Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5490/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.05.2019-cu il tarixli müqaviləsinə əsasən, iPhone 6s markalı telefon üçün 41 manat ödənilməmiş hissə, 4 manat cərimə, 29.01.2020-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd X1 8 Pro markalı telefon üçün 486,6 manat ödənilməmiş hissə, 48,4 manat cərimə, 03.03.2020-ci il tarixli müqaviləsinə əsasən, iPhone 8 markalı telefon üçün 752,8 manat ödənilməmiş hissə, 75,2 manat cərimə, 20.03.2020-ci il tarixli müqaviləsinə əsasən, X1 8 markalı telefon üçün 260 manat ödənilməmiş hissə, 26 manat cərimə olmaqla, ümumilikdə 1694 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 31.05.2019-cu il, 29.01.2020-ci il, 03.03.2020-ci il və 20.03.2020-ci il tarixli müqavilələrinə əsasən, iPhone 6s markalı telefon, 2 ədəd X1 8 Pro markalı telefon, iPhone 8 markalı telefon, X1 8 markalı telefon almış və nəticədə 1694 manat borcu yaranmışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 921 manat (12 ay x 72 manat + 57 manat ilkin ödəniş) olan iPhone 6s markalı telefon üçün ümumilikdə, 45 manat olmaqla ondan, 41 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 manat cərimə, 29.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1461,6 manat (12 ay x 121,8 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd X1 8 Pro markalı telefon üçün ümumilikdə, 535 manat olmaqla ondan, 486,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48,4 manat cərimə, 03.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1516,8 manat (12 ay x 101,4 manat + 300 manat ilkin ödəniş) olan iPhone 8 markalı telefon üçün ümumilikdə, 828 manat olmaqla, ondan 752,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 75,2 manat cərimə, 20.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600,1 manat (17 ay x 35 manat + 0 manat ilkin ödəniş) olan X1 8 markalı telefon üçün ümumilikdə, 286 manat olmaqla ondan 260 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2959,1 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 20.03.2020ci il tarixdə 20190608 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən, "xxxx" MMC X1 8 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 20.03.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, X1 8 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 03.03.2020-ci il tarixdə ********* saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən, "xxxx" MMC iPhone 8 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 03.03.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, iPhone 8 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 29.01.2020-ci il tarixdə 20067464 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən, "xxxx" MMC 2 ədəd X1 8 Pro markalı telefonu müştəriyə satmış, o isə malları müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 29.01.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, 2 ədəd X1 8 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 31.05.2019-cu il tarixdə 00692689 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən, "xxxx" MMC iPhone 6s markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 31.05.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, iPhone 6s markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 31.05.2019-cu il tarixli müqavilə üzrə borcu ödənilməmiş məbləğ 41 manat, cərimə borcu 4 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 45 manat, 29.01.2020-ci il tarixli müqavilə üzrə borcu ödənilməmiş məbləğ 486,6 manat, cərimə borcu 48,4 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 535 manat, 03.03.2020-ci il tarixli müqavilə üzrə borcu ödənilməmiş məbləğ 752,8 manat, cərimə borcu 75,2 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 828 manat, 20.03.2020-ci il tarixli müqavilə üzrə borcu ödənilməmiş məbləğ 260 manat, cərimə borcu 26 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 286 manat olmaqla, əsas borca ödənilməmiş məbləğ cəmi 1540,4 manat, cəmi cərimə 153,6 manat, cəmi ödənilməmiş məbləğ 1694 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunu ödəməsinə dair 14.01.2021(1)- ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 13.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 01.06.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında X1 8 markalı telefona dair 20.03.2020-ci il tarixli, iPhone 8 markalı telefona dair 03.03.2020-ci il tarixli, 2 ədəd X1 8 Pro markalı telefona dair 29.01.2020-ci il tarixli, iPhone 6s markalı telefona dair 31.05.2019-cu il tarixli alqı-satqı müqavilələri bağlanmış, müqaviləyə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu ödənilməmiş məbləğ 1540,4 manat, cərimə borcu 153,6 manat, ümumilikdə ödənilməmiş borcunun məbləği 1694 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 31.05.2019-cu il tarixli müqaviləsinə əsasən, iPhone 6s markalı telefon üçün 41 manat ödənilməmiş hissə, 4 manat cərimə, 29.01.2020ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd X1 8 Pro markalı telefon üçün 486,6 manat ödənilməmiş hissə, 48,4 manat cərimə, 03.03.2020-ci il tarixli müqaviləsinə əsasən, iPhone 8 markalı telefon üçün 752,8 manat ödənilməmiş hissə, 75,2 manat cərimə, 20.03.2020-ci il tarixli müqaviləsinə əsasən, X1 8 markalı telefon üçün 260 manat ödənilməmiş hissə, 26 manat cərimə, ümumilikdə 1694 manat borc Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, ödənilmiş dövlət rüsumuna münasibətdə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanmış 31.05.2019-cu il tarixli müqaviləsinə əsasən iPhone 6s markalı telefon üçün 41 manat ödənilməmiş hissə, 4 manat cərimə, 29.01.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd X1 8 Pro markalı telefon üçün 486,6 manat ödənilməmiş hissə, 48,4 manat cərimə, 03.03.2020-ci il tarixli müqaviləsinə əsasən iPhone 8 markalı telefon üçün 752,8 manat ödənilməmiş hissə, 75,2 manat cərimə, 20.03.2020-ci il tarixli müqaviləsinə əsasən X1 8 markalı telefon üçün 260 manat ödənilməmiş hissə, 26 manat cərimə, ümumilikdə 1694 (min altı yüz doxsan dörd) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5490/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5490/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver