Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-55/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi, pulun geri qaytarılması” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı – Cavabdeh “Azəriqaz” İB tərəfindən İddiaçı qarşı tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli və xx.xx.2018ci il tarixli ******* nömrəli aktlar üzrə əsassız olaraq ümumilikdə hesablanmış 2354,40 manat məbləğində cərimə borcunun silinməsi və 05/2017-ci il tarixdən 09/2020-ci il tarixinə kimi qanunsuz olaraq İddiaçı abonent hesabından borca tutulmuş 275,15 manat məbləğində pul vəsaitinin cavabdeh “Azəriqaz” İB–dən tutularaq iddiaçıya geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Azəriqaz” İB-nin Bakı Regional Qaz Satışı Departamentində qeydiyyatda olmaqla təbii qazın alğı-satqı müqaviləsi əsasında istifadəsində olan fərdi yaşayış evində təbii qazdan istifadə edir. İstifadəsində olan fərdi yaşayış evinə “Azəriqaz” İB tərəfindən **********00063 nömrəli abonent kodu verilmiş və həmin evi təbii qazla təhciz edən qaz xəttinin üzərində “Smart G4” markalı “itron” tipli qaz sayğacı quraşdırılmışdır. İlk dəfə 2017-ci il tarixində “Azəriqaz” İB-nin nümayəndələri iddiaçının fərdi yaşayış evindən bir neçə metr uzaqlıqda olan 1302AZ**********31 nömrəli “Smart G4” markalı “itron” tipli qaz sayğacını başqa bir qaz sayğacı ilə əvəz etmiş, çıxarılmış qaz sayğacını da dövlət yoxlamasına göndərmişlər. Daha sonra iddiaçıya məlum olmuşdur ki, laboratoriyaya göndərilmiş qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsinin müəyyən edilməsi səbəbilə İddiaçı adına 410,40 manat məbləğində cərimə borcu yazılmışdır. Belə ki, müvafiq laboratoriya rəyi əsasında BRQSD-nin rəisi tərəfindən xx.xx.2017-ci il tarixində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt və daha sonra isə həmin akt əsasında xx.xx.2017-ci il tarixində qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarda 2052 m3 qaz itkisinin yaranması səbəbindən iddiaçıya 410,40 manat məbləğində cərimə borcu qeyd edilmişdir. İkinci dəfə isə 2018-ci il tarixində “Azəriqaz” İB-nin nümayəndələri iddiaçının fərdi yaşayış evindən bir neçə metr uzaqlıqda olan 1702AZ**********85 nömrəli “Smart G4” markalı “itron” tipli digər qaz sayğacını da başqa bir qaz sayğacı ilə əvəz etmiş və çıxarılmış qaz sayğacını təkrar dövlət yoxlamasına (laboratoriya) göndərmişlər. Daha sonra iddiaçıya məlum olmuşdur ki, laboratoriyaya göndərilmiş həmin qaz sayğacının gövdəsinin əzilmiş olması, daxilində yad əşya qırıntısının aşkar edilməsi səbəbilə onun adına 1944 manat məbləğində cərimə borcu yazılmışdır. Belə ki, müvafiq laboratoriya rəyi əsasında BRQSD-nin rəisi tərəfindən xx.xx.2018-ci il tarixində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt və daha sonrasında isə həmin akt əsasında xx.xx.2018-ci il tarixində hesabat qəbul edilmişdir. Qəbul edilmiş hesabatda 9720 m3 qaz itkisinin yaranması səbəbindən iddiaçıya 1944 manat məbləğində cərimə borcu qeyd edilmişdir. İddiaçı qəbul olunmuş laboratoriya rəylərinə münasibətdə bildirir ki, qaz sayğaclarının dövlət yoxlamasında onun iştirakı təmin olunmamış, eləcə də qaz sayğaclarında yaranmış və aşkar edilmiş qüsurlarda onun heç bir təqsiri olmamışdır. Belə ki, fərdi yaşayış evindən bir neçə metr aralıda olan qaz sayğacına həyətdən keçən istənilən şəxs, hətta “SOCAR” işçisinin də müdaxilə etməsi mümkündür. İddiaçı əlavə olaraq qeyd edir ki, tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda iddiaçının ad və soyad qrafasının qarşısında “imtina” yazısı qeyd olunmuşdur. Halbuki, həmin aktların tərtib olunmasından iddiaçının xəbəri olmamış və ona aktları imzalamaq təklif edilməmişdir. İddiaçı bu və sair kimi səbəblərdən də birtərəfli qaydada tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktları, habelə həmin aktlar əsasında tərtib olunmuş qərar və hesabatı da qanunsuz və əsassız hesab edir. Barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli və xx.xx.2018-ci il tarixli ******* nömrəli aktlar üzrə əsassız olaraq ümumilikdə 2354,40 manat məbləğində cərimə borcu hesablanmışdır. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, aktlar üzrə əsassız olaraq hesablanmış cərimə borcları ayrı-ayrılıqda 05/2017-ci il tarixində və 11/2018 tarixində smart qaz kartına borc qismində köçürülmüşdür. 05/2017-ci il tarixindən 09/2020-ci il tarixinə kimi tərəfindən müəyyən məbləğlərdə smart qaz kartına ödənişlər edilmişdir ki, həmin ödənişlərin də 275,15 manat hissəsi qanunsuz olaraq qaz sayğacından borca tutulmuşdur. İddiaçı sonradan məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, “Azəriqaz” İB tərəfindən ona qarşı əsassız olaraq tərtib edilmiş ümumilikdə 2079,25 manat məbləğində cərimə borcunun silinməsi, 09/2020-ci il tarixinə kimi tərəfindən olunmuş ödənişlərdən borca tutulan 275,15 manat məbləğində pul vəsaitinin onun hesabına geri qaytarılması və çəkilmiş 121 manat məbləğində məhkəmə xərclərinin “Azəriqaz” İB-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-5470/2020 saylı qətnaməsindən görünür ki, “Azəriqaz” İB tərfindən İddiaçı qarşı “maddi ziyanın ödənilməsi tələbinə” dair iddia tələbi təmin olunmuş və İddiaçı 2079,82 manat məbləğində dəymiş ziyan və 30 manat dövlət rüsumu tutularaq, “Azəriqaz” İB-nin ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-1584/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-5470/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması qət olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5470/2020 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-1584/2021 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2017-ci il tarixli aktın və dövlət yoxlamasının nəticələri barədə aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilməsi və s.” müəyyən edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin xx.xx.2017-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən cəmi 2052 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2018-ci il tarixli aktın və dövlət yoxlamasının nəticələri barədə aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən “sayğacın gövdəsi əzilmiş və daxilində yad əşya qırıntısı” müəyyən edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin xx.xx.2018-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən cəmi 9720 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan Abonentin saldosu vərəqindən görünür ki, İddiaçı aktlar üzrə 2354,4 manat cərimə yazılmışdır. İş materiallarında olan GASREP vərəqəsindən görünür ki, İddiaçı cərimə borcuna görə 275,15 manat borc tutulmuşdur Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2354,4 manat ((9720+2052)x0,20=2354,4) məbləğində borc iddiaçıdan tələb edilmiş və iddiaçı tərəfindən ödənilmiş təbii-qaza görə ödənişlərdən 275,15 manat borc tutulmuşdur. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, “Azəriqaz” İB tərəfindən İddiaçı hesablanmış cərimə borcunun əsaslı olmadığı, belə cərimənin yazılması üçün iddiaçı tərəfindən hər hansı delikt (hüquqazidd əməl) törədilməsinin sübuta yetirilməməsi müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 2354,4 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış cərimə əsassız olduğundan, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qeyd edilən hissədə təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 2079,25 manat məbləğində borc silinməli və borca görə tutulmuş 275,15 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının qaz hesabına geri qaytarılsın. Məhkəmə həmçinin iddianın vəkil xidmətlərindən istifadəyə görə ödənilmiş 121 manat məbləğində pul vəsaitinin, cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsaslı olduğundan, vəkil xidmətləri üçün ödənilmiş 121 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 44,75 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan küçəsi 10-63 fərdi yaşayış evi (Abonent kodu:**********00063) üzrə İddiaçı hesablanmış 2079,25 (iki min yetmiş doqquz manat iyirmi beş qəpik) manat məbləğində borc silinsin. 275,15 (iki yüz yetmiş beş manat on beş qəpik) manat məbləğində borca görə tutulmuş pul vəsaiti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı abonent (Abonent kodu:**********00063) hesabına geri qaytarılsın. 121 (yüz iyirmi bir) manat məbləğində vəkil xidmətlərindən istifadəyə görə ödənilmiş pul vəsaiti “Azəriqaz” İstehsalat Birliyindən alınaraq İddiaçı ödənilsin. 44,75 (qırx dörd manat yetmiş beş) manat məbləğində dövlət rüsumu “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-55/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-55/2022
14.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver