Məhkəmə qərarları › İş №2(011)-5603/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5603/2023

25.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5603/2023 25.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəlüdlü X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il təvəllüdlü X6 ərizəçinin oğludur. Oğlu ruhi əsəb xəstəliyindən əziyyət çəkir. Belə ki, o ağıl zəifliyi və ruhi əsəb xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür. Kənar şəxsin daimi, ümumi qulluğuna ehtiyacı vardır. 2 nömrəli X3 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Həkim Psixiatr Komissiyası rəyindən görünür ki, 2005-ci il təvəllüdlü X6 barəsində Həkim Psixiatr Komissiyasının qərarına əsasən ağır kəmağıllıq, kəskin imbesilik, kobud nitq və davranış pozuntuları, daim kənar şəxslərin himayəsinə ehtiyacı var. Ərizəçi bildirir ki, oğluna qulluq və nəzarət edir. Maddi imkanı olmadığına görə onun müalicəsi üçün ödənişlər etməkdə çətinlik çəkir. Oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, ona qulluq etdiyimə görə pensiya ala bilmir. Habelə qəyyumu kimi onun adından çıxış edə bilmir. Özü Qarabağ döyüşçüsü, İ Qarabağ müharibəsində mənfur düşmənə qarşı gedən döyüşlərdə böyük şücaətlə döyüşmüşdür. Bu barədə ərizəçiyə məxsus hərbi biletdə öz əksini tapmışdır. Laçın, Kəlbəcər, Füzuli və Ağdam rayonun işğaldan azad olunmasında iştirak etmişdir. Döyüşlər zamanı özü orda ciddi psixoloji sarsıntılar keçirtmiş və müalicə alır.Hal-hazırda oğlunun müalicəsi üçün daim yanında kiməsə ehtiyac duyması səbəbindən öz müalicəsini saxlamış və oğlu ilə məşğul olur.Ambulator kitabçadan çıxarışdan görünür ki, X1 daimi kənar şəxslərin himayəsinə ehtiyac olduğu qeyd edilmişdir. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan AA4322908 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan,AZ İ 061022 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, xx.xx.2005-ci il təvəlüdlü X1 atası Ərizəçi, anası X5r. İş materiallarında olan, AZ İ 614598 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata adı qrafasında Ərizəçi , ana adı qrafasında X7 qeyd olumuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan, 014429 nömrəli vəsiqə Xətai rayon hərbi komissarlığı tərəfindən xx.xx.1998-ci il tarixdə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışından görünür ki, xx.xx.2005-ci il təvəlüdlü X4 ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları diaqnozu qoyulmuş, daima kənar şəxslərin qulluğuna və himayəsinə ehtiyacı var. İş materiallarında olan, 460009 nömrəli ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqədən görünür ki, xx.xx.2005-ci il təvəlüdlü X6 xx.xx.2022-ci il tarixdə tibbi komissiyasından keçmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli KPX tərəfindən verilən xx.xx.2022-ci il tarixli həkim psixiatr komissiyası rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X4 ağır kəmağıllıq, kəskin imbesillik dərəcəsində, kobud nitq və davranış pozuntuları diaqnozu qoyulmuş, daima kənar şəxslərin qulluğuna və himayəsinə ehtiyacı var. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 2624 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X6 ağır dərəcəli kəmağıllıq , davranış pozuntuları ilə müəyyən edlimiş, öz hərkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil. Buna görə də, xx.xx.2005-ci il təvəllüdlü X6 hazırki psixi vəziyyətinə görə tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X2 müəyyən edilən ağır dərəcəli kəmağıllıq, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 atası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Məhkəmə iclasında X1 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X1 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar