Məhkəmə qərarları › İş №2(011)-5880/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5880/2025

12.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5880/2025 12.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: Ərizəçi hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Zəhra Murtuz-Əli qızının adına Maraqlı şəxs tərəfindən tərtib edilmiş 695 saylı, xx.xx.1931-ci il tarixli doğum haqqında akt qeydi (ata qrafasında ata adı "Abdul Əli"), X8 Maraqlı şəxs tərəfindən tərtib edilmiş 442 saylı, xx.xx.1959-cu il tarixli nikah haqqında akt qeydi (kişinin ata adı "Əli Abdulla"), “X8 Maraqlı şəxs tərəfindən tərtib edilmiş 960 saylı, xx.xx.1974-cü il tarixli ölüm haqqında akt qeydi (ata adı "Abdulla") olan hüquq müəyyənedici sənədlərin həmin sənədlərdə adıçəkilən şəxslərə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Zəhra Murtuz-Əli qızı ərizəçinin anasıdır, Murtuz- Əli isə anası Zəhranın atasıdır (yəni ərizəçinin babasıdır), Abdulla isə ərizəçinin babası Murtuz-Əlinin atasıdır. Zəhra Murtuz-Əli qızının adına Maraqlı şəxs tərəfindən tərtib edilmiş 695 saylı, xx.xx.1931-ci il tarixli doğum haqqında akt qeydində atanın ata adının "Abdulla"ya dəyişiklik edilməsi'' ilə bağlı xx.xx.2025-ci il tarixdə Maraqlı şəxsnə müraciət edilmişdir. Lakin aşağıda qeyd edilən sənədlərdəki qeyri-müəyyənlik əsas gətirilərək kifayət qədər əsasın olmaması səbəbindən ərizə təmin edilməmişdir. Zəhra Murtuz-Əli qızının adına Xətai RQŞ tərəfindən tərtib edilmiş 695 saylı, xx.xx.1931-ci il tarixli doğum haqqında akt qeydində ata qrafasında ata adı "Abdul Əli" (yəni Murtuz-Əlinin atasının adı Abdulla Əli oğlu kimi göstərilmiş), X8 Xətai RQŞ tərəfindən tərtib edilmiş 442 saylı, xx.xx.1959-cu il tarixli nikah haqqında akt qeydində kişinin ata adı "Əli Abdulla", X8 Maraqlı şəxs tərəfindən tərtib edilmiş 960 saylı, xx.xx.1974-cü il tarixli ölüm haqqında akt qeydində ata adı "Abdulla" qeyd edilmişdir. Sadalanan hüquqmüəyyənedici sənədlərdə ata qrafasında ata adları müxtəlif cür yazılsa da, əslində ərizəçinin ulu babasının adı “Abdulla”-dır məzar daşında da “Abdulla ” kimi qeyd olunmuşdur, Sözügedən ata qrafasında ata adı ilə bağlı səhvi aradan qaldırmaq və düzəltmək (ata adının "Abdulla" olması) ona vərəsəliklə bağlı işin həll edilməsi üçün lazımdır. Tərəflərin mövqeləri: Ərizəçi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan İ-ИE seriyalı 222557 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə X13 xx.xx.1959-cu il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Şaumyan (Xətai) Rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 442 nömrə ilə qeydə alınmışdır. 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İİ № 481742 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bakı şəhər Maraqlı şəxs tərəfindən xx.xx.2025-cü il tarixdə verilmiş AZ-T № 294431 seriyalı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1954-cü il tarixdə anadan olmuş, atası X6, anası X12r. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16- 5/8-15-Q-15-83 nömrəli məktuba əsasən Zəhra Murtuz-Əli qızının adına Xətai RQŞ tərəfindən tərtib edilmiş 695 saylı xx.xx.1931-ci il tarixli doğum haqqında akt qeydində atanın ata adının “Abdulla”-ya dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən ərizənin təmin edilməsindən imtina edilmişdir. İşin müəyyən edilən halları: X4 ərizəçinin anasıdır, ərizəçinin anası X2 atası “X11”nun (soyadı qeyd olunmamışdır) ata adı vətəndaşlıq vəziyyəti aktlarında müxtəlif qeyd olunmuşdur. Belə ki, Maraqlı şəxs tərəfindən tərtib edilmiş 695 saylı, xx.xx.1931-ci il tarixli X3 aid doğum haqqında akt qeydində atası qrafasında “Abdul Əli” kimi, Maraqlı şəxs tərəfindən tərtib edilmiş 442 saylı, xx.xx.1959-cu il tarixli nikah haqqında akt qeydində kişinin ata adı qrafasında “Əli Abdulla” kimi, Maraqlı şəxs tərəfindən tərtib edilmiş 960 saylı, xx.xx.1974cü il tarixli X8 ölümü haqqında akt qeydində ölən şəxsin ata adı qrafasında isə “Abdulla” kimi qeyd edilmişdir. Ərizəçiyə hazırkı faktın müəyyən edilməsi anası X1 miras qalmış əmlaka dair vərəsəlik hüququnun müəyyən edilməsi məqsədilə lazımdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307.2.5. Məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308 məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 61.