Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5558/2020 30.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın etibarsız hesab edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 020119 nömrəli aktın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək heç bir qanuni əsas olmadan akt tərtib edərək ünvanda işıq sayğacını da götürüb getmiş, bu günədək o işıqsız qalmışdır. Aktı tərtib edən əməkdaşların sözlərinə görə sayğaca kənar müdaxilə olmuşdur. İddiaçı onlara iradını bildirmişdir ki, hər ay o işıq pulu köçürür və hər dəfə gəlib sayğaca baxış keçirirlər. Belə bir müdaxilə olsa idi onlar bunu əvvəlcədən müəyyən etmiş olardılar. Cavabdeh “xxxx” ASC-nin əməkdaşları iddiaçının sözlərinə əhəmiyyət verməyərək akt tərtib etdilər. Bu səbəbdən də iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə rmüraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən abonent İddiaçı məxsus ünvan 1 mənzil 22 ünvanında xx.xx.2009cu il tarixdə quraşdırılmış A270990886M131247 nömrəli AMPY(5219A) tipli elektrik sayğacına abonentin iştiraki ilə baxış keçirilmiş, baxış zamanı sayğacın baxış tablosunda "C" fazasında yük axmasına baxmayaraq həmin fazada gərginliyin olmaması aşkar olunmuş və qeyd olunan qüsurla bağlı müvafiq olaraq NDM № 020119 nömrəli xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Abonent İddiaçı qeyd olunan aktın tərtib olunmasında iştirak etsə də aktı imzalamaqdan imtina etmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən itirilmiş 101876 kvts itirilmiş elektrik enerjisinin dəyəri 11206,36 manat məbləğində müəyyən edilməklə abonentin **********80022 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. O, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən abonent İddiaçı məxsus ünvan 1 mənzil 22 ünvanında xx.xx.2009cu il tarixdə quraşdırılmış A270990886M131247 nömrəli AMPY(5219A) tipli elektrik sayğacına abonent İddiaçı iştiraki ilə baxış keçirilmiş, baxış zamanı sayğacın baxış tablosunda "C" fazasında yük axmasına baxmayaraq həmin fazada gərginliyin olmaması aşkar olunmuşdur. Belə ki, sayğac həmin fazadan axan yükü qeyd etmir.və qeyd olunan qüsurla bağlı müvafiq olaraq NDM № 020119 nömrəli xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Aktdan görünür ki, Akt “xxxx” ASC-nin əməkdaşlarə tərəfindən imzalanmışdır. Abonent İddiaçı qeyd olunan aktın tərtib olunmasında iştirak etsə də aktı imzalamaqdan imtina etmişdir. Mülki iş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər” adlı sənədin surətindən görünür ki, “xxxx” ASC-nin 020119 nömrəli, xx.xx.2020-ci il tarixli Aktına əsasən abonentə məxsus elektrik sayğacının baxış tablosunda “C” fazasında yük axmasına baxmayarq həmin fazada gərginliyin olmaması qüsuru müəyyən edilmiş və abonentə 11206,36 manat məbləğində borc hesablanaraq, sayğac yeni sayğac ilə əvəz edilmişdir. Mülki iş materiallarında olan “xxxx” ASC tərəfindən təqdim edilmiş edilmiş”Abunə haqqında” məlumatdan görünür ki, İddiaçı elektrik enerjisindən istifadəyə görə haqqı ay ba ay ödəmişdir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi, məişət abonenti tərəfindən elektrik enerjisindən pozuntuyua yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir. Lakin mülki iş materiallarında olan aktdan və cavabdehin nümayəndəsinin verdiyi izahatlardan aydın olur ki, mübahisələndirilən akt qeyd edilən tələb gözlənilmədən tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “xxxx” ASCnin 020119 nömrəli, xx.xx.2020-ci il tarixli aktı yuxarıda istinad edilən qanunun tələblərini pozmaqla tərtib edildiyindən etibarsız hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia sasslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 020119 nömrəli akt etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5558/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5558/2020
30.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver