Məhkəmə qərarları › İş №2(011)-5820/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5820/2024

14.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5820/2024 14.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Bakı şəhərində yaşayır. Şamaxı rayon Avaxıl kəndində fərdi yaşayış evi vardır. Orada adətən yay fəslində olur. Evə qaz xətti çəkilərkən iddiaçı orada olduğundan qz sayğacı onun adına rəsmiləşdirilmişdir. 10 aprel 2022-ci il tarixdə atası şəxsi işi ilə bağlı Mingəçevir şəhərindən Bakıya qayıdarkən Şamaxı rayon ərazisindən keçib Avaxıl kəndində yerləşən evinə baxmaq üçün getmişdir. Evə baxan zaman qaz sayğacının rəqəmlər olan hissəsinin üzərindəki şüşənin sındırıldığını görmüşdür. Həmin gün bazar günü olduğuna görə iddiaçının atası bununla bağlı 15 aprel 2022-ci il tarixdə Şamaxı rayon qaz idarəsinə və Şamaxı rayon Polis şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Polis iddiaçının atasının iştirakı ilə hadisə yerinə baxış keçirib araşdırma aparmışdır. Şamaxı rayon qaz idarəsi isə sayğacı yeniləmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının atasının mobil telefonuna mesaj gəlmişdir ki, iddiaçının adına olan qaz sayğacının (kod **********00027) sındırılmasına görə qanunsuz və saxta akt tərtib edilərək, 524.08 manat maliyyə sanksiyası tətbiq etmişdirlər. İddiaçı həmçinin qeyd etmişdir ki, o, küçədə quraşdırılan qaz sayğacının təhlükəsizliyinə cavabdeh deyildir. Qeyd olunduğu kimi iddiaçı Bakı şəhərində yaşayır. Kənddə yaşasa belə qaz sayğacı gecə də sındırıla bilər. İddiaçının ona nəzarət etmək öhdəliyi yoxdur. Qaz sayğacının sındırıldığını iddiaçının atası özü aşkar etmiş, Şamaxı rayon qaz idarəsinə və Şamaxı rayon Polis şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Tərtib olunan aktda göstərilmişdir ki, guya həmin akt iddiaçının iştirakı ilə tərtib olunmuşdur. Lakin həmin akt tərtib olunarkən iddiaçı orada olmamışdır. Saxta akt tərtib olunarkən sayğacın qeyri-yaşayış yerinə aid olduğu göstərilmişdir. Bu barədə xx.xx.2023cü il tarixdə atası Cavabdeh İB-yə rəsmi məktubla müraciət etsə də, onlar öz saxta qərarlarını ləğv etməmişdirlər. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İB-nin qanunsuz saxta aktının və 524.08 manat maliyyə sanksiyasının ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı (abonent kodu: **********00027) 2022-ci ilin borcu üçün 524.08 manat təşkil edir. İş materiallarında olan Cavabdeh İB tərəfindən Nurəddin Tomayevə ünvanlanmış məktubdan görünür ki, Nurəddin Tomayevin Cavabdehnə daxil olmuş (xx.xx.2023-cü il tarixli, 14-2-2/1-T-374- 42/2023-21111 nömrəli ) və araşdırılması üçün Ağsu X9 İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 14-2-2/3-11-322/2024 nömrəli, o, cümlədən birbaşa Ağsu X9 İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 14-2-2-12/1-T-5-42/2024 nömrəli Şamaxı rayonu, Avaxıl kənd sakini abonent Emin Tomayevin mənzilinin təbii qazla təmin olunması üçün xx.xx.2016-ci ildə quraşdırılmış G-4 tipli, 10044728 nömrəli sonradan ödənişli qaz sayğacının yoxlama müddəti bitdiyi üçün, xx.xx.2022-ci il tarixdə G-4 markalı **********2 nömrəli sonradan ödənişli qaz sayğacı ilə əvəzlənərək Dövlət yoxlamasına göndərilmişdir. Sayğac sökülərək yenisi ilə əvəz olunan zaman tərtib olunan aktda istehlakçı qismində abonentin iştirakı təmin olunmuşdur. Metrologiya Departamenti, Sayğacların müayinəsi labaratoriyasının “Qaz sayğacının yoxlanması" barədə xx.xx.2022ci il tarixli, 29/1710-02140-1 nömrəli aktına əsasən, “Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi kənar təsir nəticəsində sınıb və sayğacın zavod seriya nömrəsi yazılmış lövhə gövdənin üzərində aşkar olunmadı. Sayğac istismara yararsızdır və dəyəri istehlakçıdan tələb olunur. Qüsura görə nəticə bölməsində qaz itkisi müəyyən edilmişdir.” Əlavə olaraq, Emin Tomayevin mənzilində istifadə olunmuş təbii qazın dəyəri tam təmin olunmadığından, abonent hesabında 524.08 manat məbləğində debitor borc yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X7”nın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə və 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda abonentin qaz təminatı dayandırılır. Yaranmış debitor borc abonent tərəfindən ödənilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı Şamaxı rayonu Avaxıl kəndində yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi kənar təsir nəticəsində sınıqdır” kimi qeyd edilmişdir. İş materiallarında olan Dəymiş ziyanın bərpasına dair 31 may 2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı istifadəsində olan Şamaxı rayonu Avaxıl kəndində qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan “4x12x90=4320 m3” kimi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, Cavabdeh Ağsu X9 Şamaxı XS-də abonent kimi (abonent kodu: **********00027) qeydiyyatda olan İddiaçı mənzilinə 2020-ci il tarixdə G-4T Elster tipli mexaniki qaz sayğacı quraşdırılmışdır. Belə ki, xx.xx.2022-ci il tarixində "Azəriqaz” X6 RQİl-nin Şamaxı Xidmət Sahəsinin əməkdaşları İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2022-cü il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Mənzildən açılmış G4 markalı, 10044728 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 29/1710-02140 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi kənar təsir nəticəsində sınmış və sayğacın zavod seriya nömrəsi yazılmış löhvə gövdənin üzərində aşkar olunmamış və təbii qaz itkisi yaranmışdır. Həmin akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 31 may 2022-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Şamaxı XS-nin abonent bazasındakı **********00027nömrəli abonent koduna 4320 m3 -518.40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə Şamaxı Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsində müəyyən edilmişdir ki, istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2022-ci il tarixli, ******* saylı aktın surətində “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi kənar təsir nəticəsində sınıqdır” qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 524,08 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Şamaxı rayonu Avaxıl kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00027) ünvanına dair hesablanmış 524,08 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Şamaxı rayonu Avaxıl kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00027) hesablanmış 524,08 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar