Məhkəmə qərarları › İş №2(011)-5616/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5616/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5616/2021 09.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.11.2019-cu il tarixli müqaviləsinə əsasən, “Samsung” paltaryuyan üçün 945 manat ödənilməmiş hissə, 273 manat dəbbə pulu, 26.11.2019-cu il tarixli müqaviləsinə əsasən, “LG” LED televizor üçün 1530 manat ödənilməmiş hissə, 465 manat dəbbə pulu olmaqla, ümumilikdə 3213 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 07.07.2021-ci il tarixli məhkəmə iclasında "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi E.P.Qurbanov izahatında bildirdi ki, Cavabdeh "xxxx" MMC ilə 26.11.2019-cu il tarixli müqaviləsinə əsasən, “Samsung” markalı paltaryuyan və 26.11.2019-cu il tarixli müqaviləsinə əsasən, “LG” LED televizor almış, lakin müqavilənin şərtlərini pozmuş və nəticədə 26.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1092 manat (12 ay x 91 manat + 0 manat ilkin ödəniş) “Samsung” paltaryuyan üçün ümumilikdə, 1218 manat olmaqla ondan 945 manat ödənilməmiş hissə, 273 manat dəbbə pulu, 26.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1746 manat (18 ay x 97 manat + 0 manat ilkin ödəniş) “LG” LED televizor üçün ümumilikdə, 1995 manat olmaqla ondan 1530 manat ödənilməmiş hissə, 465 manat dəbbə pulu hesablanmışdır, cavabdehin cəmi ödədiyi məbləğ 363 manat təşkil edir, bu səbəbdən hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini pozduğundan onun borcu məhkəmə qaydasında tutulmalıdır. 07.07.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək, həmçinin ərizəsinə uyğun izahat verərək, "xxxx" MMC ilə aralarında bağlanmış 26.11.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” paltaryuyan üçün 945 manat, 26.11.2019-cu il tarixli müqaviləyə əsasən, “LG” LED televizor üçün 1530 manat borcunun olduğunu etiraf etmiş, dəbbə borclarını isə qəbul etmədiyini, qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. 09.07.2021-ci il tarixli məhkəmə iclasının iclasının vaxtı və yeri barədə lazımi tərəflər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 26.11.2019cu il tarixdə 01077670 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “LG” LED televizor cavabdehə satılmışdır. İş materiallarında olan 26.11.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, “LG” LED televizor Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 26.11.2019-cu il tarixli 01077670 nömrəli müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, toplam məbləğ 1746 manatdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 26.11.2019-cu il tarixdə 01077650 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “Samsung” paltaryuyan cavabdehə satılmışdır. İş materiallarında olan 26.11.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, “Samsung” paltaryuyan Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 26.11.2019-cu il tarixli 01077650 nömrəli müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, toplam məbləğ 1092 manatdır. İş materiallarında olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, 26.11.2019-cu il tarixli müqavilə üzrə “Samsung” paltaryuyan üçün borcu, ödənilməmiş məbləğ 945 manat, dəbbə pulu 273 manat təşkil edir, 26.11.2019-cu il tarixli müqavilə üzrə “LG” LED televizor üçün borcu, ödənilməmiş məbləğ 1530 manat, dəbbə pulu 465 manat təşkil edir. Hal-hazırda Cavabdeh cəmi borcu, ödənilməmiş məbləğ 2475 manat, dəbbə pulu 738 manat, ümumilikdə 3213 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 28.08.2020ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan 10.06.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 22.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prti, 2942 A ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında iddia tələbində göstərilən əşyalara dair alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı öhdəliyini lazımınca icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı həmin əşyaları almışdır, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, buna görə onun iddiaçıya borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilələr üzrə tənasübsüz surətdə yüksək hesablanmış dəbbə məbləğinin azaldılaraq, “Samsung” paltaryuyan üçün 30 manat həddində, “LG” LED televizor üçün 50 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 26.11.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” paltrayuyan üçün əsas borc kimi 945 manat, dəbbə pulu kimi 30 manat, “LG” LED televizor üçün əsas borc kimi 1530 manat, dəbbə pulu kimi 50 manat, ümumilikdə 2555 manat borc alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26.11.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” markalı paltrayuyan üçün əsas borc məbləği kimi 945 manat, dəbbə pulu kimi 30 manat, 26.11.2019-cu il tarixli müqaviləyə əsasən “LG” LED televizor üçün əsas borc kimi 1530 manat, dəbbə pulu kimi 50 manat, ümumilikdə 2555 (iki min beş yüz əlli beş) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar