Məhkəmə qərarları › İş №2(011)-5722/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5722/2023

20.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5722/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Cavabdeh tərəfindən ona **********00040 nömrəli abonent kodu verilməklə istehlakçı kimi qeydiyyata alınmışdır. Qazda qeydiyyat atasının adınadır, atası rəhmətə getmişdir. İddiaçının adına qazı keçirməmişlər ki, borcu var. Qazdan istehlakçı kimi o, və ailəsi istifadə edir. Daimi olaraq pulunu yükləyib qazını işlətmişdir. Lakin bir neçə gün bundan qabaq Cavabdeh İB-nin nümayəndəsi ona bildirmişdir ki, onun 2246.63 manat borcu vardır. Borcu ödəməsə qaz kəsiləcəkdir. İddiaçı qeyd etmişdir ki, o, zavod və ya parnik işlətmir, villada yaşamır onunda hamı kimi sadə bir evi var və orada yaşayır. Cavabdeh İB-nin özünün tərtib etdiyi abonent saldosundan da göründüyü kimi 06.2010-cu il tarixdən sayğac quraşdırılmış və iddiaçı istehlakçı olub qazdan istifadə etməyə başlamışdır. Sayğac qoyulduğu gündən ödənişlər bunlardır: 2010-cu ildə 75.80 manat, 2011-ci ildə 163 manat, 2012-ci ildə 107.40 manat, 2013-cü ildə 277 manat, 2014-cü ildə 208.10 manat, 2015-ci ildə 185.70 manat, 2016-cı ildə 163 manat, 2017-ci ildə 185 manat, 2018-ci ildə 285 manat, 2019-cu ildə 252 manat, 2020-ci ildə 214 manat, 2021-ci ildə 242 manat, 2022-ci ildə 120 manat, 2023-cü ilin 6 ayı ərzində isə 175 manat pul ödəmişdir. Qeyd olunduğu kimi bu hesabatları Cavabdeh İB-nin özü hesablamışdır. Lakin Cavabdeh İB-nin işçiləri onun sayğacını dəyişdirib yeni sayğac qoymuş və onun xəbəri olmadan ona heçnə demədən sayğacı aparmışlar ki, artıq sayğac dəyişilmişdir. Sonradan isə iddiaçıya məlumat göndərilmişdir ki, onun 2246.63 manat borcu vardır. Cavabdeh İB-nin özünün tərtib etdiyi abonent saldosuna əsasən ödənişləri barədə məlumata baxdıqda da görünür ki, Cavabdeh İB itkini azaltmaq üçün vətəndaşa şişirdilmiş rəqəm yazmışdır, onun evində heç 13 il ərzində bu qədər qazdan istifadə edilməmişdir, necə ola bilər ki, hər ay kifayət qədər qaza ödənişi olduğu halda ona Cavabdeh İB tərəfindən 2246.63 manat borc yazılmışdır. Həmçinin iddiaçının sayğacı smart olmuş, yəni əvvəlcədən ödənişi edib qazı işlətmişdir. Sayğacı dəyişilənə qədər bu illər ərzində sayğacına Cavabdeh İB tərəfindən yüz dəfə baxış keçirilmiş, hərşey qaydasında olmuşdur, necə olur ki, sayğac “Azərqaz” İBnin laboratoriyasına gedən kimi onlara absurd bir borc yazılır. Bu da onu göstərir ki, yazılmış borc qanunsuz olmaqla yanaşı absurddur. Eyni zamanda bildirmişdir ki, sayğaca cavabdehliyi qaz idarəsi daşıyır əgər sayğacda nəsə problem varsa nəsə olubsa onu saz vəziyyətdə saxlamağa cavabdeh qaz idarəsinin özüdür. Ona görə də bu yazılmış borc silinməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh İstehsal Birliyi tərəfindən ünvan 1 ünvanında yerləşən yaşadığı evə (abonent kodu: **********00040) əsassız yazılmış 2246.63 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonent saldosundan məlum olur ki, X1 2023-cü ildə borcu 2246,63 manat təşkil edir. İş materiallarında olan Cavabdeh İb tərəfindən verilmiş “Gasrep”dən-hesabdan çıxarışdan görünür ki, X2 məxsus sayğac üzrə (abonent kodu **********00040) 2023-cü il ərzində yanvar ayı 50 manat, aprel ayı 25 manat, may ayı 100 manat ödəniş edilmiş, 2023-cü ilin may ayı üzrə 2246,63 manat borc hesablanmışdır. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 128860 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 09 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında istifadədə olan 57.10 kv/m ümumi sahədən ibarət 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh məhkəməyə heç bir sübut yaxud etiraz təqdim etməmiş, iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə mütəmadi ödənişlər olunmasına baxmayaraq, cavabdeh tərəfindən 2023-cü ilin may ayında 2246,63 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçının faktiki yaşadığı evə dair hesablanmış 2246,63 manat məbləğində borc silinməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na əsasən qaz istehlakçıları ilə bağlanmalı olan müqavilənin forması və məzmunu dəyişdirilsə də, cavabdeh təşkilat həmin qaydaların tələbinə riayət etməmiş, X3 09 dekabr 2020-ci il tarixdə vəfat etdiyi, evdə faktiki qaz istehlakçısı İddiaçı olduğu halda müqavilənin dəyişdirilməsini təmin etməmişdir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 42,47 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən 4 saylı mənzil ilə bağlı qaz sərfinə görə (abonent kodu: **********00040 olan) hesablanmış 2246,63 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 42,47 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar