Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5682/2021 15.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı – “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş aktların ləğvinə, aktlar əsasında iddiaçının hesab koduna yüklənmiş 3848,18 borcun hesab kodundan silinməsinə və əsassız olaraq yazılmış borca görə tutulmuş 21,60 manat manatın İddiaçı qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır va faktlki olaraq həmin ünvanda yaşayır. Lakin, hər il bağ mövsümü başlayanda, yəni may ayının 15-dən sentyabr ayının 15-dək ünvan 2 ünvanında yerləşən bağ evində yaşayır. 31 oktyabr 2013-cti il tarixdə “Azariqaz” iB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında abonentin iştirakı olmadan sayğac quraşdırılmış, plomb vurulmuş və **********00029 nömrəli kod verilmişdir. Lakin X1 ilə cavabdeh “Azariqaz” İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadaçisi arasında qazın alqı-satqısı barədə” heç bir müqavilə baglanmamışdır. 05 noyabr 2013-cii ii tarixdə iddiaçı X7 Abdulla oglunun besab koduna asassız olaraq 151.20 manat borc yazılmışdır. 13 noyabr 2018-ci il tarixində iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən bağ evində quraşdırılmış sayğaca və küçədə yerləşən qaz xəttinə abonentin iştirakı olmadan texniki baxış keçirilmiş, yeni smart-kart tipli, G-4 markalı sayğac quraşdırılmış, plomb vurulmuş və "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilmişdir. Bundan əlavə, quya abonentin sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edilməsi aşkarlanmışdır, kənar xəttin ləğv edilməsi və dəymiş zərərin hesablanması və ödənilməsi barədə ******* nömrəli akt tərtib edilmişdir. Həmin akt abonentə təqdim olunmamış və abonentin hesab koduna qanunsuz olaraq 405.0 manat borc yazılmışdı. 23 mart 2019-cu il tarixdə yenidən ünvan 2 ünvanında yerləşən bağ evində quraşdırılmış sayğaca və küçədə yerləşən qaz xəttinə abonentin iştirakı olmadan texniki baxış keçirilmiş, yenə də abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkarlanmış, kənar xəttin ləğv edilməsi və dəymiş zərərin hesablanması və ödənilməsi barədə ******* nömrəli akt tərtib edilmiş, həmin akt abonentə təqdim olunmamış, və abonentin hesab koduna qanunsuz olaraq 580.50 manat borc yazılmışdır. 31 mart 2021-ci il tarixdə yenidən ünvan 2 ünvanında yerləşən bağ evində quraşdırılmış sayğaca və küçədə yerləşən qaz xəttinə abonentin iştirakı olmadan texniki baxış keçirilmiş, yenə də abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkarlanmış, kənar xəttin ləğv edilməsi və dəymiş zərərin hesablanması və ödənilməsi barədə ******* nömrəli akt tərtib edilmiş, həmin akt abonentə təqdim olunmamış, və abonentin hesab koduna qanunsuz olaraq 1118,0 manat borc yazılmışdı. 30 aprel 2021-ci il tarixdə yenidən ünvan 2 ünvanında yerləşən bağ evində quraşdırılmış sayğaca və küçədə yerləşən qaz xəttinə abonentin iştirakı olmadan texniki baxış keçirilmiş, yenə də abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkarlanmış, kənar xəttin ləğv edilməsi və dəymiş zərərin hesablanması və ödənilməsi barədə ******* nömrəli akt tərtib edilmiş, həmin akt abonentə təqdim olunmamış, və abonentin hesab koduna qanunsuz olaraq 396,0 manat borc yazılmışdı. İddiaçı tərəfindən nə sayğacı, nədə ki, küçədə yerləşən qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdı. Qeyd edilən aktlar abonentin həmin ünvandan yaşamadığı dövrdə tərtib edilmişdi. Bundan əlavə, cavabdehin təqdim etdiyi foto şəkillər abonentin və onun qonşusunun ünvanında aid olsa da, aşkar edilmiş kənar xətt abonentin qonşusuna aiddir. Belə ki, həmin şəxsə abonent kodu verilmədiyindən. onun üçün sayğac quraşdırılmamışdı. Bu səbəbdən də, aşkar edilmiş həmin kənar xəttlərə dair dəymiş ziyan iddiaçının hesabına yüklənmişdir. 24 iyun 2020-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında abonentin iştirakı olmadan yeni ZENNER tipli, G-4T mexaniki markalı **********8 nömrəli sayğac quraşdırılmış, lakin yenə də iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə bağlanmamışdır. İddiaçı bağ mövsümündə yalnız PQ-4 qaz plitəsindən istifadə edir. 16.06.2021-ci il tarixdə abonentə təqdim edilmiş GASREPdan da məlum olur ki, 2013-cü ildən 2020-ci ilə qədər olan ödənişlərin hamısı yaz-yay aylarına təsadüf edir. İddiaçı ümumilikdə 464: m 3 qaz sərfiyyatına görə 68.0 manat ödəniş etmiş və qeyri-qanuni yüklənmiş borca görə 21.60 manat tutulma olmuşdur. 16.06.2021-ci il tarixli "Abonentin Saldosu"nu aldıqda məlum olur ki, iddiaçının hesab koduna əsassız olaraq 01.05.2020-ci il tarixə qədər 2935.66 manat borc yazılmışdır. Halbuki, iddiaçı tərəfindən "Azəriqaz" İB-nin balansında olan küçədəki qaz xəttinə özbaşına qoşulma hallarına yol verilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 5, ev 29 kəndində yerləşən fərdi yaşayış evi ünvanında quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14.11.2018-ci il tarixli, ******* nömrəli, 30.03.2019-cu il tarixli ******* nömrəli, 31.03.2021-ci il tarixli, ******* nömrəli, 30.04.2021-ci il tarixli, ******* nömrəli aktlar tərtib edilmiş və həmin aktlarda “sayğacdan kənar istifadə aşkar edilmişdir” qeyd edilmişdir. Həmin akt əsasında tərtib edilmiş “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”lərin surətlərindən görünür ki, iddiaçıya qanunsuz istifadə etdiyi qazın dəyərinə görə 2569,5 manat məbləğində borc hesablanmış və ödənilməsi iddiaçıdan tələb edilmiş, iddiaçı tərəfindən qaz sərfiyyatına görə aparılmış ödənişlərdən 21,6 manat məbləğində pul Cavabdeh İB tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.11.2021-ci il tarixli, 10/4608 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 5 ünvanında yerləşən 29 saylı fərdi yaşayış evində təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilmədi. Aparılmış tədqiqatın dəyəri 102 manat təşkil edir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2569,5 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 2547,9 manat məbləğində borc silinməli, 21,60 manat məbləğində isə pul vəsaiti dir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 3848,18 borcun silinməsi tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçıya təbii qazdan istifadə qaydalarının pozulmasına görə iddiaçıya cəmi 2569,5 manat məbləğində borcun hesablandığı müəyyən edilmiş, qalıq 1278,8 manat məbləğində borcla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Odur ki, iddia qalan 1278,8 manat məbləğində borcun silinməsi hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 58,69 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə aid olan ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 102 manat cavabdehdən tutularaq dövlət hesabına aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu: **********00029) üzrə hesablanmış 2547,9 (iki min beş yüz qırx yeddi manat doxsan qəpik) manat məbləğində borc silinsin. 21,60 (iyirmi bir manat altmış qəpik) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. 58,69 (əlli səkkiz manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdehndən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 102 (yüz iki) manat dövlət büdcəsinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5682/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5682/2021
15.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver