Məhkəmə qərarları › İş №2(011)-5544/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5544/2023

04.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5544/2023 04.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2, Cavabdeh Azəriqaz İstehsalat Birliyinin nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən **********00007 saylı abonent kodu üzrə ona hesablanmış 3.500 (üç min beş yüz) manat məbləğində debitor borcun əsassız hesab edilərək, borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 70/1 saylı evi bu ilin aprel ayında alıb, həmin evə köçmüşdür. Həmin ev qanunsuz tikili olduğuna görə, evə dair onun adına hər hansı bir sənəd yoxdur. O həmin evə köçdükdən sonra evə verilən qaza görə müqaviləni öz adına dəyişdirərək, bununla əlaqədar Cavabdeh ilə 29 aprel 2023-cü il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX- 05381xx/xx-2023 saylı müqavilə imzalamışdır. Həmin müqaviləyə əsasən onun adına **********00007 saylı abonent kodu açılmışdır. Onunla həmin müqavilə imzalanan zaman həmin evdə qaz sayğacı “smart” kart tipli olmuş, bu üzdən onun adına yeni kart verilməsi zərurəti yaranmışdır. Cavabdeh ona yeni smart kart vermiş və iddiaçı həmin kartı aktiv etmək istədikdə bu mümkün olmamış, köhnə sayğac yeni kartı oxumamışdır. Bununla əlaqədar o cavabdehə müraciət etdikdə cavabdeh quraşdırılmış sayğacın yenisi ilə əvəz ediləcəyini ona bildirmişdir. Bundan sonra cavabdehin əməkdaşları onun xəbəri olmadan gəlib sayğacı yenisi ilə əvəz etmiş və o, yenidən kartı aktiv etmək üçün Cavabdehnə getdikdə orada kartı aktiv etdiklərini ona bildirmişlər, lakin ona 3.500 manat məbləğində borc hesablandığını demişlər. O, bu borcun hansı əsasla hesablamasını soruşduqda isə cavabdehin əməkdaşları ona sayğacının şəklini göstərərək, sayğac çıxardılan zaman sınıq olmasını demişlər. Cavabdehin əməkdaşları gəlib ona məxsus sayğacı çıxarana qədər sayğac tam işlək vəziyyətdə olmuş, onun sınığı olmamışdır. Lakin ona məlum olmayan səbəbdən cavabdehin əməkdaşları həmin sayğacın sınıq olmasını deyirlər. Halbuki, həmin sayğacı çıxaran zaman ona məlumat verməmiş, onun iştirakını təmin etməmişlər. Bundan əlavə isə o həmin sayğacdan demək olar ki, istifadə etməmiş, evi 29 aprel 2023-cü il tarixdə alan gündən müqaviləni öz adına dəyişdirmiş və sonradan sayğacdan istifadə etmək istədikdə isə cavabdehin əməkdaşları sayğacı çıxarıb aparmışlar. Yəni onun həmin sayğacla 3.500 manat məbləğində qazdan istifadə etməyi mümkün deyildir. O bununla əlaqədar Azəriqaz İBnə gedərək orada şikayətini bildirmişdir. Lakin oradan ona hesablanmış borcun silinməsinin mümkün olmaması, bildirilmişdir. Bundan sonra o cavabdehdən sənədləri götürərək, məhkəməyə müraciət etməyə məcbur oldu. Ümumiyyətlə o həmin evdə qazdan istifadə etməmiş, heç bir zaman sayğaca müdaxilə etməmişdir. Smart kart tipli sayğaca baxış keçirilən zaman onun iştirakı təmin edilməmiş, sadəcə sayğacı aparandan sonra ona bu barədə şifahi bildirilmişdir. Məhz bu baxımdan da Cavabdeh tərəfindən ondan tələb edilən məbləğ əsassız hesab edilərək ləğv edilməlidir. Belə ki, 29 aprel 2023-cii il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX-05381xx/xx-2023 saylı müqavilədən görünür ki, bundan əvvəl o həmin qazdan istifadə elməmişdir. Yəni artıq bu hal göstərir ki, onun tərəfindən qaz sayğacına müdaxilə edilə bilməzdi. Halbuki, 29 aprel 2023-cü il tarixdə o cavabdehlə müqavilə bağlayaraq ödədiyi pul vəsaitinin dəyərində qaz yandıracağın öhdəliyini götürmüş, bunun üçün cavabdeh tərəfindən smart-kart tipli sayğac quraşdırılmış və o da hər ödədiyi pulun müqabilində qaz sərf etməyi öhdəsinə götürmüşdür. Ondan əvvəl quraşdırılmış sayğacın sınıq olması isə onun təqsiri deyil və cavabdehin heç bir sənədə əsaslanmayan hesablaması ilə ondan əlavə pul tələb edilə bilməz. Onun tərəfindən hər hansı bir qanunsuz halın həyata keçirilməsi sübut edilmədiyinə görə ona əsassız hesablanmış borc məbləği silinməlidir. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X8 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 70/1 saylı evi iddiaçıya özü satmışdır. Onun Cavabdeh İB tərəfindən yazılmış borcdan xəbəri olmamışdır. Onun tərəfindən sayğaca hər hansı müdaxilə olunmamışdır. Məhkəmə işdə iştirak edənlərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, xx.xx.2023-cü il tarixli dövlət yoxlamasına əsasən **********034 saylı sayğacın LCD ekranı kənar təsir nəticəsində sındırılıb. Sayğac istismara yararsızdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 12.960 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, sayğacın (plombun) çıxarılma səbəbi növbədən kənar dövlət yoxlamasıdır. İddiaçı məxsus **********00007 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin may ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 3.110,40 manat borcu mövcud olmuşdur. İş materiallarına əlavə edilmiş **********982 nömrəli ərizə ilə X7 bildirmişdir ki, ünvan 1 ünvanı ərazisində yerləşən 100 kv.m torpaq sahəsi üzərində ikilmiş 80 kv.m. dən ibarət olan tikilmiş fərdi yaşayış evinin 2 otağını - İddiaçı – 26.000 manata satmışdır, məbləği tam olaraq almışdır, həmin əmlaka dair heç bir iddia və tələbi yoxdur, həmin əmlaka bağlı hər hansı bir problem yaranarsa məsuliyyəti özü daşıyır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərininmüdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2- ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş 12.960 m3 qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 3.110,40 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Məhkəmə hesab edir ki, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 3.110,40 manat məbləğində hesablanması ağlabatan deyildir. Belə ki, sayğacın istismara yararsız olmasının iddiaçının hərəkətləri nəticəsində baş verməsinə dair cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən və təbii qazın sərfiyyatı sayğacın göstəricilərinə əsasən hesablamalı olduğundan hesablanmış qazın dəyərinin iddiaçıdan tələb olunması əsassızdır. İddia tələblərində borcun 3.500 manat göstərilməsinə baxmayaraq, iş materialları ilə iddiaçıya sayğaca müdaxilə əsası ilə 3.110,40 manat məbləğinin hesablanması təsdiq olunur. Buna görə də iddia qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 3.110,40 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın qismən edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 51,10 (əlli bir manat on qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 2 ünvanı üzrə (abonent kodu: **********00007) İddiaçı 2023-cü ilin may ayına hesablanmış 3.110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 51,10 (əlli bir manat on qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar