Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-565/2021 28.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi Mirzəağa qızının iştirakı ilə, Ərizəçi Mirzəağa qızının Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Mirzəağa qızı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1950ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bacısı X6 xx.xx.1950-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. Hal hazırda onun 70 yaşı var və tənha qadın olduğu üçün onunla yaşayır. 2002-ci il tarixdə fiziki qüsurları yaranmağa başladığından X4 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. O hazırda ikinci qrup əlil olaraq pensiya alır. Onun fiziki qüsurları ilə yanaşı son vaxtlarda əqli qüsurları da ortaya şıxmışdır. Belə ki, yaşının çoxluğu ilə tez tez yaddaş pozğunluğu, unutqanlıq yaranmışdır. X6 xəstəliyi ilə əlaqədar öz hərəkətlərini idarə edə bilmir. Məhkəməyə ərizə ilə müraciət etməsinin səbəbi ondan ibarətdir ki, bacısı öz hərəkətlərini idarə edə bilmədiyindən özü üçün hansı hüquqi nəticə yarada biləcəyindən asılı olmayaraq gələcəkdə istənilən formalı şifahi əqd bağlaya bilər və bu onlar üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Həmçinin o daimi xəstə olduğundan onun müalicəsinə çəkilən xərcləri qarşılamaq üçün onun üzərində qəyyum təyin ediləcəyi təqdirdə alacağı az məbləğdə də olsa pul vəsaitini onun müalicəsinə sərf edəcək. Məhkəmə iclasında Ərizəçi Mirzəağa qızı ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Mirzəağa qızı ünvan 1 ünvanında qeydiyyatdadır. X-JQ seriyalı, 819389 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1950-ci ildə anadan olmuşdur. 060801 saylı vəsiqənin surətindən görünür ki, X4 ikinci qrup əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 2416 saylı rəyinə əsasən, X6 aterosklerotik ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacı-qardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş işin halları ilə xx.xx.1950-ci il təvəllüdlü X2 ərizəçinin bacısı olması, aterosklerotik ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması sübut olunduğuna görə, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1950-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-565/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-565/2021
28.01.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver