Məhkəmə qərarları › İş №2(011)-580/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-580/2025

04.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-580/2025 04.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə, “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. X5 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ərizəçi Turqay Vəliyevin anasıdır.

2. AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 2 nömrəli Tibbi Sosial Ekspert Komissyasının xx.xx.2016-cı il tarixli qərarına əsasən Turqay Vəliyevə uşaq serebral iflici, tetraplegiya diaqnozu təyin edilmişdir.

3. AR Səhiyyə Nazirliyi 2 nömrəli X1 Həkim Psixiatr Komissiyasının tərəfindən verilmiş 5422 saylı, xx.xx.20203-cü il tarixli rəylə Turqay Vəliyevə kəmağıllılıq, kobud nitq, davranış və dayaq hərəkət aparatının pozuntuları ilə kənar şəxsin qulluğuna və köməyinə ehtiyacının olması barədə qərara alınmışdır.

4. Bundan başqa, AR ƏƏSMN Bakı Baş Səhiyyə İdarəsi Tibbi Sosial Ekspert Komissyasının xx.xx.2024-cü il tarixli “Əllik haqqında arayış“ına əsasən Turqay Vəliyevə müddətsiz birinci dərəcəli əlillik təyin edilərə, ona G80.0 Kvadroplegik spastik serebral iflic, F73.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, dərin kəmağllılıq, kobud nitq və davranış pozuntuları ilə İO-10 diaqnozu təyin edilmişdir.

Ərizənin və ona etirazın dəlilləri: a) Ərizənin dəlilləri:

5. Ərizəçi övladı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

6. Ərizəçi ərizəsində qeyd etmişdir ki, o, Ərizəçi Talib qızı xx.xx.1974-cü ildə anadan olmuşam. Hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Əliyarov küçəsi, ev-23A da yaşayır. O, serebral iflic ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları xəstəsi olan xx.xx.2005-ci il təvəllüdlü oğlu X4 baxır. Oğlu doğulandan Serebral iflic ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. 1-ci qrup əlildir. Oğlunun bu xəstəliyi beyin ilə əlaqədardır. Bu səbəbdən də özü öz yeməyini də yeyə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir və daim onu nəzarətdə saxlamaq məcburiyyətindədir. Bu səbəbdən də xəstə oğlunu tək qoya bilmir. Oğlu əmək qabiliyyətsizdir və daimi qulluğa və nəzarətə ehtiyacı vardır. Onun 19 yaşı olsa da, heç bir yerdə işləmir və onun bütün təlabatım anası olaraq o ödəyir. b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:

7. Maraqlı şəxs ərizəyə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

9. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 28.8 Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

14. Maddə 317.2 Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.

İşə baxan məhkəmənin mövqeyi:

15. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

16. İşin faktiki hallarında da qeyd edildiyi kimi, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xətai rayonu 2 saylı Zona Tibbi Sosial Ekspert Komissiaysının xx.xx.2016-cı il tarixli qərarından da görünür ki, X5 ümumi xəstəlik nəticəsində müddətsiz birinci qrup əlildir və kənar şəxsin daimi xidmət və qulluğuna ehtiyacı vardır.

17. Eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2025-ci il tarixli, 55 saylı rəyində ekspert o qənaətə gəlmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü X3 ağır dərəcəli (inbesillik dərəcəsində) əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir, X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. Turqay Vəliyev fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.

18. Qeyd edilənlərdən də göründüyü kimi, X5 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X5 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir.

19. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, ərizəçi X2 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia qaldırmaqda haqlıdır.

20. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi təqdim verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar