Məhkəmə qərarları › İş №2(011)-550/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-550/2022

08.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-550/2022 08.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Mahmudova Zeynəb Əmirxan qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 163, 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Lalə Rəhimli İş № 2(011)-550/2022 Məhkəmə iclasının PROTOKOLU Bakı şəhəri Xətai Rayon Məhkəməsi 08 fevral 2022-ci il Bakı şəhəri Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Mahmudova Zeynəb Əmirxan qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 10:45-də açıldı. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 178-ci maddəsinə əsasən, məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Azərbaycan Respublikası MPM-nin 179-cu maddəsinə əsasən, iş üzrə işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməsi qaydası yoxlanılır. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Sədrlik edən məhkəmə bildirişlərinin tərəflərə çatdırılıb-çatdırılmamasını aydınlaşdırır və iş materiallarını nəzərdən keçirir. Məhkəmə müşavirə otağına gedir. Müşavirədən qayıtdıqdan sonra sədrlik edən mülki işin baxılmamış saxlanılmasına dair qərardadı elan edir. Qərardaddan şikayət vermə müddəti və qaydasını izah edir. Məhkəmə iclası bağlı elan olunur. Protokol 08 fevral 2022-ci il tarixdə tərtib edilmişdir. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar