Məhkəmə qərarları › İş №2(011)-5578/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5578/2022

15.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5578/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh X1rşı “aktın ləğvi və borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “aktın ləğvi və borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00134) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 875,52 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq yaşayış massivi ünvanda özünə yeni fərdi yaşayış evi inşa etmişdir. Tikintidə elektrik enerjisindən istifadə olunduğundan tərəfindən “Azərenerji" ASC-yə müraciət edilmiş və torpaq sahəsinə elektrik xətti çəkilərək adına işıq hesabı açılmış və sayğac quraşdırılmışdır. Evin tikintisi başa çatdıqdan sonra qaz sayğacının quraşdırılması ilə bağlı yerli qaz idarəsinə müraciət etmiş, bu zaman bildirilmişdir ki, abonent kodu artıq açılmış və hətta ödənilməmiş cəriməsi də var. xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinə mexaniki tipli, G-4 markalı, **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Sözügedən məsələ ilə bağlı yerli qaz idarəsinə getdikdə bildirdilər ki guya fərdi yaşayış evinə təbii qazdan sayğacdan kənar istifadə etmiş və bu səbəbdən adına qaz hesabı açılmış və barəsində xx.xx.2021-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilərək 875,52 manat cərimə hesablanmışdır. Ərazidə tikinti işləri ilə əlaqədar yalnız elektrik enerjisinə ehtiyac vardı. Hamıya bəlli olan haldır ki, tikinti işlərində təbii qazdan istifadə olunmur. Adına açılmış abonent saldosundan da göründüyü kimi cərimə yazılan dövrdə təbii qaz istehlakçısı olmamışdır. Tərtib edilmiş saxta aktlardan görünür ki cavabdeh təşkilat saxta akt tərtib etdiyi azmış kimi cərimənin məbləğini də süni şəkildə şişirdmək üçün istifadəsində mövcud olmayan cihaz qeyd etmiş və bundan əlavə guya cihazlar 90 gün müddətində 24 saat işləmişdir. Bütün bunlardan cavabdeh təşkilatın qanunsuz əməllərinin məqsədi aydın görünür. Yaşayış evində cərimənin yazıldığı dövrdə təbii qazdan nəinki qanunsuz, heç ümumiyyətlə istifadə etməmişdir. Bütün bunların qanunsuz və əsassız olmasını bildirməsinə baxmayaraq İstehsalat Birliyinin əməkdaşları iradlarına məhəl qoymamışlar. Cavabdehin nümayəndəsi X7 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tam əsassızdır. Belə ki, İddiaçı uzun müddət təbii qazdan sayğacsız qeyri-qanuni rezin boru vasitəsilə istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır. İddiaçı təbii qazdan sayğaca müdaxilə vasitəsilə istifadə etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qazın dəyəri müəyyən edilərək ümumilikdə 875.52 manat məbləğində dəymiş ziyan hesablanmış və iddiaçının **********00134 saylı kod hesabına qeyd edilmişdir. Faktla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmiş, aktla müəyyən edilmişdir ki, təbii qazdan sayğacsız qeyriqanuni rezin boru vasitəsilə istifadə edilmişdir və bunun nəticəsində 8208m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır: 5472 x 0,10 man. = 547,20man, 2736 x 0,12 man. = 328,32man. Cəmi: 875.52 manat Yuxarıda sadalanan və əldə olan əsaslı sənəd İddiaçı uzun müddət təbii qazdan sayğacsız qeyri-qanuni rezin boru vasitəsilə istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı dəymiş ziyan hesablanaraq ümumilikdə 875,52 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Sayğacdan qeydiyyatsız istifadə nəticəsində 8208m3 (875.52man) həcmində hesabat aparılmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə dair **********00134 nömrəli abonent kodu iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin ünvana xx.xx.2022-ci il tarixdə Zenner G-4 mexaniki tipli **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan X3 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və dəymiş ziyanın hesablanması qərara alınmışdır. İstehlakçının aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. X3 xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış cəmi 8208 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Təqdim edilmiş abonent saldosundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış borcun məbləği 875,52 manat təşkil edir xx.xx.2022-ci il tarixli, 3/1354 saylı ekspert rəyinə görə, ekspertə təqdim edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xəttin çəkilməsi müşahidə olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.6-cı bəndinə görə, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə görə isə, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinin çəkildiyi məyyən olunmadığından iddia tələbl təmin edilərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı akt və eyni tarixli tələbnamə əsasında itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 875,52 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 30 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri 64 manat cavabdehdən tutulub Dövlət büdcəsinə keçirilməlidir.. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00134) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 875,52 (səkkiz yüz yetmiş beş manat 52 qəpik) manat borcun silinməsi Cavabdehnə həvalə edilsin. X2 dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq dövlət büdcəsinin hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat cavabdeh X2 tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar