Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5506/2025 07.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Ağazadə Fəridə Elxan qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə ünvan 1 ünvanında yerləşən evə (abone kodu: **********60027) borc kimi yazılmış 865 manat "xxxx" ASC tərəfindən silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etdiyini bildirmiş, “İddiaçı” və “Cavabdeh "xxxx" ASC” xx.xx.2025-ci il tarixli barışıq sazişini təsdiq etməklə mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə müraciət edərək barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Barışıq sazişindən müəyyən olunur ki, tərəflər razılığa gəlmişlər ki, tərəflər barışıq sazişini aşağıdakı şərtlərlə bağladılar:
1. İddiaçı "xxxx" ASC fəaliyyəti dövründən əvvəl elektrik enerjisinin sərfiyyatına görə **********60027 nömrəli koduna hesablanmış və ödənilmiş 865 manat borc məbləğindən 200 manat ödəyir.
2. "xxxx" ASC-nin isə İddiaçı tərəfindən 200 manat məbləği ödənildikdən sonra 15 gün ərzində **********07059 nömrəli kodundan yerdə qalan 665 manatın silinməsini öhdəsinə götürür.
3. Bu Saziş 2 (iki) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri "xxxx" ASC-də, digər nüsxəsi isə İddiaçı saxlanılır.
4. Bu Saziş imzalandığı gündən qüvvəyə minir və birtərəfli qaydada ləğvinə yol verilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə mülki iş materiallarını tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbi barədə iddiasına dair mülki iş “İddiaçı” və “Cavabdeh "xxxx" ASC” xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. İddiaçı "xxxx" ASC fəaliyyəti dövründən əvvəl elektrik enerjisinin sərfiyyatına görə **********60027 nömrəli koduna hesablanmış və ödənilmiş 865 manat borc məbləğindən 200 manat ödəyir.
2. "xxxx" ASC-nin isə İddiaçı tərəfindən 200 manat məbləği ödənildikdən sonra 15 gün ərzində **********07059 nömrəli kodundan yerdə qalan 665 manatın silinməsini öhdəsinə götürür.
3. Bu Saziş 2 (iki) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri "xxxx" ASC-də, digər nüsxəsi isə İddiaçı saxlanılır.
4. Bu Saziş imzalandığı gündən qüvvəyə minir və birtərəfli qaydada ləğvinə yol verilmir. Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Əminə Abbasova