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarı: Bənd 6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üstüstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Bənd 6.1 Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bənd 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materialları ilə müəyyən olunur ki, ərizəçi Bakı şəhəri Maraqlı şəxs tərəfindən tərtib edilmiş 695 saylı xx.xx.1931-ci il tarixli doğum haqqında akt qeydində atanın ata adının “Abdulla”-ya dəyişiklik edilməsi barədə Bakı şəhəri Xətai rayon Qeydiyat Şöbəsinə müraciət etmiş, Bakı şəhəri Xətai rayon Qeydiyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-Q-15-83 saylı məktubla dəyişikliyin edilməsindən imtina edilmiş və imtinanın səbəbi kimi qeyd edilmişdir ki, dəyişikliyin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Bu səbədən, ərizəçi hüquqmüəyyənedici sənədlərin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, ərizəçinin anası X2 atası “X11”nun (soyadı qeyd olunmamışdır) ata adı vətəndaşlıq vəziyyəti aktlarında müxtəlif qeyd olunmuşdur. Belə ki, Maraqlı şəxs tərəfindən tərtib edilmiş 695 saylı, xx.xx.1931-ci il tarixli X3 aid doğum haqqında akt qeydində atası qrafasında “Abdul Əli” kimi, Maraqlı şəxs tərəfindən tərtib edilmiş 442 saylı, xx.xx.1959-cu il tarixli nikah haqqında akt qeydində kişinin ata adı qrafasında “Əli Abdulla” kimi, Maraqlı şəxs tərəfindən tərtib edilmiş 960 saylı, xx.xx.1974-cü il tarixli X8 ölümü haqqında akt qeydində ölən şəxsin ata adı qrafasında isə “Abdulla” kimi qeyd edilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarın 6-cı bəndində hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün 3 şərtin olması zəruri hesab edilmişdir. Birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir. Birinci şərtlə bağlı məhkəmə qeyd edir ki, yuxarıda da qeyd edilənlərdən də göründüyü kimi ərizəçinin anası X2 babasının adı müxtəlif vətəndaşlıq vəziyyəti aktlarında fərqli (Abdul Əli, Əli Abdulla və Abdullla kimi) qeyd olunmuşdur. İkinci şərtlə bağlı isə məhkəmə qeyd edir ki, hüquqmüəyyənedici sənəd dedikdə müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlər başa düşülür. Vətəndaşlıq vəziyyəti aktları isə hüquqmüəyyənedici sənəd deyil, yalnız vətəndaşın hüquqi vəziyyətini müəyyən edən, baş vermiş hadisəyə (doğum, ölüm, nikah və s.) dair qeydlərdir. Qeyd edilənlərdən də göründüyü kimi, ərizəçinin hazırda mübahisələndirdiyi sənədlər vətəndaşlıq vəziyyəti aktları olmaqla, onlarda yol verilmiş səhvllərin aradan qaldırılması üçün düzəlişin edilməsi də qanunvericilikdə də qeyd edildiyi kimi yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən həyata keçirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən müvafiq düzəlişin aparılmasından imtina edildiyi təqdirdə, həmin imtina barədə inzibati qurumun hərəkəti ərizəçi tərəfindən inzibati qaydada mübahisələndirilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin hüquqmüəyyənedici sənədlərin eyni şəxsi məxsus olmasına dair irəli sürdüyü hüquqi fakt məhkəmə tərəfindən müəyyən edilməli olmadığından, vətəndaşlıq vəziyyəti aktlarında yolverilmiş səhvlərin aradan qaldırılması və düzəlişlərin edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən həyata keçirildiyindən, ərizə təmin edilə bilməz. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar