Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5840/2022 19.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı ünvan 1 ünvanı üzrə **********40001 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.
2. Cavabdeh tərəfindən 2019-cu ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə və 2020-ci ilin yanvar, fevral, mart və aprel ayları üzrə ümumilikdə 12 dəfə akt tərtib edilmiş, aktlarda iddiaçıının təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi qeyd edilərək, həmin aktlar üzrə, ümumilkdə 2600 manat məbləğində dəymiş maddi zərər hesablanmışdır. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2018-ci il üzrə 1195,2 manat, 2019-cu il üzrə 1135,80 manat və 2020-ci il üzrə 1014,30 manat məbləğində borcunun olması qeyd olunmuşdur.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı ona məxsus ünvan 2 ünvana cavabdeh tərəfindən qanunsuz olaraq yazılmış 2600 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun yaşadığı ünvan 3 ünvana cavabdehin işçiləri 691,20 manat borc, 235,88 manat maye qaz sayğacının dəyəri hesablanmışdır. Bundan sonra onun evinin qaz sayğacını çıxarmışlar və yeni sayğaq quraşdırmışlar. Onun evinə 2 il təbii qaz sayğacı quraşdırmamışlar. Bundan sonra o, öz vəsaiti hesabına 650 manat pul verərərək yeni qaz sayğacı quraşdırmış, yeni sayğac quraşdırılarkən 440 manat borc qeyd edilmişdir. Hazırda ümumilikdə onun yaşadığı ünvana 2600 manat borc yazılmışdır.
6. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat vermədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
12. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
13. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür.
15. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
16. Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
İşə baxan məhkəmənin mövqeyi:
17. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
18. Belə ki, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilmiş və buna görə də cavabdehin əməkdaşları tərəfindən yoxlama aparılaraq, ardıcıl olaraq iddiaçıya təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı akt tərtib edilmişdir. Məhkəmə iclasında cavabdeh də kənar xətdən istifadə etməsini etiraf etmişdir.
19. Lakin məhkəmə cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatının bərpası məqsədilə hesabatın aparılması qaydasını və hesablanmış borcun məbləğini qanuni və ədalətli hesab etmir.
20. Belə ki, cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatının hesabatı “Dəymiş ziyanın hesablanmasına dair tələbnamə”də düzgün hesablanmamış və həddən artıq şişridilmişdir. İddiaçı məhkəmə iclası zamanı izahat verərkən bildirmişdir ki, 2021-ci ilə qədər həmin evdə daimi yaşayış olmamış, yalnız qaz plitəsindən istifadə olunmuşdur. Lakin, cavabdeh “Dəymiş ziyanın hesablanmasına dair tələbnamə”də iddiaçının istifadə etdiyi PQ-4 qaz işlədicisinin (qaz plitəsinin) saatlıq qaz sərfi ilə birlikdə, su qızdırıcısı olan QSQ qaz qurğusunun və dəmir sobanın da saatlıq qaz sərfini hesablamışdır. Lakin iddiaçı məhkəmə iclasında onun evində yalnız PQ-4 qaz sobasının olmasını bildirmiş, cavabdeh isə iddiaçının evində əlavə qaz işlədicilərinin olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, hesabatlar üzrə qaz işlədicilərinin sərfiyyatı yalnız PQ-4 qaz sobasının maksimal saatlıq qaz sərfi üzrə aparılan hesablamalar nəzərə alınıraq tərtib edilmiş 12 akt üzrə cavabdehə dəymiş ziyan 404,60 manat müəyyən edilməlidir.
21. Məhkəmə iclasında iddiaçı da kənar xətdən istifadə etməsini qismən etiraf etdiyindən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
22. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.
23. Aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür (Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi). Cavabdeh İB hüquq normasında qeyd edilən dövlət orqanı, icra və s. orqan olmasa da, insanların həyatı əhəmiyyətli təbii qazın istehlakı sahəsində inhisarçı mövqeyə malik olduğundan məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin müddəaları da eyni ilə Cavabdeh İB tərəfindən tərtib edilən aktların mübahisələndirilməsi hallarına da şamil olunmalıdır.
24. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlarda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə nəticəsində ona 2600 manat məbləğində ziyan dəyməsini sübut edə bilməmişdir.
25. Bundan başqa, iddiaçının adına ola abonent saldosunda “qalıq və aktlar” bölməsində 2018-ci il üzrə iddiaçının 1195,20 manat məbləğində borcunun olması qeyd olunsa da, sözügedən borcun nəyin əsasında hesablandığını təsdiq edən sübutları da cavabdeh məhkəməyə təqdim etməmişdir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”ı da, smart tipli qaz sayğacları isitsna olmaqla, qaz paylayıcısının istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı olmasını müəyyən etmişdir (§ 16).
27. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Dövlət rüsumunun hesablanması kalkulyatoru vasitəsilə aparılan hesablamaya əsasən hazırkı iddia tələbinin qiymətinin 2195 manat olduğu nəzərə alındıqda, cavabdeh tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği 41,95 manat təşkil edir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********40001) dair İddiaçı hesablanmış 2195 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə (404,60 manat məbləğində borcun silinməsi hissəsində) təmin edilməsin 41,95 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı