Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5651/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı– Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən 11 saylı evin 523 nömrəli mənzil üzrə "xxxx" ASC tərəfindən hesablanmış 894,98 manat məbləğində cari borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən 11 saylı evin 523 nömrəli mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzildə hal-hazırda cavabdeh ailəsi ilə birlikdə yaşayır. "xxxx" ASC tərəfindən heç bir səbəb olmadan 894,98 manat məbləğində borc hesablanmışdır. Həmin borc əsassız olduğuna görə silinməlidir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən 11 saylı evin 523 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. İstehlakçı İddiaçı məxsus həmin mənzil üzrə akta əsasən 938,38 manat məbləğində borc yazılmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar:
7. X2 X1 İstismarı 7.13. Hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır.
8. Elektrik enerjisindən (aktiv və reaktiv) istifadəyə görə hesablaşmalar 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, elektrik enerjisi sərfinin hesabatı istehlakçıya məxsus elektrik qurğularının göstəricilərinə əsasən aparılmalı olduğu halda, "xxxx" ASC tərəfindən akta əsasən borc hesablanmış, lakin istehlakçının təqsiri sübuta yetirilməmişdir. Yuxarıda istinad edilən normativ hüquqi aktın tələblərini nəzərə alaraq və mülki işin faktiki hallarını təhlil edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək Cavabdeh ASC tərəfindən əsassız olaraq ünvan 1i ünvanı üzrə hesablanmış 894,98 manat məbləğində borc silinməlidir. Məhkəmə mərhəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 30 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi :
İddia təmin edilsin. "xxxx" ASC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən 11 saylı evin 523 nömrəli mənzil üzrə (abonent kodu **********10523) elektrik enerjisinin istehlakına görə İddiaçı hesablanmış 894,98 (səkkiz yüz doxsan dörd manat doxsan səkkiz qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova