Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5564/2021 13.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz yazılmış borcun silinməsi” barədə iddia tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh tərəfindən 11.09.2020-ci il tarixdə ünvan 1 ünvanına yazılmış (Abonent kodu: **********20018) 1595,93 manat məbləğində pul vəsaitinin abunəçinin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək öz izahatında bildirdi ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzil 07.06.2014-cü ildən onun mülkiyyətindədir, o mənzili aldıqdan sonra orada ara-sıra yaşamışdır, son zamanlar isə orada ümumiyyətlə yaşayış olmamışdır, o, faktiki olaraq Bakı şəhəri, Zığ yolu 10A ünvanında yaşayır, lakin bu mənzildə təmir işləri getdiyi üçün 2020-ci il avqust ayından mübahisəli ünvan 2 ünvanında yaşamağa başlamışdır, təxminən 2-3 ay keçdikdən sonra ona məlum olmuşdur ki, enerji sərfiyyatına görə 1595,93 manat məbləğində borcu vardır, həmin elektrik sayğacı digər mənzilllərin sayğacları ilə birlikdə binanın blokunda yerləşən xüsusi qapalı qəfəsdə yerləşir, həmin qəfəsin açarları da yalnız cavabdehin əməkdaşlarında olur, iddiaçı istəsə belə sayğaclara müdaxilə edə bilməz, borc qanunsuzdur və ləğv olunmalıdır, yazılmış borc onun deyil, əvvəlki mülkiyyətçinin borcu olmuşdur, iddiaçı dəfələrlə cavabdehə şifahi və yazılı müraciətlər etməsinə baxmayaraq həmin müraciətlər müxtəlif səbəblər gətirilərək müsbət həll olunmamış, hətta qısa müddətində mənzilinin bu qədər enerji sərfiyyatının haradan əmələ gəlməsini belə izah edə bilməmişdirlər, cavabdehin işçiləri də etiraf etmişdir ki, qısa müddət ərzində mənzilə bu qədər enerji sərfiyyatı ola bilməz, həmçinin məhkəməyə təqdim edilmiş abunə haqqında açıqlamalardan da göründüyü kimi, 05.03.2019-cu il tarixdən 02.08.2019-cu il tarixədək, yəni 5 ay sərfiyyat dəyişmədən hər ay üzrə eyni 35645 göstərilmiş, 04.09.2019-cu il tarixdən 05.06.2020-ci il tarixədək isə sərfiyyat dəyişmədən yenə də hər ay üzrə 35660 göstərmişdir, aylıq enerji sərfiyyatı bu müddət ərzində 00 kimi qeydə alınmışdır, bu məbləğin haradan yaranması anlaşılan deyildir. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi F.K.Abdullayev iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, həmin mənzildə abunəçi Abdullayeva Dilarə adlı başqa bir şəxsdir, bu səbəblə də, abunəçi başqa adam olduğu halda İddiaçı iddia qaldırması düzgün hal deyildir, cavabdeh təşkilat müqavilə bağlayarkən məhz evin sahibi ilə yox, abunəçi olan şəxslə bağlayır, indiki halda İddiaçı ilə o səbəbdən müqavilə bağlanmır ki, o, abunəçi deyildir, yəni, abunəçi dəyişməlidir ki, iddiaçının iddia qaldırmağa da subyektiv hüququ olsun, əvvəla bu məsələ ilə bağlı iddiaçı Asan Xidmət mərkəzinə müraciət etməli, sonra imtina almalı, sonra isə məhkəmədə iddia qaldırmalıdır, hal-hazırda yığılan borc sərfiyyata uyğın olaraq yığılan borc sərfiyyata uyğın olaraq qanuni olaraq yazılan borcdur. Sonda F.K.Abdullayev iddia tələbənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2140 nömrəli reyestr kitabının 198188 nömrəli vərəqində 07.06.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materillarında olan 09.08.2021-ci il tarixli R 228035 nömrəli aktdan görünür ki, iddiaçı Abdullayeva Dilarənin abonent olduğu Əhmədli qəsəbəsi, Sarayeva 32/18 ünvanında yerləşən evə (**********20018) quraşdırılmış sayğaca baxış zamanı elektrik sayğacını alt qapaq hissələri pozulmuşdur, abonentin elektrik enerjisinə debitor borcuna görə elektrik enerjisi verilməsi 2020-ci il avqust ayından dayandırılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən vəkil M.Zaliyevə ünvanlanmış 12.03.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayeva küçəsi, 5 nömrəli evin, 32 saylı mənzilinə məxsus **********20018 nömrəli abunə kodu üzrə 07.06.2014-cü il tarixindən bugünədək elektrik enerjisi istifadəsinə görə 614,66 manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən mənzil 07.06.2014-cü il tarixdən İddiaçı məxsusdur, həmin mənzildə abunəçi mənzilin əvvəlki mülkiyyətçisi Dilarə Abdullayevadır, mənzildə elektrik enerjisindən istifadə məqsədilə elektrik sayğacı quraşdırılmışdır, abonent kodu **********20018-dir, sayğac mənzildən kənarda yerləşir, həmin sahədə elektrik enerjisindən istifadə olunmasına nəzarət cavabdeh "xxxx" ASC tərəfindən aparılır, 11.09.2020-ci il tarixə həmin ünvana quraşdırılmış sayğac üzrə borc məbləği 1530,56 manat təşkil edir, mənzilə elektrik enerjisinin verilməsi 2020-ci ilin avqust ayından dayandırılmışdır. Bununla belə, borcun əsaslı olmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, əvvəla, mövcud borc elektrik saygacının göstəricisi əsasında hesablandığından və belə hesablaşmanın aparılmasında hər hansı qanunazidd halllar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia tələbi əsaslı deyildir və buna görə məhkəmə tərəfindən təmin oluna bilməz. Məhkəmə, iddiaçının “borcun əvvəlki mülkiyyətçiyə aid olması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, məişət abonenti mənzildən köçərkən, mənzilin yeni mülkiyyətçisi - iddiaçı ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsini və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.02.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.3-cü bəndinə görə dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Qaydaların 8.22-ci bəndinə görə məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Azərbaycan Respublikası Tarif Şurasının “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28.11.2016-cı il tarixli 17 nömrəli qərarına əsasən əhali qrupu üçün elektrik enerjisi tarifi aylıq istehlak həcminin 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 7,0 qəpik /kVts, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 11,0 qəpik /kVts müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən 11.09.2020-ci il tarixdə ünvan 1 ünvanına yazılmış (Abonent kodu: **********20018) 1595,93 manat məbləğində pul vəsaitinin abunəçinin hesabından silinməsinə dair iddia tələbi rədd edilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən 11.09.2020-ci il tarixdə ünvan 1 ünvanına yazılmış (Abonent kodu: **********20018) 1595,93 manat məbləğində pul vəsaitinin abunəçinin hesabından silinməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5564/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5564/2021
13.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver