Məhkəmə qərarları › İş №2(011)-5470/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5470/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5470/2020 27.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən, Philips markalı tozsoran üçün 76 manat ödənilməmiş hissə, 7 manat cərimə; xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən, Panasonic Dect üçün 33 manat ödənilməmiş hissə, 3 manat cərimə; xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********66594 olan Samsung Galaxy A20 markalı telefon, 4D Glass Full qoruyucu örtük üçün 6 manat ödənilməmiş hissə, 0 manat cərimə; xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********90547 olan Samsung Galaxy A20 markalı telefon üçün 270 manat ödənilməmiş hissə, 27 manat cərimə; xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən, Gorenje markalı plitə, Vinzer Concord markalı çaydan üçün 455 manat ödənilməmiş hissə, 45 manat cərimə olmaqla, cəmi 922 manat pul, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 952 manat pulun Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il, xx xxx 2019-cu il, xx xxx 2019-cu il, xx xxx 2019-cu il və xx xxx 2019-cu il tarixli alğısatqı müqavilələrinə əsasən, cavabdeh Philips markalı tozsoran, Panasonic dect, Samsung Galaxy A20 markalı telefon, 4D Glass Full qoruyucu örtük, Samsung Galaxy A20 markalı telefon, Gorenje markalı plitə, Vinzer Concord markalı çaydan almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə alğı-satqı müqavilələrinə əsasən cəmi 922 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.409 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh dəyəri 342 manat olan Philips markalı tozsoran, dəyəri 84 manat olan Pansonic dect, dəyəri 562 manat olan Samsung Galaxy A20 markalı telefon və 4D Glass Full qoruyucu örtük, dəyəri 546 manat olan Samsung Galaxy A20 markalı telefon, dəyəri 715 manat olan Gorenje markalı plitə, Vinzer Concord markalı çaydan almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən xx xxxxxxxx 2020-ci il tarixə ümumilikdə 922 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materialları ilə müəyyən edildi ki, “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən sonuncu müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən yuxarıda qeyd edilən müqavilə üzrə ümumilikdə 922 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən 76 (yetmiş altı) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə; xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən 33 (otuz üç) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə; xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən 6 (altı) manat ödənilməmiş hissə; xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə; xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən 455 (dörd yüz əlli beş) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə olmaqla, cəmi 922 (doqquz yüz iyirmi iki) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, cəmi 952 (doqquz yüz əlli iki) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar