Məhkəmə qərarları › İş №2(011)-5846/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5846/2022

31.08.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5846/2022 31.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı19, İddiaçı16,İddiaçı14, Yüzbaşıyeva Kəmalə Rüstəm qızının, İddiaçı13, İddiaçı12, İddiaçı7, İddiaçı22, İddiaçı15, İddiaçı24, İddiaçı17, X1, İddiaçı10, İddiaçı21, İddiaçı9, İddiaçı6, İddiaçı20, İddiaçı18, İddiaçı23, İddiaçı8 Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “vəzifələrə uyğun işlə təmin olunma, həmçinin ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq ödənilməsindən imtina edilməsinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: X3 iddiaçılar İddiaçı1 münayəndəsi və vəkili, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı19, İddiaçı16, İddiaçı14, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, İddiaçı13, İddiaçı12, İddiaçı7, İddiaçı22, İddiaçı15, İddiaçı24, İddiaçı17, X4, İddiaçı10, İddiaçı21, İddiaçı9, İddiaçı6, İddiaçı20, İddiaçı18, İddiaçı23, İddiaçı8 nümayəndəsi qismində iddia ərizəsini imzalamaqla cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “X2” MMC-də və “X7” ASC-də tutduğları vəzifələrə uyğun işlə təmin olunmaları, həmçinin ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia tələbi əmək münasibətlərindən irəli hələn mübahisədir, cavabdeh kimi Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulmuş, mediasiya sessiyasına da həmin orqan cəlb edilmişdir, X3 İddiaçı1 münayəndəsi və vəkili kimi, digər iddiaçıların isə nümayəndəsi qismində çıxış edir. Belə olan halda məhkəmə hesab edir ki, əvvəla, mediasiya sessiyası dövründə Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət göstərmədiyindən (belə bir qurum olmadığından) onun barəsində verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış, mediasiya prosesində iştirak tələbinə riayət olunması barədə məlumatı ifadə edən sübut kimi qəbul oluna bilməz, ikincisi, iddia ərizəsi ilə bağlı tələblərə iddiaçılardan hər birinə münasibətdə riayət edilməli olduğu halda, hazırkı iş üzrə iddia ərizəsi, İddiaçı1 istisna olmaqla, digər iddiaçılara münasibətdə vəkil orderi olmadan imzalanmışdır ki, bu da iddia ərizəsinin hüququ olmayan şəxs tərəfindən imzalanması kimi qiymətləndirilməlidir, üçüncüsü, iddiaçıların hər biri ayrı-ayrı fərdi müqavilələrindən irəli gələn əmək mübahisələri üzrə tərəf kimi çıxış edirlər ki, bundan irəli gələn tələblər müştərəkliklə ifadə olunmur və bir iddiaçının tələbi digəri ilə əlaqədar deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi, onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından və mediasiya prosesində iştiraka dair tələbə riayət olunmadığından ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən, ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı19, İddiaçı16,İddiaçı14, Yüzbaşıyeva Kəmalə Rüstəm qızının, İddiaçı13, İddiaçı12, İddiaçı7, İddiaçı22, İddiaçı15, İddiaçı24, İddiaçı17, X1, İddiaçı10, İddiaçı21, İddiaçı9, İddiaçı6, İddiaçı20, İddiaçı18, İddiaçı23, İddiaçı8 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “vəzifələrə uyğun işlə təmin olunma, həmçinin ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq ödənilməsindən imtina edilməsinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar