Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5553/2021 02.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi X1 iştirakı ilə "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlə 21.04.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy A30 markalı telefon üçün əsas borc 190 manat, dəbbə pulu 54 manat, 12.06.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A40 markalı telefon üçün əsas borc 248 manat, dəbbə pulu 74 manat, 04.10.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Galaxy S10 markalı telefon üçün əsas borc 1216 manat, dəbbə pulu 364 manat, 25.01.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A51 markalı telefon üçün əsas borc 882 manat, dəbbə pulu 260 manat olmaqla, ümumilikdə 3288 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi C.E.Əyyubzadə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh, "xxxx" MMC ilə 21.04.2019-cu il, 12.06.2019cu il, 04.10.2019-cu il, 25.01.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********07883 olan Samsung Galaxy A30 markalı telefon, İMEİ Kodu **********3851 olan Samsung Galaxy A40 markalı telefon, İMEİ Kodu **********45523 olan Samsung Galaxy S10e markalı telefon, İMEİ Kodu **********87038 olan Samsung Galaxy A51 markalı telefon almış və nəticədə 3288 manat borcu yaranmışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 675 manat İMEİ Kodu **********07883 olan Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə, 244 manat olmaqla ondan, 190 manat ödənilməmiş hissə, 54 manat dəbbə; 12.06.2019-cu il cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 754 manat İMEİ Kodu **********3851 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə, 322 manat olmaqla ondan, 248 manat ödənilməmiş hissə, 74 manat dəbbə; 04.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1824 İMEİ Kodu **********45523 olan Samsung Galaxy S10e markalı telefon üçün ümumilikdə, 1580 manat olmaqla ondan, 1216 manat ödənilməmiş hissə, 364 manat dəbbə; 25.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 948 manat İMEİ Kodu **********87038 olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 1142 manat olmaqla, ondan 882 manat ödənilməmiş hissə, 260 manat dəbbə pulu hesablanmışdır, cavabdehin cəmi ödədiyi məbləğ 1665 manat təşkil edir, hazırda cavabdeh müqavilə öhdəliklərini pozduğundan onun borcu məhkəmə qaydasında tutulmalıdır. Sonda C.E.Əyyubzadə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 21.04.2019-cu il tarixdə 00623748 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Samsung Galaxy A30 DS (SM-A305) cavabdehə satılmışdır. İş materiallarında olan 21.04.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Samsung Galaxy A30 DS (SM-A305) Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 12.06.2019-cu il tarixdə 00719027 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Samsung Galaxy A40 DS (SM-A405) cavabdehə satılmışdır. İş materiallarında olan 12.06.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Samsung Galaxy A40 DS (SM-A405) Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 04.10.2019-cu il tarixdə 00956795 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Samsung Galaxy S10 e Dual (SM970) cavabdehə satılmışdır. İş materiallarında olan.10.2019-cu il il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Samsung Galaxy S10 e Dual (SM970) Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 25.01.2020-ci il tarixdə 20059047 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Samsung Galaxy A51 DS (128 GB) cavabdehə satılmışdır. İş materiallarında olan 25.01.2020-cİ il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Samsung Galaxy A51 DS (128 GB) Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 21.04.2019-cu il, 12.06.2019-cu il, 04.10.2019-cu il və 25.01.2020-ci il tarixli Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz peniya ödəyir. İş materiallarında olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, 21.04.2019-cu il tarixli müqavilə üzrə Samsung Galaxy A30 üçün borcu, ödənilməmiş məbləğ 190 manat, dəbbə pulu 54 manat, 12.06.2019-cu il tarixli müqavilə üzrə Samsung Galaxy A40 üçün borcu, ödənilməmiş məbləğ 248 manat, dəbbə pulu 74 manat, 04.10.2019-cu il tarixli Samsung Galaxy S10e üçün borcu, ödənilməmiş məbləğ 1216 manat, dəbbə pulu 364 manat, 25.01.2020-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A51 üçün borcu, ödənilməmiş 882 manat, dəbbə pulu 260 manat təşkil edir. Hal-hazırda Cavabdeh cəmi ödənilməmiş əsas borcu 2536 manat, dəbbə pulu 752 manat olmaqla, ümumilikdə 3288 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 31.07.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan 04.06.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 11.01.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında iddia tələbində göstərilən əşyalara dair alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən satıcı öhdəliyini lazımınca icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı həmin əşyaları almışdır, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, buna görə onun iddiaçıya borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilələr üzrə tənasübsüz surətdə yüksək hesablanmış dəbbə məbləğinin azaldılaraq, Samsung Galaxy A30 markalı telefon üçün 19 manat, Samsung Galaxy A40 markalı telefon üçün 24 manat, Samsung Galaxy S10 markalı telefon üçün 121 manat, Samsung Galaxy A51 markalı telefon üçün 88 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 21.04.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy A30 markalı telefon üçün əsas borc 190 manat, dəbbə pulu 19 manat, 12.06.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A40 markalı telefon üçün əsas borc 248 manat, dəbbə pulu 24 manat, 04.10.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Galaxy S10 markalı telefon üçün əsas borc 1216 manat, dəbbə pulu 121 manat, 25.01.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A51 markalı telefon üçün əsas borc 882 manat, dəbbə pulu 88 manat olmaqla, ümumilikdə 2788 manat borc alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. HəminMəcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 21.04.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy A30 markalı telefon üçün əsas borc 190 manat, dəbbə pulu 19 manat, 12.06.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A40 markalı telefon üçün əsas borc 248 manat, dəbbə pulu 24 manat, 04.10.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Galaxy S10 markalı telefon üçün əsas borc 1216 manat, dəbbə pulu 121 manat, 25.01.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A51 markalı telefon üçün əsas borc 882 manat, dəbbə pulu 88 manat olmaqla, ümumilikdə 2788 (iki min yeddi yüz səksən səkkiz) manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5553/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5553/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver