Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5618/2021 09.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı 10.06.2019-cu il tarixli müqaviləyə əsasən 147 manat ödənilməmiş hissə, 14 manat cərimə borcu, 18.12.2019-cu il tarixli müqaviləyə əsasən 217 manat ödənilməmiş hissə, 21 manat cərimə borcu, 31.01.2020-ci il tarixli müqaviləyə əsasən 380,6 manat ödənilməmiş hissə, 38,4 manat cərimə borcu, 17.06.2020-ci il tarixli müqaviləyə əsasən 538 manat ödənilməmiş hissə, 53 manat cərimə borcu, ümumilikdə 1409 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə kiçik mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 10.06.2019-cu il, 18.12.2019-cu il, 31.01.2020-ci il, 17.06.2020-ci il tarixli müqavilələrə əsasən əşyalar almış və nəticədə 1409 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 10.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 420 manat olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 161 manat olmaqla, ondan 147 manat ödənilməmiş hissə, 14 manat cərimə, 18.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 372 manat olan Xiaomi Redmi 8A markalı telefon üçün ümumilikdə 238 manat olmaqla, ondan 217 manat ödənilməmiş hissə, 21 manat cərimə, 31.01.2020-ci il tarixli müqviləyə əsasən alqı-satqı qiyməti 566,6 manat olan X1 8 markalı telefon üçün ümumilikdə 419 manat olmaqla, ondan 380,6 manat ödənilməmiş hissə, 38,4 manat cərimə, 17.06.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 568,8 manat olan Realme 6İ markalı telefon üçün ümumilikdə 591 manat olmaqla ondan 538 manat ödənilməmiş hissə, 53 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 662,80 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Buna baxmayaraq cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.06.2019-cu il tarixli, 00714763 saylı müqaviləyə əsasən "xxxx" MMC Samsung Galaxy A10 markalı telefon satmış və cavabdeh həmin əşyaya ödəniş cədvəli üzrə 20 ay müddətində hər ay 21 manat məbləğində olmaqla və 0 manat ilkin ödəniş etməklə, cəmi 420 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.12.2019-cu il tarixli, 01135331 saylı müqaviləyə əsasən "xxxx" MMC Xiaomi Redmi 8A markalı telefon satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 31 manat məbləğində olmaqla və 0 manat ilkin ödəniş etməklə, cəmi 372 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31.01.2020-cu il tarixli, 20071837 saylı müqaviləyə əsasən "xxxx" MMC Xiaomi Note 8 markalı telefon satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 31,2 manat məbləğində olmaqla və 5 manat ilkin ödəniş etməklə, cəmi 586,8 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.06.2020-ci il tarixli, 20354975 saylı müqaviləyə əsasən "xxxx" MMC Realme 6İ markalı telefon satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 48,9 manat məbləğində olmaqla və 0 manat ilkin ödəniş etməklə, cəmi 586.8 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən məhsullar qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İşin materiallarında olan 09.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 10.06.2019-cu il tarixli müqavilə üzrə 147 manat əsas, 14 manat cərimə, 18.12.2019-cu il tarixli müqavilə üzrə 217 manat əsas, 21 manat cərimə, 31.01.2020-ci il tarixli müqavilə üzrə 380,6 manat əsas, 38,4 manat cərimə; 17.06.2020-ci il tarixli müqaviləyə üzrə 538 manat əsas, 53 manat cərimə borcu vardır. İşin materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehə borcunu ödəməsinə, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edərək iddia qaldırılacağına dair məktub göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimələrin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olduğundan tələb edilən məbləğdə müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 10.06.2019-cu il tarixli, 00714763 saylı müqaviləyə üzrə əsas borca görə 147 (yüz qırx yeddi) manat, cərimə borcuna görə 14 (on dörd) manat, cəmi 161 (yüz altmış bir) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 18.12.2019-cu il tarixli, 01135331 saylı müqavilə üzrə əsas borca görə 217 (iki yüz on yeddi) manat, cərimə borcuna görə 21 (iyirmi bir) manat, cəmi 238 (iki yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 31.01.2020-ci il tarixli, 20071837 saylı müqavilə üzrə əsas borca görə 380,6 (üç yüz səksən manat altmış qəpik) manat, cərimə borcuna görə 38,4 (otuz səkkiz manat qırx qəpik) manat, cəmi 419 (dörd yüz on doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 17.06.2020-ci il tarixli, 20354975 saylı müqavilə üzrə əsas borca görə 538 (beş yüz otuz səkkiz) manat, cərimə borcuna görə 53 (əlli üç) manat, cəmi 591 (beş yüz doxsan bir) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5618/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5618/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver