Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5775/2023 26.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, Ərizəçi “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atasına məxsus olan Bakı şəhəri, General Mehmandarov küçəsi, ev 8, 33 saylı mənzilə qanuni vərəsə üzrə tanınmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi ərizə xüsusi icraat qaydasında verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində xüsusi icraat qaydasında baxılan işlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə bu hala qiymət verərək hesab edir ki, hazırkı ərizəyə xüsusi icraat qaydasında baxıla bilməz. Ərizəçi iddia icraatında baxılmalı olan tələbi xüsusi icraat qaydasında vermışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qanunvericiliyin tələbləri pozulmaqla xüsusi icraat qaydasında verildiyindən, onun məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5775/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5775/2023
26.07.2023 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver