Məhkəmə qərarları › İş №2(011)-5646/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5646/2024

25.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5646/2024 25.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi barədə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayonu,Qobu qəsəbəsi, Yeni yaşayış, ***-**** ünvanında yerləşən evinə 2023-cü ilin fevral ayında (kod: **********06360) yazılmış 5702,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə müraciət edərək, ona məxsus Bakı şəhəri Rəsulzadə qəsəbəsi 1-ci sıra ünvanında yerləşən evinə hesablanmış xx.xx.2023-cü il tarixdə ******* saylı akta əsasən 164,16 manat və xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 164,16 manat və xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 228,96 manat və xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 216 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 216 manat əsassız borcun siliməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizələri əsasında 2(011)-5181/2024 saylı və 2(011)-5646/2024 saylı mülki işlərin icraatı başlanılmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə edərək, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan həmin mülki işlər birləşdirilməlidir. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. AR Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, nəzərə alaraq ki, mülki işlər üzrə tərəflər və iddia predmetləri eynidir həmin işlərin bir icraatda birləşdirilməsi və bir icraatda baxılması məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3-cü, 263-264cü və 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair 2(011)-5646/2024 saylı mülki iş İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair 2(011)-5181/2024 saylı mülki işə birləşdirilsin. 2(011)-5646/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar