Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5477/2021 28.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi X1 iştirakı ilə "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.12.2019-cu il tarixli müqaviləsinə əsasən, iPhone 11 markalı telefon üçün 1193 manat ödənilməmiş hissə, 358 manat dəbbə, 08.12.2019-cu il tarixli müqaviləsinə əsasən, iPhone 11 Pro markalı telefon, Apple markalı saat, X4 markalı qulaqlıq, 2 ədəd aksesuar üçün 4739 manat ödənilməmiş hissə, 1452 manat dəbbə, 13.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple markalı saat, X4 markalı qulaqlıq üçün 1830 manat ödənilməmiş hissə, 549 manat dəbbə pulu, ümumilikdə 10121 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.M.Aslanov iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh, "xxxx" MMC ilə 05.12.2019-cu il tarixli müqaviləsinə əsasən, iPhone 11 markalı telefon, 08.12.2019-cu il tarixli müqaviləsinə əsasən, iPhone 11 Pro markalı telefon, Apple markalı saat, X4 markalı qulaqlıq, 2 ədəd aksesuar, 13.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple markalı saat, X4 markalı qulaqlıq almışdır, hazırda 05.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2388 manat olan iPhone 11 markalı telefon üçün ümumilikdə, 1551 manat olmaqla ondan, 1193 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 358 manat dəbbə borcu, 08.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5815 manat olan iPhone 11 Pro markalı telefon, Apple markalı saat, X4 markalı qulaqlıq, 2 ədəd aksesuar üçün ümumilikdə, 6191 manat olmaqla ondan, 4739 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1452 manat dəbbə borcu, 13.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2196 manat olan Apple markalı saat, X4 markalı qulaqlıq üçün ümumilikdə, 2379 manat olmaqla ondan, 1830 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 549 manat miqdarında dəbbə borcu yaranmışdır, cavabdehin cəmi ödədiyi məbləğ 2637 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini pozduğundan onun borcu məhkəmə qaydasında tutulmalıdır. Sonda R.M.Aslanov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 05.12.2019cu il tarixdə 01101829 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iPhone 11 markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan 05.12.2019-cu il tarixli bildirişdən və və əşyaların təhvil-təslim aktından görünür ki, iPhone 11 markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 05.12.2019-cu il tarixli ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 08.12.2019-cu il tarixdə 01110091 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iPhone 11 Pro markalı telefon, Apple markalı saat, X4 markalı qulaqlıq, X2 Carbon və X2 Sentinel markalı aksesuarlar cavabdehə satılmışdır. İş materiallarında olan 08.12.2019-cu il tarixli bildirişdən və və əşyaların təhvil-təslim aktından görünür ki, iPhone 11 Pro markalı telefon, Apple markalı saat, X4 markalı qulaqlıq, X2 Carbon və X2 Sentinel markalı aksesuarlar Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 08.12.2019-cu il tarixli ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 13.12.2019-cu il tarixdə 01122775 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, X4 markalı qulaqlıq və Apple watch markalı saat cavabdehə satılmışdır. İş materiallarında olan 13.12.2019-cu il tarixli bildirişdən və və əşyaların təhvil-təslim aktından görünür ki, X4 markalı qulaqlıq və Apple watch markalı saat Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 13.12.2019-cu il tarixli ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya olan borcu 05.12.2019-cu il tarixli müqaviləsinə əsasən, iPhone 11 markalı telefon üçün 1193 manat ödənilməmiş hissə, 358 manat dəbbə, ümumilikdə 1551 manat, 08.12.2019-cu il tarixli müqaviləsinə əsasən, iPhone 11 Pro markalı telefon, Apple markalı saat, X4 markalı qulaqlıq, 2 ədəd aksesuar üçün 4739 manat ödənilməmiş hissə, 1452 manat dəbbə, ümumilikdə 6191 manat, 13.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple markalı saat, X4 markalı qulaqlıq üçün 1830 manat ödənilməmiş hissə, 549 manat dəbbə, ümumilikdə 2379 manat olmaqla cəmi 10121 manat təşkil edir. İş materiallarında olan 03.06.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 19.01.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 13.08.2020(3)-ci il tarixli xəbərdarlıq məktubu göndərmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında iddia tələbində göstərilən əşyalara dair 05.12.2019-cu il, 08.12.2019-cu il və 13.12.2019-cu il tarixli alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən satıcı öhdəliyini lazımınca icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı həmin əşyaları almışdır, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, buna görə onun iddiaçıya borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilələr üzrə tənasübsüz surətdə yüksək hesablanmış dəbbə məbləğinin azaldılaraq, 05.12.2019-cu il tarixli müqavilə üzrə 120 manat, 08.12.2019-cu il tarixli müqavilə üzrə 470 manat, 13.12.2019-cu il tarixli müqavilə üzrə 120 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 05.12.2019-cu il tarixli müqaviləsinə əsasən, iPhone 11 markalı telefon üçün 1193 manat ödənilməmiş hissə, 120 manat dəbbə, 08.12.2019-cu il tarixli müqaviləsinə əsasən, iPhone 11 Pro markalı telefon, Apple markalı saat, X4 markalı qulaqlıq, 2 ədəd aksesuar üçün 4739 manat ödənilməmiş hissə, 470 manat dəbbə, 13.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple markalı saat, X4 markalı qulaqlıq üçün 1830 manat ödənilməmiş hissə, 180 manat dəbbə pulu olmaqla, ümumilikdə 8532 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. HəminMəcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 05.12.2019-cu il tarixli müqaviləyə əsasən iPhone 11 markalı telefon üçün 1193 manat ödənilməmiş hissə, 120 manat dəbbə, 08.12.2019-cu il tarixli müqaviləsinə əsasən iPhone 11 Pro markalı telefon, Apple markalı saat, X4 markalı qulaqlıq, 2 ədəd aksesuar üçün 4739 manat ödənilməmiş hissə, 470 manat dəbbə, 13.12.2019-cu il tarixli müqaviləsinə əsasən Apple markalı saat, X4 markalı qulaqlıq üçün 1830 manat ödənilməmiş hissə, 180 manat dəbbə pulu olmaqla, ümumilikdə 8532 (səkkiz min beş yüz otuz iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5477/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5477/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver