Məhkəmə qərarları › İş №2(011)-5486/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5486/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5486/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Galaxy A51 markalı telefon üçün 666,6 manat ödənilməmiş hissə, 66,4 manat cərimə, 05.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple AirPods Pro qulaqlıq üçün 700,8 manat ödənilməmiş hissə, 70,2 manat cərimə, ümumilikdə 1504 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 31.01.2020-ci il və 05.03.2020-ci il tarixli müqavilələrinə əsasən, Samsung Galaxy A51 markalı telefon və Apple AirPods Pro qulaqlıq almış, nəticədə 1504 manat borcu yaranmışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.01.2020-ci il tarixli müqaviləsinə əsasən, qiyməti 776,2 manat (12 ay x 60,6 manat + 49 manat ilkin ödəniş) olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 733 manat olmaqla ondan, 666,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66,4 manat cərimə, 05.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 700,8 manat (12 ay x 58,4 manat + 0 manat ilkin ödəniş) olan Apple AirPods Pro markalı qulaqlıq üçün ümumilikdə 771 manat olmaqla ondan, 700,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 70,2 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 109,6 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 31.01.2020-ci il tarixdə 20071603 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" MMC Samsung Galaxy A51 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 31.01.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Samsung Galaxy A51 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 05.03.2020-ci il tarixdə 20146851 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" MMC Apple AirPods Pro markalı qulaqlığı müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 05.03.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Apple AirPods Pro markalı qulaqlıq Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunu ödəməsinə dair 05.01.2021(1)-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 22.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 31.01.2020-ci il tarixli müqavilə üzrə borcu ödənilməmiş məbləğ 666,6 manat, cərimə borcu 66,4 manat, ümumilikdə 733 manat, 05.03.2020-ci il tarixli müqavilə üzrə borcu ödənilməmiş məbləğ 700,8 manat, cərimə pulu 70,2 manat, ümumilikdə 771 manat olmaqla, cəmi borc məbləği 1504 manat təşkil edir. İş materiallarında olan 03.06.2021-ci il tarixli 77618144 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında Samsung Galaxy A51 markalı telefona dair 31.01.2020-ci il tarixli və Apple AirPods Pro markalı qulaqlığa dair 05.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu 31.01.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 666, 6 manat, cərimə borcu 66,4 manat, ümumilikdə 733 manat, 05.03.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 700,8 manat, cərimə borcu 70,2 manat, ümumilikdə 771 manat olmaqla, cəmi borcunun məbləği 1504 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 31.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Galaxy A51 markalı telefon üçün 666,6 manat ödənilməmiş hissə, 66,4 manat cərimə, ümumilikdə 733 manat, 05.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple AirPods Pro markalı qulaqlıq üçün 700,8 manat ödənilməmiş hissə, 70,2 manat cərimə, ümumilikdə 771 manat olmaqla cəmi 1504 manat borc Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, ödənilmiş dövlət rüsumuna münasibətdə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanmış 31.01.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung Galaxy A51 markalı telefon üçün 666,6 manat ödənilməmiş hissə, 66,4 manat cərimə, 05.03.2020-ci il tarixli müqaviləsinə əsasən Apple AirPods Pro markalı qulaqlıq üçün 700,8 manat ödənilməmiş hissə, 70,2 manat cərimə, cəmi 1504 (min beş yüz dörd) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar