Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5588/2022 26.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh tərəfindən hesablanmış 1244,40 manat borcun silinməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi üzrə abonent kodu **********12040 olmaqla, abonent kimi iddiaçı qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən 2019-cu ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral, mart, ayları üzrə 10 dəfə akt tərtib edilmiş, aktlarda cavabdehin təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi qeyd edilərək, həmin aktlar üzrə, ümumilkdə 1244,40 manat məbləğində dəymiş maddi zərər hesablanmışdır. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2019-ci il üzrə 604,80 manat, 2020-ci il üzrə 639,60 manat məbləğində borcunun olması qeyd olunmuşdur. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, o, ünvan 1i ünvanda ailəsiylə birlikdə yaşayır. O, 2013-cü ildən təbii qaz istehlakçısıdır. İlkin olaraq evinə smart tipli qaz sayğacı quraşdırılmışdır və o daim istifadə edəcəyi qazın dəyərini öncədən smart karta ödəyərək qazdan istifadə etmişdir. 05 03.2020-ci il tarixdə smart tipli qaz sayğacı çıxarılaraq yerinə mexanika tipli **********5 saylı qaz sayğacı quraşdırılmışdır. Xeyli müddət mexaniki sayğacdan istifadə etdikdən sonra hər ay olduğu kimi qazın hesabını gətirən cavabdehin əməkdaşdaşı ona bildirmişdir ki, onun əlavə olaraq 1244,40 manat borcu var. Bunun mümkün olmadığını bildirmiş, belə ki hər ay ona təqdim edilən hesablarda əlavə borcunun olması barədə heç bir qeyd yoxdur. Bu məsələ ilə bağlı o, cavabdeh təşkilata getmiş, qısa bir araşdırmadan sonra ona məlum olmuşdur ki, cavabdeh təşkilatın əməkdaşları ona məlum olmayan səbəbdən əsassız və qanunsuz olaraq barəsində qanunsuz aktlar tərtib edərək ona ümumi məbləğdə 1244,40 manat məbləğində cərimə hesablamışlar. Bunun absurt olduğunu bildirsə də, dediklərinə məhəl qoyan olmamışdır. Guya o, fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar istifadə etmiş və bu səbəbdən onun məlumatı olmadan barəsində 2019 və 2020-ci illər ərzində 10 ədəd “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" aktlar tərtib edilərək ümumi məbləğdə 1244,40 manat cərimə hesablanmışdır. Cavabdehin bu əməlləri heç bir hüquqi məntiqə sığmır. Ona hər ay borcu barədə qazpaylayıcı tərəfindən hesab təqdim edilir. Belə ki, xx.xx.2021 -ci il tarixdə təqdim edilmiş hesaba əsasən qalıq borcu 0.08 manat təşkil edir, xx.xx.2022-ci il tarixli hesaba əsasən isə qalıq borcu 18.08 manat, xx.xx.2022-ci il tarixə 29,72 manat, xx.xx.2022-ci il tarixə 42,80 manat, xx.xx.2022-ci il tarixə isə qalıq borcu 43,04 manat təşkil etmişdir. Belə olan halda qaz hesabında 1244,40 manat cərimənin hesablanması hansı əsaslarla həyata keçirilmişdir bəlli deyil. Cərimənin hesablanmasına əsas olmuş sənədlərə baxdıqda o bir daha cavabdeh təşkilatın nə dərəcədə saxtakar olduğunu müəyyən etmişdir. Tərtib edilmiş saxta aktlardan da göründüyü kimi cavabdeh təşkilat saxta akt tərtib etdiyi azmış kimi cərimənin məbləğini də süni şəkildə şişirdmək üçün istifadəsində mövcud olmayan cihazlar qeyd etmişdir. Bütün bunlardan cavabdeh təşkilatın qanunsuz əməllərinin məqsədi aydın görünür. Əgər hesablanmış cərimə əsaslı olsaydı həmin borcu bugünədək ondan tələb etmiş olardılar. Lakin göründüyü kimi ona təqdim edilmiş hesablarda borcun olmadığı qeyd edilib lakin abonent saldosunda əksinə cərimənin olduğu əks olunmuşdur. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. Göstərilən qanunvericilik normasının mənasından da göründüyü kimi, aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür. Cavabdeh İB hüquq normasında qeyd edilən dövlət orqanı, icra və s. orqan olmasa da, insanların həyatı əhəmiyyətli təbii qazın istehlakı sahəsində inhisarçı mövqeyə malik olduğundan məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin müddəalarının da eyni ilə Cavabdeh İB tərəfindən tərtib edilən aktların mübahisələndirilməsi hallarına da şamil olunmalıdır. Beləliklə, müəyyən edilmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğundan həmin halların doğruluğunu təsdiq edən sübutları cavadeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini cavadeh sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Bundan başqa, cavabdeh akt əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə, həmçinin, hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumunun hesablanması kalkulyatoru vasitəsilə aparılan hesablamaya əsasən hazırkı iddia tələbinin qiymətinin 1244,40 manat olduğu nəzərə alındıqda, cavabdeh tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği 32,44 manat təşkil edir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 32,44 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ünvan 1ində yerləşən fərdi yaşayış evinə (abonent kodu **********12040) itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 1244,40 manat məbləğində borc silinsin. 32,44 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-5588/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5588/2022
26.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver