Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-576/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Xəzər rayonu, Pirallahı qəsəbəsi ünvanda yerləşən evinə hesablanmış 12298,30 manat əsassız borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Pirallahı qəsəbəsi ünvanda yerləşən evində ailəsi ilə birlikdə yaşayır, 2018-ci ilin oktyabr ayında cavabdehin əməkdaşları tərəfindən istifadəsində olan qaz sayğacı çıxarılmış və təkrarən yerinə 26.02.2020-ci il tarixdə quraşdırılmışdır, qaz sayğacı olmadığı 17 ay müddətində ona külli miqdarda əsassız borclar hesablanmışdır, misal üçün, təkcə 2020-ci ilin yanvar ayında ona 5032,60 manat borc hesablanmışdır, bu absurddur, qaz sayğacı çıxarıldıqdan sonra qazın verilişi dayanmamalı və hesabat öncəki ayın orta günlük sərfiyyatına uyğun aparılmalı idi, cavabdeh isə sayğac olmadığı müddət ərzində həqiqətə uyğun olmayan əsassız borclar hesablamışdır, istifadə etdiyi qazın dəyərini artıqlaması ilə daim ödəmişdir, bütün bunların qanunsuz və əsassız olmasını bildirməsinə baxmayaraq cavabdehin əməkdaşları buna məhəl qoymamışdır, cavabdeh mövcud qanunlara heç bir məhəl qoymadan öz bildiyi kimi hərəkət edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 12.10.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvandakı RVA G-10 markalı 75116035 saylı qaz sayğacı çıxarılmışdır. Həmin sənəddən görünür ki, Qaz sayğacının çıxarılmasının səbəbi kimi növbədənkənar yoxlama göstərilmişdir. İş materiallarında olan “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 28.12.2018-ci il tarixli ******* №-li aktın surətindən görünür ki, 2018-ci ilin dekabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 4449, hesablanmış qaz sərfinin məbləği 889,80 manatdır. İş materiallarında olan “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 21.10.2018-ci il tarixli 00041441 №-li aktın surətindən görünür ki, 2018-ci ilin oktyabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 983 kub/metr, hesablanmış qaz sərfinin məbləği 196,60 manatdır. İş materiallarında olan “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31.01.2019-cu il tarixli ******* №-li aktın surətindən görünür ki, 2019-cu ilin yanvar ayı üçün hesablanmış qaz sərfinin miqdarı 5971 kub/metr, hesablanmış qaz sərfinin məbləği 1024,20 manatdır. İş materiallarında olan “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 28.02.2019-cu il tarixli ******* №-li aktın surətindən görünür ki, 2019-cu ilin fevral ayı üçün hesablanmış qaz sərfinin miqdarı 4810 kub/metr, hesablanmış qaz sərfinin məbləği 962 manatdır. İş materiallarında olan “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 09.11.2019-cu il tarixli ******* №-li aktın surətindən görünür ki, 2019-cu ilin noyabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 2536, hesablanmış qaz sərfinin məbləği 511,20 manat, gündəlik sərfiyyat 84,5 kub/metrdir. İş materiallarında olan “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31.01.2020-ci il tarixli ******* №-li aktın surətindən görünür ki, 2020-ci ilin yanvar ayı üçün hesablanmış qaz sərfinin miqdarı 26263, hesablanmış qaz sərfinin məbləği 5032,6 manat, gündəlik sərfiyyat 875,40 kub/metrdir. İş materiallarında olan “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 24.02.2020-ci il tarixli ******* №-li aktın surətindən görünür ki, 2020-ci ilin fevral ayı üçün hesablanmış qaz sərfinin miqdarı 3791, hesablanmış qaz sərfinin məbləği 758,20 manat, gündəlik sərfiyyat 145,81 kub/metrdir. İş materiallarında olan iddiaçının **********00640 saylı abonent kodu üzrə 27.12.2021-ci il tarixli Abonent Saldosundan görünür ki, həmin sənədin “qalıq və aktlar” qrafasına 09/2018 üçün 64,60, 10/2018 üçün 196,60, 11/2018 üçün 511,20, 12/2018 üçün 889,80, 01/2019 üçün 597,10, 02/2019 üçün 962, 03/2019 üçün 981,60, 04/2019 üçün 394,40, 05/2019 üçün 130,40, 06/2019 üçün 64, 07/2019 üçün 45,40, 08/2019 üçün 56,80, 09/2019 üçün, 64,60, 10/2019 üçün 212,60, 11/2019 üçün 511,20, 12/2019 üçün 889,80, 01/2020 üçün 2626,30, 02/2020 üçün 758,20 manat borc yazılmışdır. Həmçinin həmin Saldodan görünür ki, “sərfin məbləği” adlı qrfaya 09.2018-ci il tarixi üçün qazdan sayğac üzrə sərfiyyata görə 64,60 manat, 10.2018-ci il tarix üçün 16 manat, 02.2020-ci il tarixi üçün isə 291,60 manat borc hesablanmışdır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 12.10.2018-ci il tarixdə “növbədənkənar yoxlama” səbəbi ilə cavabdeh tərəfindən Akt əsasında çıxarılmışdır, qaz sayğacının olmadığı müddət oktyabr 2018 – fevral 2020-ci il müddətini əhatə edir (17 ay = 510 gün), bu dövr ərzində hesablaşma akt əsasında aparılmış və iddiaçıya bu əsasla cəmi 9892 (196,60 + 511,20 + 889,80 + 597,10 + 962 + 981,60 + 394,40 + 130,40 + 64 + 45,40 + 56,80 + 64,60 + 212,60 + 511,20 + 889,80 + 2626,30 + 758,20 = 9892) manat borc hesablanmışdır, həmin borc məbləği iddiaçıdan tələb olunur, sayğac çıxarıldığı gündən əvvəlki ay - 2018-ci ilin sentyabr ayıdır, həmin ay üzrə iddiaçının sayğacla aparılmış orta günlük sərfiyyatı 2,15 (64,6:30=2,153) manat təşkil edir, iddiaçıdan qaz sərfiyyatına görə 2018-ci ilin oktyabr ayı və 2020-ci ilin fevral ayı üzrə həm akt, həm də sayğac sərfiyyatı üzrə hesablaşma aparılmışdır. Bununla bərabər, qaz sayğacının çıxarılmasına, o cümlədən onun zədələnməsinə səbəb olan hallarla bağlı iddiaçının (istehlakçının) təqsiri məhkəmə tərəfindən müəyyən olunmur. Məhkəmə iddiaçıdan silinməli olan borc məbləğinə münasibətə qeyd edir ki, bu zaman sayğac olmadığı dövr ərzində istifadə edilmiş qazın dəyəri, qanunvericiliyə uyğun olaraq, sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun olaraq 1033 (480 gün (16 ay) x 2,153 manat = 1033) manat həddində müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, əsassız olaraq hesablanmış 9892 manat borcdan 8859 (9892-1033=8859) manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.4-cü maddəsinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00640) yazılmış 8859 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan çox (8859 manat) olduğundan, cavabdehdən dövlət mədaxilinə 108,6 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı **********00640 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 8859 (səkkiz min səkkiz yüz əlli doqquz) manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 108 (yüz səkkiz) manat 60 (altmış) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-576/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-576/2022
04.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver