Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-574/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və tutulmuş pulun geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və tutulmuş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh İB tərəfindən Şamaxı rayonu, Məlhəm kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacında baş vermiş nasazlıqlara görə 31 avqust 2023-cü il tarixli ******* nömrəli akta əsasən 172.80 manat məbləğində borcun hesablanması qanunusz hesab olunmaqla silinməsi, ödənilmiş 172.80 manat məbləğin artıq ödənilmiş vəsait kimi iddiaçının abonent hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı daimi olaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydiyyatda olduğu ünvanda yaşayır. Şamaxı rayonunda, Məlhəm kəndində isə iddiaçının yay evi var və hər il yay aylarında bəzən gedib orada qalır. Ailə tərkibi ancaq iddiaçı və yodaşından ibarətdir. Qeyd olunan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin evi iddiaçıya 2013-cü ildə alğısatqı yolu ilə almışdır. Lakin o vaxtdan qaz sayğacı evin keçmiş sakini Xanişiyev Teymurun adında qalmışdır. 31 avqust 2023-cü il tarixində iddiaçı orada evdə olmayanda qaz sayğacı Cavabdeh əməkdaşları tərəfindən sökülmüş və aparılmışdır. Sayğac çıxarılan zaman heç bir zədə olmadan plomb üzərində olmuşdur. İddiaçının bundan xəbəri olmamışdır. Sonradan 2023-cü ili payız aylarının sonlarında evə gedib baş çəkəndə qazın olmamasını görmüş və bu barədə cavabdehdən maraqlananda sayğacda texniki qüsur olması bildirilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixində rəsmi ərizə ilə cavabdehə müraciət etmiş və əlaqəli sənədlərin verilməsini tələb etmişdir. Sənədləri aldıqda məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixində ******* nömrəli akt və xx.xx.2023-cü il tarixli “dəymiş ziyann bərpasına dair” tələbnamə tərtib edilmişdir. xx.xx.2024-cü il tarixində gəlib ünvana yeni sayğac quraşdırılmışdır. İddiaçı guya 172.80 manat ziyan ödəməli olmağı tələb edilmişdir. Saldodan da görünür ki, həmin evdə qazdan minimal istifadə edilir. 2023-cü ilin oktyabr, noyabr, dekabr aylarında isə sərfiyyat sıfır olmuşdur, çünki həm evdə yaşayış olmayıb həm də qazı kəsmişdilər. Mübahisənin yalnız məhkəmə qaydasında həll ediləcəyini başa düşdükdə, məcbur qalıb həmin 172.80 manat əsassız hesablanmış borc məbləğini ödəmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli ödəniş qəbzləri təqdim olunur. Həmin vaxta debitor borcla birlikə ümumi borc 180 manat olduğu üçün, (172.80 manat akta əsasən, 8.0 manat debitor borca əsasən) 180 manat ödəniş etmişdir ki, bundan 172.80 əsassız yazılmış borcdur. Hesab edir ki, iddiaçıya hesablanmış borc qanunsuz və əsassızdır, buna görə də silinməlidir. Belə ki, sayğacın zədələnməsi ilə bağlı cavabdeh qurum heç bir sübut təqdim etməmişdir. Sayğacın zədələnməsi öz təsdiqini tapsa belə bununla bağlı iddiaçı heç bir məsuliyyət daşımır. Ona görə ki, qaz sayğacı iddiaçının evindən kənarda yerləşdiyi üçün sayğacı qorumaq mümkün deyildir. Sayğacı yoldan keçən istənilən şəxs zədələyə bilər. Buna görə iddiaçıdan hər hansı vəsaitin tələb olunması heç bir halda qanuni və ədalətli ola bilməz. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən Şamaxı rayonu, Məlhəm kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacında baş vermiş nasazlıqlara görə hesablanmış borcun qanunsuz hesab edilməsi və borca görə ödənilmiş 172.80 manat məbləğin iddiaçının abonent hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Şamaxı rayonu, Məlhəm kəndində yerləşən fərdi yaşayış evi çıxarış əsasında İddiaçı mülkiyyətindədir. Həmin ünvanda quraşdırılmış **********00086 abonent kodlu qaz sayğacı Xankişiyev Teymurun adına rəsmiləşdirilmişdir və hazırda iddiaçının istifadəsindədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 avqust 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir. Həmin akt əsasında iddiaçının abonent hesabına 2023-cü ilin avqust ayına 172.80 manat cərimə hesablanmışdır. Tələb edilən 172.80 manat borcun ödənilməsi üçün cavabdeh təşkilat iddiaçı tərəfindən edilən ödənişlərdən 2024-cü ilin aprel ayında 180 manat tutulma aparmışdır. İddiaçı hazırda borcun hesablanmasının qanunsuz hesab edilməsi və borca görə ödənilmiş məbləğdən tutulmuş 172.80 manatın onun abonent koduna qaytarılmasını xahiş edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana baxış keçirilən zaman sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi aşkar edilərək akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ondan borc tələb edilmişdir. Məhkəmə qeyd edir ki, qaz sayğacının və qaz xəttinin işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıyır, zədələnmiş qaz xəttinin təmir olunması, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməlidir. O cümlədən, hazırkı iş üzrə qaz xəttinin yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmir. Odur ki, sözügedən akt əsasında yazılmış borcun iddiaçıdan tələb edilməsi əsassızdır. Bundan başqa, məhkəmə araşdırmasında müəyyən edildi ki, iddiaçının istifadəsində olan abonent hesabından yazılmış borcun silinməsi üçün onun yüklədiyi məbləğdən 172.80 manat pul tutulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən tutulmaların aparılması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir. Nə qədər ki, məhkəmə tərəfindən cərimənin yazılması qanunsuz hesab edilmişdir, bu cəriməyə görə məbləğin tutulması da qanunsuz hesab edilərək iddiaçının istifadəsində olan abonent koduna geri qaytarılmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan **********00086 saylı abunə koduna hesablanmış borc qanunsuz hesab edilməli və borca görə ödənilmiş 172.80 manat məbləğində pul vəsaiti İddiaçı abonent koduna geri qaytarılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan **********00086 saylı abunə koduna hesablanmış borc qanunsuz hesab edilsin və borca görə ödənilmiş 172.80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində pul vəsaiti İddiaçı abonent koduna geri qaytarılsın. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-574/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-574/2025
13.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver