Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-588/2024 02.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil–şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizənin dəlilləri: Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil – “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, psixi qüsurlarına görə 04 mart 1966-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə və qızı kimi ona Ərizəçi qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 04 mart 1966-cı təvəllüdlü X6 19 mart 2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində baş-beyin travması almış və AR Neyrocərrahlıq xəstəxanasında müalicə almışdır. AR ƏƏSMN-nin tabeliyində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 17 yanvar 2018-ci il tarixindən əlillik səbəbi ümumi xəstəlik olmaqla ona “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləğdirilmiş psixi pozuntular, baş beynin ağır travması nəticəsində yaranan kəskin ifadə olunmuş psixi pozuntular, dərin ağıl zəifliyi, kəllədaxili travma, açıq kəllə beyin travması (baş beyinin ağır dərəcəli əzilməsi, sağ təpə payının epidural hematoması, sol gicgah payının, beyinciyin hər iki yarımkürəsinin və hər iki alın paylarının geniş hemorragik kontuzion ocaqları, subaraxnoidal qansızma, sağ tərəfli otohemotolikvorreya, sağ təpə nahiyyəsinin dərialtı hematoma, sol göz yuvanın yumşaq toxumalarının qansızması) qalıq əlamətləri, əsasının sınığı, ənsənin sınığı, bitişmə mərhələsində, baş beyinin ağır zədələnməsi nəticəsində əmələ gələn dərin ağıl zəyifliyi, kənar şəxsin köməyinə ehtiyacı var – diaqnozu qoyulmuşdur. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti isə müddətsiz kimi qiymətləndirilərək Alyona Fokinaya birinci dərəcəli əlillik təyin edilmişdir. Ünsiyyət qurmasında çətinlik, affektiv pozuntular, onu öldürmək istədikləri ilə bağlı hallusinasiyalar (qarabasma) və bir çox səbəblərdən onun daim müşahidə və digər şəxslərin qayğısı olmadan yaşaması qeyri-mümkündür. Ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərə çarpacaq çətinliklər yaşaması, cari fərdi gündəlik zəruri tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacının olması mütləqdir. Bundan əlavə, ərizəçinin anası öz hərəkətlərini idarə edə bilmədiyindən özü üçün hansı hüquqi nəticə yarada biləcəyindən asılı olmayaraq gələcəkdə istənilən formalı şifahi əqd bağlaya bilər və bu onlar üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Beləliklə, özünəxidmət, qeyri-verbal davranış, daimi qayğıya ehtiyacının olmasına eləcə də əsəb kontrol probleminə və sosial təhlükəli davranış ağırlığına görə hesab edir ki, ərizəçinin anası X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə və qızı kimi ona Ərizəçi qəyyum təyin edilməsinə dair qətnamə qəbul edilməlidir. Daha sonra ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək psixi qüsurlarına görə 04 mart 1966-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə tələbi irəli sürülmüş X6 04 mart 1966-cı il tarixdə anadan olmuşdur. X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizənin məzmunundan göründüyü kimi, ərizəçi anasının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsini onun əqli vəziyyəti ilə əsaslandırmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7656/2023 saylı 31 oktyabr 2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-psixiatriya ekspertizası keçirilməsi qərara alınmışdır. Məhkəmə-psixiatriya ekspertizasının 96 saylı, 18 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, X5 baş beynin zədələnməsi (travması) nəticəsində yaranan demansiya (ağıl zəifliyi) müəyyən edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı işin hallarından görünür ki, ərizəçi, X2r. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. İşə baxan məhkəmənin mövqeyi: X4 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X6 əqli, psixi və fiziki xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilən qanunvericilik aktı normalarna əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 olduğundan, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizə təmin edildiyindən, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : Ərizə təmin edilsin. 04 mart 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizəçi ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-588/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-588/2024
02.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver