Məhkəmə qərarları › İş №2(011)-5681/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5681/2025

22.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5681/2025 22.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Müşviqabad qəsəbəsi, fərdi ev (abonent kodu:**********08260) ünvanı üzrə cərimə kimi yazılmış olan 403,20 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarili məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanda yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 4açı İddiaçı atası, X1 adına **********00000 No li abonent kodu verilmişdir. X3 xx.xx.2007-ci ildə vəfat etmişdir. xx.xx.2010-cu ildə Cavabdeh İB tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Füzuli küçəsi, ev 4 ünvanına İddiaçı iştirakı ilə küçədə G-4 itron-smart tipli, 1102AQ**********2 No li qaz sayğacı quraşdırılmış, plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib edilməmiş və abonent ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Füzuli küçəsi, ev 4 ünvanında quraşdırılmış 1102AQ**********2 No li qaz sayğacının istismar müddəti bitdiyindən "Azəriqaz" İB-nin işçiləri xx.xx.2018-ci ildə X2 iştirakı ilə qaz sayğacını 1702AZ**********75 No li qaz sayğacı ilə əvəz etmiş, 05090462 No li plomb vurmuş və "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* No li AKT tərtib etmişlər. 1102AQ**********2 No li qaz sayğacının çıxış borusu GUYA deşilmiş və bu səbəbdən dövlət yoxlanılması üçün laboratoriyaya göndərilmiş və Metrologiya Departamentinin rəyinə əsasən qeyd olunan faktla bağlı abonentin iştirakı olmadan Birliyin işçiləri tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2018-ci ildə dəymiş zərərin hesablanması və ödənilməsi barədə "Azəriqaz" İB-nin 29/1710-00050 saylı rəyinə əsasən ******* No li AKT tərtib edilmiş, lakin AKTın ikinci nüsxəsi abonentə verilməmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2018-ci il tarixli "X6"na dair tələbnaməsinə əsasən "dəymiş ziyanın hesablanması" məqsədi ilə 9720 m3 dəymiş ziyan hesablanmış və abonentin hesab koduna 972,00 manat borc yazılmışdır. xx.xx.2019-cu ildə "Azəriqaz" İB-nin əməkdaşları abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Füzuli küçəsi, ev 4 ünvanında quraşdırılmış 1702AZ**********75 No li qaz sayğacına baxış keçirmiş və yenə də GUYA sayğacın çıxış borusunun sınmasını və deşilməsini aşkar etmişlər. 1702AZ**********75 No li sayğac STS **********0 No li qaz sayğacı ilə əvəzlənmiş, 1702AZ**********75 Neli qaz sayğacı dövlət yoxlanılması üçün laboratoriyaya göndərilmiş və Metrologiya Departamentinin rəyinə əsasən qeyd olunan faktla bağlı abonentin iştirakı olmadan Birliyin işçiləri tərəfindən cTəbii qazdan istifadə qaydalarının pozulması haqqında, xx.xx.2019-cu ildə dəymiş zərərin hesablanması və ödənilməsi barədə "Azəriqaz" İB-nı 29/1710-01241-2 saylı rəyinə əsasən ******* Ne li AKT tərtib edilmiş, lakin AKTın İkinci” , nüsxəsi abonentə verilməmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2019-cu il tarixli “X6”na dair tələbnaməsinə əsasən “dəymiş ziyan həcminin hesablanması” məqsədi ii, 4860 m3 dəymiş ziyanın həcmi hesablanmış və abonentin hesab koduna 486,00 manat borç yazılmışdır. xx.xx.2020-ci ildə “Azəriqaz" İB-nin işçiləri tərəfindən Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Füzuli küçəsi, ev 4 ünvanında quraşdırılmış qaz sayğacına və küçədəki Qaş xəttinə abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan baxış keçirilmiş, sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş və foto-şəkillər çəkilmişdir. xx.xx.2020 ci il, saat 15:33 də birliyin işçiləri tərəfindən çəkilmiş foto-şəkildə qaş sayğacının qutusunda sayğacın olmaması öz əksini tapmışdır, lakin 15 dəqiqədən sonra, yəni xx.xx.2020 ci il, saat 15:48 də birliyin işçiləri tərəfindən çəkilmiş foto. şəkildə isə STS **********0 Ne li qaz sayğacının yenidən quraşdırılması prosesi öz əksini tapmışdır. Beləliklə, birliyin işçiləri tərəfindən çəkilmiş fotoşəkillərdən məlum olur ki, abonent - və ailə üzvləri həmin vaxt evdə olmuşlar, birliyin işçiləri əvvəlcədən qaz sayğacını qutusundan çıxarmış, boş qutunun foto-şəklini çəkmiş, 15 dəqiqə sonra isə ST$ **********0 Ne li qaz sayğacını yenidən yerinə quraşdırmış və xx.xx.2020-ci ildə qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən cTəbii qazdan istifadə qaydalarının pozulması haqqında? ******* Ne li AKT tərtib edilmiş və həmin AKTa əsasən dəymiş ziyan 8856 m3 hesablanmış və abonentin hesab koduna 885,60 manat borc yazılmışdır. Bakı Regional Qazın Satışı Departamentinin elə həmin gün, yəni xx.xx.2020-ci il tarixli “Də mi Zi anın Bəreası”na dair tələbnaməsinə əsasən “dəymiş ziyan həcminin hesablanması” məqsədi ilə 8856 m3? dəymiş ziyanın həcmi hesablanmış və abonentin hesab koduna 885,60 manat borc yazılmışdır. xx.xx.2025-ci il tarixli Abonentin Saldosundan görünür ki, ümumilikdə abonentin hesab koduna 2343,60 manat borc yazılmışdır. Beləliklə, Cavabdeh İB qanunsuz qoşulma halları ilə bağlı AKT tərtib etdikdə bir nüsxəsini barəsində AKT tərtib edilmiş şəxsə verməklə yanaşı, AKTın digər nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət taqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, cavabdeh Azəriqaz»> İB göstərilən qaydaya riayət etməmişdir. İş üzrə istehlakçının qaz xəttinə qanunsuz qoşulması, habelə sayğaca müdaxiləsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların cavabdeh tərəfindən təqdim olunmadığından hesab edirik ki, qanunsuz tərtib olunmuş AKTlara əsasən dəymiş zərərin tutulması ləğv edilməlidir. İddiaçı tərəfindən Məhkəməyə təqdim olunmuş 0186075, ******* va ******* No li AKTlardan görünür ki, həmin AKTlar birtərəfli qaydada tərtib edilmiş,abonent və ya ailə üzvləri və ya qonşular həmin AKTları imzalamamışdır. İmzalanmamış həmin AKTlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməlidir. Küçədə quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. Cavabdeh qeyd olunan ünvana dəfələrlə baxış keçirsə də abonentin və ya qonşuların iştirakını təmin etməmişdir. Ümumiyyətlə nə abonentin, nə də ki, qonşuların həmin AKTlardan xəbərləri olmayıb. Azəriqaz" İB-nin tərtib etdiyi - AKTlara əsasən guya sayğaca müdaxilə olunmuş, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh> İB qaz xəttinə məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları təqdim edə bilmir. Abonentin imzası olmayan həmin AKTlar isə qaz xəttinə müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir. İddiaçı "Azəriqaz" İB-nin balansında olan küçədəki qaz xəttinə özbaşına qoşulmamış və abonent tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Sayğac mənzildən kənarda yerləşdiyindən sayğaca edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən nəzarətçi tərəfindən, təlimata əsasən qaz xəttinə və qaz sayğaclarına hər ay baxış keçirilir. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Hazırkı halda iddiaçı cavabdehdən qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmanı və sayğaca müdaxiləni sübut edən faktları tələb edir. Azərbaycan Respublikası İXM-də və Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuşdur ki, təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi, vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə müdaxilə və qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu faktlar barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni AKTlar tərtib etməsi həmin AKTların mötəbərliyi barədə şübhə yaradır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə, iddiaçı əvvəlki məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, **********00000 saylı abonent kodu üzrə “....sayğacın çıxış borusu deşilib, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “X6na dair” tələbnamənin surətindən görünür ki, **********00000 saylı abonent koduna xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 9720 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, **********00000 saylı abonent kodu üzrə “....sayğacın çıxış plasmas borusu deşilib” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “X6na dair” tələbnamənin surətindən görünür ki, **********00000 saylı abonent koduna xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 4860 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 02774466 saylı aktın surətindən görünür ki, **********00000 saylı abonent kodu üzrə “abonent təbii qazdan qeydi-qanuni istifadə edir” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “X6na dair” tələbnamənin surətindən görünür ki, **********00000 saylı abonent koduna xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 8856 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Abonent Saldosu”ndan görünür ki, Bakı, Xəzər, Şüvəlan.Füzuli, ev 4 ünvanı üzrə **********00000 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 10/2018 tarixi üçün 972 manat, 05/2019 tarixi üçün 486 manat, 02/2020 tarixi üçün 885,60 manat borc yazılmışdır. İş materiallarında olan Ölüm haqqında Şəhadətnamədən görünür ki, X3 xx.xx.2007ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, iddiaçının ünvanı “Bakı, Şüvəlan qəsəbəsi, ünvan 5asında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Füzuli küçəsi, ev 4 ünvanında yerləşən evə quraşdırılmış **********00000 abonent kodlu qaz sayğacı X1 adınadır, o, 2007-ci il tarixdə vəfat etmişdir, hazırda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Füzuli küçəsi, ev 4 ünvanında iddiaçı qeydiyyatda olmaqla yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman “....sayğacın çıxış borusu deşilib, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir”, “....sayğacın çıxış plasmas borusu deşilib”, “abonent təbii qazdan qeydi-qanuni istifadə edir” əsasları ilə aktlar tərtib olunmuş və həmin aktlar nəticəsində **********00000 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 10/2018 tarixi üçün 972 manat, 05/2019 tarixi üçün 486 manat, 02/2020 tarixi üçün 885,60 manat məbləği yazılmışdır, hazırda həmin borc iddiaçıdan tələb edilir. Bununla belə, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar iş materiallarından görünmür və bu hallara dair cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə, iddiaçının abonent hesabına “Qalıq və aktlar” qrafasında 10/2018 tarixi üçün 972 manat, 05/2019 tarixi üçün 486 manat, 02/2020 tarixi üçün 885,60 manata münasibətdə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, baş vermiş zərərin məhz iddiaçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Belə ki, müvafiq qaydalara uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, cavabdehə məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda) göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək, qanunsuz qoşulma halları üzrə hesablanmış zərərin ödənilməsini uzun müddət ərzində cavabdehdən hansı səbəbdən tələb edilmədiyini əsaslandırmaq vəzifəsi cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus ev ilə əlaqədar ona dəymiş zərərə görə hesablanmış borcla bağlı mövqeyini əsaslandıra bilməmiş və bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, abonent koduna hesablanmış 2343,60 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00000) itirilmiş qazın bərpası məqsədilə yazılmış 2343,6 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırkı iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddia tələbinin həcmi (2343,6) nəzərə alınmalı, cavabdehdən dövlət mədaxilinə 43,44 manat məbləğində dövlət rüsumu alınmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Füzuli küçəsi, ev 4 ünvanı üzrə **********00000 saylı abonent hesabına Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 2343 (iki min üç yüz qırx üç) manat 60 (altmış) qəpik borc silinsin. Cavabdehndən 43 (qırx üç) manat 44 (qırx dörd) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar