Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-570/2025 31.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, Ərizəçi Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Ərizəçi Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 12, ev 7-də orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları xəstəsi olan xx.xx.2006-cı il təvəllüdlü X6 baxmışdır.
2. xx.xx.2006-cı il təvəllüdlü X7 əmək fəaliyyətsizdir və daim qulluğa ehtiyacı vardır.
Ərizəçinin tələbi:
3. xx.xx.2006-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
4. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, ərizəçi məhkəmə iclasında iştirak etməmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. AZ-İİ 111197 №-li Doğum haqqında şəhdətnaməyə əsasən, xx.xx.2006-cı il təvəllüdlü X4 atası Ərizəçi, anası X3r.
8. AR Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X9 tərəfindən verilmiş 8198 №-li, xx.xx.2023-cü il tarixli məlumata əsasən, X6 ort dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F71.1, nitq inkişafının spesifik pozuntusu F80.0 diaqnozu qoyulmuşdur.
9. xx.xx.2023-cü il tarixli Ambulator Kitabçadan çıxarış.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5482 №-li rəyinə əsasən, Nəticə hissəsi: İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs X5 "ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK DAVRANİŞ POZUNTULARİ İLƏ" (F71.1) qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, erkən psixo-fiziki inkişafdan geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında "Qulluq və müalicə tələb edən davranış pozuntusu. Orta kəmağıllıq. Ağırlaşma F80.0 Nitq artikulyasiyasının spesifik pozuntusu. Nitqi aydın deyil. Ağırlaşma F90. Hiperkinetik pozğunluqlar. Davranışı qeyri adekvat. Yanaşı xəstəliklər Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac daim qulluqa ehtiyacı var" sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Psixi Sağlamlıq Mərkəzi"də ona "Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F71.1. Nitq inkşafının spesifik pozuntusu F80.0" diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli "X2"da "Uşaq autizmi. Kanner sendromu. Orta kəmağıllıq. Qulluq və N müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə" diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli "X1 "Orta kəmağıllıq. Qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu" diaqnozu ilə stasionar müalicədə olması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2006-cı il təvəllüdlü X7 ağıl zəifliyindən və ya ruhi xəstəlikdən əziyyət çəkirmi? Cavab: Yoxlanılan şəxs X5 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. 2-ci sual: xx.xx.2006-cı il təvəllüdlü X7 öz hərəkətlərinin mənasını başa düşüb öz hərəkətlərini idarə edə bilirmi? Cavab: Yoxlanılan şəxs X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. M.Ərizəçi fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.
11. Digər sənədlər.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 317.2 Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.
15. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2006-cı il təvəllüdlü X4 atasıdır və oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur.
16. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X4 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı, tibbi və digər sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi (§10), habelə işin digər halları ilə tam sübuta yetirilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, X7 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X7 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir.
17. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən şəxsin öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı sübuta yetirildiyindən xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
Məhkəmə xərcləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. xx.xx.2006-cı il təvəllüdlü Bakı şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin.
3. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X4 üzərində qəyyum təyin edilməsi həvalə edilsin.
4. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Samirə Eyvazova