Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-568/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, xx.xx.1980-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin xx xxx 1980-ci il təvəllüdlü qardaşı X11 anadangəlmə psixi və fiziki qüsurlu şəxsdir. O, uşaq serebral iflici (USİ) xəstəliyindən əziyyət çəkir. Ona 1985-ci ildən İ qrup müddətsiz əlillik dərəcəsi verilmişdir. Həmin ildən o, Uşaq Ruhi-Əsəb Dispanserində qeydiyyata alınmışdır. Uşaqlıqda dəfələrlə Bakı şəhəri X1 müalicə almasına baxmayaraq, onun səhhətində irəliləyiş olmamışdır. Ona 1985-ci ildən hal-hazıradək sosial müavinat təyin edilmişdir. Hal-hazırda Bakı şəhəri Xətai rayonu 28 saylı poliklinikasının psixiatr kabinetində qeydiyyatdadır. Qardaşı Faiqin nitqi qüsurludur, hərəki-dayaq aparatında problemlər var, pis gəzir, görmə qabiliyyəti aşağıdır. Daima dərman qəbul etməyinə baxmayaraq tez-tez qıcolma tutmaları olur. Bütün bunları nəzərə alaraq onun daima böyüklərin köməyinə və nəzarətinə ehtiyacı var. Valideynləri: atası X4 - 1953-cü il təvəllüdlü, anası X6 - 1958-ci il təvəllüdlüdür. Valideynlərinin yaşlı və səhhətlərində problem olmağını nəzərə alaraq, ona qəyyumluq etməyi öz üzərinə götürür. Ailədə iki övladdırlar. Ailəlidir, 1 övladı var. Xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün xüsusi təhsil məktəbində müəllim vəzifəsində çalışır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Vİİ-ЖГ seriyalı, 395958 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən, X11 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X4, anası X3r. - Xİİ-ЖГ seriyalı, 336611 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən, Ərizəçi xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X4, anası X3r. - AZ-İİ seriyalı 117564 nömrəli Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X7 ilə Ərizəçi nikahının bağlanması haqqında xx.xx.2016-cı il tarixli 1398 nömrəli akt qeydi tərtib edilmişdir, nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Səidova soyadı verilmişdir. - X2 əsasən Ərizəçi xx.xx.2006-cı il tarixli Əmək müqaviləsinə əsasən Bakı şəhəri 268 nömrəli xüsusi təhsil məktəbində müəllim işləyir, aylıq əmək haqqı 1600 manatdır. - AR TƏBİB X15 28 nömrəli şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli 965/85 nömrəli arayışına əsasən X11 1995-ci ildən RƏXD-də qeydiyyatda olub, hazırda həmin poliklinikanın psixiatr kabinetində qeydiyyatdadır, diaqnozu kəskin ifadə olunmuş ağıl zəyifliyi, qıcolma tutmaları ilə sol tərəfli hemiparezdir. - İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizası üzrə verilmiş xx.xx.2020-ci il tarixli 2347 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən xx.xx.1980ci il təvəllüdlü X8 ağır əqli gerilik uşaq serebral iflici ilə əlaqədar aşkar olunur; Faiq Səidov hazırki psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil; psixi vəziyyəti onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X5 bacısı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, X9 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X11 ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X11 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamə xx.xx.1980-ci il təvəllüdlü X5 üzərinə qəyyum təyin edilməsi üçün əsas hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə xx.xx.1980-ci il təvəllüdlü X11 üzərinə qəyyum təyin edilməsi üçün əsas hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-568/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-568/2021
10.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver