759,0247302,**********2395,0265808,0270555,0274937, 0283782,0345985 saylı aktların surətindən görünür ki, təbii qazdan qeydiyyatsız qeyriqanuni istifadə edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçıya 2019-cu ildə 1542,60 manat, 2020-ci ildə 1137,60 manat, 2022-ci ildə 725,76 manat olmaqla cəmi 3405,96 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, həmin evdə usta kimi çalışmışdır, orada qazdan istifadə etməyiblər, yalnız elektrik tokdan istifadə edirdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəmədə digər şahid Zahid Mahmudzadənin ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2093 saylı arayışdan görünür ki, iddiaçı iyun 2022-ci ildən həmin yaşayış sahəsində (Qobu qəsəbəsi, Yeni Məhəllə) yaşayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin və şahidlərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə baxış keçirilərkən cavabdehin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə halının aşkar olunması əsası ilə dəfələrlə aktlar tərtib olunmuş və müvafiq olaraq itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 3405,96 manat məbləğində borc tələb edilmişdir. Təqdim edilmiş aktlarla bağlı məhkəmə qeyd edir ki, həmin aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən onlar mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, “X4”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Cavabdeh tərəfindən qanunsuz qaz xətti aşkar edildikdə, onun dərhal şəbəkədən ayrılmasını, qazın verilməsinin dayandırılması və dəymiş zərərin ödənilməsini dərhal cavabdehdən tələb edilməsi barədə qanunvericiliyin imperativ tələbinə riayət edilməsi iş materialları ilə müəyyən edilmir. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdeh qeyd olunan dövrdə iddiaçının sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də, iddiaçının qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı mənzildə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə hesablanmış 3405,96 manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 3405,96 manat olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 54,06 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan, Qobu qəs.ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu **********00052) hesablanmış 3405,96 (üç min dörd yüz beş manat doxsan altı qəpik) manat borc silinsin. Cavabdehndən 54,06 (əlli dörd manat altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar