Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5806/2023 29.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “su borcunun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “su borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 68 ünvanında yerləşən 78 saylı mənzildə yaşayır. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 68 ünvanında yerləşən 78 saylı mənzildə quraşdırılmış **********780 abonent kodlu, 19006582 nömrəli sayğac onun adınadır. xx.xx.2023-cü il tarixində Cavabdeh ASC Xətai rayon sukanal idarəsi tərəfındən ona 21,07.2023-cü il tarixli, ********* nömrəli hesab-faktura təqdim edilmişdir. Cavabdeh ASC Xətai rayon sukanal idarəsi tərəfindən ona təqdim edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab-fakturada qeyd edilmişdir ki, guya onun xx.xx.2023-cü il tarixinə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 68 ünvanında yerləşən 78 saylı mənzildən su və çirkab su xidmətlərindən istifadəyə görə Cavabdeh ASC-ə 137.54 manat məbləğində borcu yaranmışdır. Göstərilən ünvana iddiaçıya məxsus su sayğacı bir müddət bundan öncə qoyulmuşdur və aylıq istehlak üzrə onun tərəfindən vaxtı-vaxtında ödəmələr edilmişdir. İddiaçı və ailə üzvləri 19006582 nömrəli sayğacdan düzgün istifadə etmiş, ödəmələrin icra edilməsi ilə bağlı öz üzərinə düşən öhdəlikləri vaxtı-vaxtında düzgün həyata keçirmişdir. Buna baxmayaraq Cavabdeh ASC Xətai rayon sukanal idarəsi tərəfindən ona təqdim edilmiş hesab-fakturadan da göründüyü kimi, əsassız olaraq 137.54 manat məbləğində borc hesablanmışdır. Həmçinin Cavabdeh ASC Xətai rayon sukanal idarəsi tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab-fakturada qeyd olunan ödəniş məlumatlarına əsasən, ödəniş üçün son tarix xx.xx.2023-cü il müəyyən edilmişdir. Göründüyü kimi ona əsassız borc hesablanmaqla yanaşı hesablanmış əsassız borcun ödənilməsi üçün son ödəniş tarixi müəyyən edilərək hüquqları pozulmuşdur. Bununla bağlı, iddiaçı tərəfindən Cavabdeh ASC-yə dəfələrlə müraciət olunmuş, lakin müraciətləri heç bir nəticə verməmiş, ona hesablanmış 137,54 manat məbləğində əsassız borc silinməmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, sağlamlıq imkanları məhduddur və yaranmış mübahisəli vəziyyətin həll edilməsi üçün müxtəlif orqanlara müraciət etməkdə çətinlik çəkir. Hazırkı mübahisə Cavabdeh ASC tərəfindən həll edilmir, eyni zamanda süründürməçilik yaradılaraq hüquqlarının həyata keçirilməsinə maneə və əngəllər yaradılır. Odur ki, bunun üçün də ondan qanunsuz tələb olunan borc pulun silinməsi üçün bir tək ədalət mühakiməsini həyata keçirən məhkəməyə ümidi qalmışdır. Azərbaycan Respublikasının vətəndaşı kimi Konstitusiya hüquqları kobud surətdə Cavabdeh ASC tərəfindən pozulmuşdur. İddiaçı iddia ərizəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh ASC tərəfindən qanunsuz olaraq tələb olunan əsassız hesablanmış cari 137,54 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz etməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, İddiaçı əhali qrupu abonentlərinə aid olmaqla ötən illər ərzində su təchizatı sistemindən suyun buraxılmasına və tullantı sularının axıdılması xidmətlərindən istifadə etmişdir. Su təchizatı və tullantı sularının xəttindən istifadəyə görə xx.xx.2007-ci il tarixində 16195975 nömrəli müqavilə bağlanmış və abonent kodu **********780 açılaraq, ümumilikdə x x . x x . 2 0 2 3 - c ü i l t a r i x i n ə 133.54 manat məbləğində borcu yaranmışdır. Cavabdeh ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixində CSS-20 markalı, 16035149 nömrəli, xx.xx.2019-cu il tarixində CSS-20 markalı, 19006582 nömrəli, xx.xx.2021-ci il tarixində İSS-20M-2 markalı, 485825 nömrəli su sayğacı quraşdırılmışdır. Cavabdeh ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş verilmiş, lakin cavabdeh borcun ödənilməsini qismən təmin etmiş və istehlakçının xx.xx.2023-cü il tarinə 133.54 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh ASC tərəfindən göstərilən xidmətlərin dəyəri əhali və qeyriəhali qrupları üzrə ödənişlər tam şəkildə ödənilmədiyindən bunun nəticəsində yaranmış maliyyə çətinlikləri Cəmiyyətin digər dövlət qurumları qarşısında (vergi, sosial müdafiə fondu) öhdəliklərinin icrasını mümkünsüz edir. İddiaçı mübahisəli 137.54 manat borcun araşdırılması üçün Xətai rayon Sukanal İdarəsi tərəfindən Cavabdeh ASC-nin yaranmış komissiyasına göndərilmişdir. Nəticədə İddiaçı su təchizatı və kanalizasiya xidmətlərinə görə xx.xx.2023-cü il tarinə 133.54 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş İş materiallarında olan Cavabdeh ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab fakturadan görünür ki, İddiaçı yekun ödəniləcək borcu 149.54 manat təşkil edir. İş materiallarında olan Cavabdeh ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab fakturadan görünür ki, İddiaçı yekun ödəniləcək borcu 147.54 manat təşkil edir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında (abonent kodu: **********780) Cavabdeh ASC-yə su və kanalizasiya xidmətinə görə xx.xx.2016-cı il tarixinə kimi, yəni ünvanda su sayğacı quraşdırılana kimi qalıq debitor borc 5,5 manat, xx.xx.2016-cı ildən xx.xx.2023-cü il tarixinə kimi isə 128,04 manat təşkil edir. xx.xx.2023-cü il tarixinə kimi ümumi borc 133,54 manat təşkil edir. İş materiallarında olan Cavabdeh ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş İddiaçı məxsus (abonent kodu: **********780) abonent kartından görünür ki, İddiaçı 2023cü il üçün borcu 133,54 manat təşkil edir. Həmin abonent kartından görünür ki, ünvan 1 ünvanında xx.xx.2021-ci il tarixdə 485825 nömrəli İSS-20M-2 markalı sayğac quraşdırılmış, 2021-ci il üzrə iyun ayında 14 manat, 2021-ci ilin iyul ayında 16 manat, avqust ayında 106,54 manat, sentyabr ayında 23 manat, oktyabr ayında 15 manat, noyabr 14 manat, dekabr ayında 15 manat borc hesablanmışdır. İş materiallarında olan qəbzlərdən və abonent kartından görünür ki, İddiaçı tərəfindən suyun istehlak haqqına görə mütəmadi olaraq ödənişlər edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasinin Qanununun 30- cu maddəsinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31-ci maddəsinin 1-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qanunun 58-ci maddəsinə əsasən, ödənişlər bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə görə və bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən tullantı sularının və tullantıların atılmasına görə müəyyənləşdirilir. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, İddiaçı məxsus ünvan 2 ünvanında Cavabdeh ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixində CSS-20 markalı, 16035149 nömrəli, xx.xx.2019-cu il tarixində CSS-20 markalı, 19006582 nömrəli, xx.xx.2021-ci il tarixində İSS-20M-2 markalı, 485825 nömrəli su sayğacı quraşdırılmışdır. İddiaçı aylıq sərfiyyatı üzrə ödənişlər həyata keçirmiş, iddiaçıya xx.xx.2016-cı il tarixə, yəni sayğac quraşdırılanadək 5,5 manat, xx.xx.2016-cı ildən xx.xx.2023-cü il tarixinə kimi isə 128,04 manat borc hesablanmışdır. Lakin məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus abonent kartından görünür ki, 2021-ci il üzrə aylar üzrə ortalama 14-22 manat məbləğində borc olmasına baxmayaraq, avqust ayında iddiaçıya 106,54 manat məbləğində borc hesablanmışdır. Həmin abonent kartından müəyyən edilir ki, iddiaçıdan ümumilikdə 133,54 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırda 137,54 manat məbləğində borcun silinməsini tələb etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıdan hazırda 133,54 manat borcun ödənilməsi tələb olunur. İddiaçının su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə sərfiyyatının aylıq 14-22 manat məbləğində olduğu halda, cavabdeh tərəfindən bir ay üçün 106,54 manat məbləğində borcun yaranmasının əsasları ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməli, cavabdeh tərəfindən əsassız olaraq iddiaçıdan tələb edilən 106,54 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən iddiaçıya məxsus ünvan 2 ünvanına (abonent kodu: **********780) dair əsassız hesablanmış 106,54 manat borc məbləğini silmək vəzifəsi Cavabdeh ASC-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5806/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5806/2023
29.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver