Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5537/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xalıq Firqət oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “əmək müqaviləsinə xitam verilməsi, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin, əmək haqqının, mənəvi zərərin və s. ödənilməsi” barədə 2(011)-6679/2022 saylı mülki iş üzrə “əlavə qətnamə qəbul edilməsi barədə” ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 2(011)-6679/2022 saylı mülki iş üzrə “əlavə qətnamə qəbul edilməsi barədə” ərizə təqdim edərək, istifadə ediməmiş məzuniyyətə görə və ödənilməmiş əmək haqqının ödənilməsi ilə bağlı pul məbləğinin göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia tələbini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli və əlavə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC daşınmaz əmlak agentliyi və iddiaçı arasında Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı elektron informasiya sisteminə məlumat göndərilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması, cavabdeh "xxxx" MMC-yə ödənilməmiş əmək haqqının - 9600 manat pulun ödənilməsi öhdəliyinin qoyulması, Cavabdeh MMC-nin üzərinə ona istifadə edilməmiş məzuniyyətə görə 2368 manat ödənilməsi öhdəliyinin qoyulması, cavabdehdən vurduğu mənəvi ziyana görə 4000 manat onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-6679/2022 saylı qətnaməsi ilə İddiaçı "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi, istifadə ediməmiş məzuniyyətə görə pul əvəzinin, əmək haqqının, mənəvi zərərin və s. ödənilməsi”nə dair iddiası qismən təmin edilərək, "xxxx" MMC daşınmaz əmlak agentliyi və İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi və bu barədə "xxxx" MMC tərəfindən elektron informasiya sisteminə məlumat göndərilməsi, "xxxx" MMC tərəfindən İddiaçı son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və s.) ödənilməsi qət edilmişdir. İş materiallarında olan 25 iyun 2023-cü il tarixli 9/1246 saylı ekspert rəyindən görünür ki, İddiaçı "xxxx" MMC-də əmək müqaviləsinə əsasən işlədiyi xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək dövr üzrə ona ödənilməli olan əmək haqqının məbləği 6692,5 və ödənilməli olan istifadə etmədiyi məzuniyyətə görə kompensasiya məbləği 651,32 manat məbləğində müəyyən edilmişdir. Həmçinin “Ekspertiza xərclərinə dair” bildirişə əsasən, aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddia tələbi “"xxxx" MMC daşınmaz əmlak agentliyi və iddiaçı arasında Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı elektron informasiya sisteminə məlumat göndərilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması, cavabdeh "xxxx" MMC-yə ödənilməmiş əmək haqqının - 9600 manat pulun ödənilməsi öhdəliyinin qoyulması, Cavabdeh MMC-nin üzərinə ona istifadə edilməmiş məzuniyyətə görə 2368 manat ödənilməsi öhdəliyinin qoyulması, cavabdehdən vurduğu mənəvi ziyana görə 4000 manat onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi” olmuşdur, məhkəmə iddia tələbi üzrə “"xxxx" MMC daşınmaz əmlak agentliyi və İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi və bu barədə "xxxx" MMC tərəfindən elektron informasiya sisteminə məlumat göndərilməsi, "xxxx" MMC tərəfindən İddiaçı son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və s.) ödənilməsini” qət etmişdir, məhkəmə qətnaməsi çıxarılarkən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin və işçiyə ödənilməli əmək haqqının məbləği ilə əlaqədar məsələlər həll edilməmiş qalmışdır, iddiaçının cavabdeh müəssisədə əmək müqaviləsi üzrə işlədiyi xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək dövrdə ödənilməli olan əmək haqqının məbləği 6692,5 manat, ödənilməli olan istifadə etmədiyi məzuniyyətə görə kompensasiya məbləği 651,32 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 229.1.2-ci maddəsinin tələbinə əsasən, hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə, məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə bu məsələni əlavə qətnamə çıxarılmaqla həll edir. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən, əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 229.3-cü maddəsinə əsasən, əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. Həmçinin “məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarınında göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Əlavə qətnamənin çıxarılmasına yalnız Azərbaycan Respublikası MPM-nin 229-cu maddəsində müəyyən edilmiş hallarda yol verilir. Bu halların siyahısı qətidir və genişləndirilə bilməz. Qeyd etmək lazımdır ki, əlavə qətnamənin çıxarılması barədə məsələyə əsas qətnamə qanuni qüvvəyə minənə kimi baxıla bilər. Məhkəmə baxışında müəyyən edilməmiş hallar barədə əlavə qətnamənin çıxarılmasına yol verilmir. Əlavə qətnamənin çıxarılması mülki mühakimə icraatının ümumi qaydalarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə Məhkəmə hesab edir ki, İddiaçı ödənilməli olan əmək haqqının məbləği 6692,5 manat və ödənilməli olan istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın məbləği 651,32 manat, ümumilikdə 7343,82 manat cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia tələbi təmin edildiyindən ekspertiza xərci cavabdehə aid edilməli, ondan, aparılmış ekspertiza tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107, 115, 119, və 229-cu maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: "xxxx" MMC tərəfindən ödənilməli əmək haqqı qismində 6692 (altı min altı yüz doxsan iki) manat 50 (əlli) qəpik, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya qismində 651 (altı yüz əlli bir) manat 32 (otuz iki) qəpik, ümumilikdə 7343 (yeddi min üç yüz qırx üç) manat 82 (səksən iki) qəpik tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Əlavə Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Əlavə Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5537/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5537/2023
08.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver