Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5884/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə (kod: **********00000) əsassız olaraq hesablanmış 9336,18 manat cərimə borcun silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır, evə cavabdeh tərəfindən müqavilə əsasında qaz verilir, həmin evdə daimi yaşayış olmamışdır, bir müddət öncə iddiaçı evinə gəlmiş, smart karta pul yüklədikdən, kartdan pul çıxıldığını görmüşdür, bununla bağlı cavabdeh təşkilata müraciət etmiş, bildirmişlər ki, guya iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə olunduğuna görə, barəsində aktlar tərtib olunmuşdur, halbuki iddiaçı təbii qazdan qanunsuz istifadə etməmişdir, istifadə etdiyi qazın dəyərini ödəmişdir, borcunun olması barədə iddiaçıya məlumat verilməmişdir, həmçinin abonent saldosundan görünür ki, mübahisələndirilən məbləğin 885,40 manat hissəsi 2012-ci ilin aprel ayından, 394,50 manat hissəsi 2016-cı ilin noyabr ayından, 563,60 manat hissəsi 2017-ci ilin fevral ayından, 1193,40 manat hissəsi 2019-cu ilin iyun ayından qalan borcdur, cavabdeh uzun müddət bu borc barədə iddiaçıya məlumat verməmişdir, ondan tələb etməmişdir, həmin borclar üzrə iddia müddəti keçmişdir, həmçinin tanımadığı X1 adına olan abonent hesabına hesablanmış 6066 manat və 194,40 manat borc iddiaçının hesabına keçirilmişdir, bunun heç bir əsası yoxdur, buna dair sənədlər belə iddiaçıya təqdim edilməmişdir, cavabdeh təşkilat qanunsuz olaraq saxta akt tərtib etmiş, istifadəsində olmayan cihaz qeyd etmişdir, bundan əlavə guya cihazlar 90 və ya 180 gün müddətində 24 saat işləmişdir, bu heç həqiqətə uyğun deyildir, cərimənin yazıldığı müddətdə iddiaçı heç həmin evdə qazdan istifadə etməmişdir, cavabdeh təşkilat öz mülahizəsinə uyğun qanuna əsaslanmadan iddiaçıya əsassız borc hesablamışdır. Sonda İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı illər ərzində ünvanda qazdan qeyri-qanuni istifadə etmişdir, bununla bağlı aktlar, şəkillər və tələbnamələr iş materiallarına əlavə edilmişdir, qeyd olunan borclar İddiaçı adına yazılmışdır, sadəcə cavabdehin əməkdaşlarının texniki səhvi nəticəsində, İddiaçı adına yazılmış borc Əliyeva Səfurənin abonent hesabına əlavə edilmişdir, belə ki, abonentlərin evi eyni küçədə yerləşir, bu sadəcə texniki səhvdir, səhv aşkar olunduqdan sonra dərhal daxili yazışma ilə borc iddiaçının abonent hesabına keçirilmişdir, abonentlə olan müqaviləyə xitam verilməmişdir, hazırda davam edir, iddiaçının təşkilata borcu hazırda da vardır, əgər müqaviləyə xitam verilsəydi, bundan sonra iddia müddəti başlaya bilərdi, iddia müddətinin tətbiqi ilə borcun silinməsi əsassızdır. Sonda R.V.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 mart 2022-ci il tarixli torpaq sahəsinin istifadəyə verilməsi haqqında müqavilədən görünür ki, Sabunçu rayonu, Maştağa Bələdiyyəsi və iddiaçı arasında X2 26 mart 2002-ci il tarixli 07 №-li qərarı əsasında 1200 kv.m sahəsi olan torpaq sahəsi sonuncuya uzunmüddətli istifadəyə verilmişdir. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 noyabr 2016-cı il tarixli ******* saylı aktdan görünür ki, **********00000 saylı abonent hesabı üzrə istehlakçı – abonent İddiaçı təbii qazdan sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 30 noyabr 2016-cı il tarixli dəymiş ziyanın hesablanmasına dair qərarın surətindən görünür ki, istehlakçı İddiaçı **********00000 saylı abonent kodu üzrə 28 noyabr 2016-cı il tarixli ******* saylı akt əsasında 3945 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 fevral 2017-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00000 saylı abonent hesabı üzrə istehlakçı – abonent İddiaçı təbii qazdan sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 28 fevral 2017-ci il tarixli dəymiş ziyanın hesablanmasına dair qərarın surətindən görünür ki, istehlakçı İddiaçı **********00000 saylı abonent kodu üzrə 2818 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00000 saylı abonent hesabı üzrə istehlakçı – abonent İddiaçı təbii qazdan sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 31 yanvar 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00000 saylı abonent kodu üzrə 31 yanvar 2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 8532 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00000 saylı abonent hesabı üzrə istehlakçı – abonent İddiaçı təbii qazdan sayğacdan qeyri-qanuni istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 28 fevral 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00000 saylı abonent kodu üzrə 28 fevral 2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 1332 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 mart 2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00000 saylı abonent hesabı üzrə istehlakçı – abonent İddiaçı təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 29 mart 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00000 saylı abonent kodu üzrə 29 mart 2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 1422 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 may 2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00000 saylı abonent hesabı üzrə istehlakçı – abonent İddiaçı təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 30 may 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00000 saylı abonent kodu üzrə 30 may 2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 324 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 iyun 2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00000 saylı abonent hesabı üzrə istehlakçı – abonent İddiaçı təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 28 iyun 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00000 saylı abonent kodu üzrə 28 iyun 2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 324 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00040 saylı abonent hesabı üzrə istehlakçı – abonent Əliyeva Səfurənin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 30 sentyabr 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00040 saylı abonent kodu üzrə 30 sentyabr 2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 3024 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 oktyabr 2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00040 saylı abonent hesabı üzrə istehlakçı – abonent Əliyeva Səfurənin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 30 oktyabr 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00040 saylı abonent kodu üzrə 30 oktyabr 2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 324 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00040 saylı abonent hesabı üzrə istehlakçı – abonent Əliyeva Səfurənin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 30 yanvar 2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00040 saylı abonent kodu üzrə xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 7560 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00040 saylı abonent hesabı üzrə istehlakçı – abonent Əliyeva Səfurənin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00040 saylı abonent kodu üzrə xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 2520 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00040 saylı abonent hesabı üzrə istehlakçı – abonent Əliyeva Səfurənin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 30 mart 2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00040 saylı abonent kodu üzrə xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 2952 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00040 saylı abonent hesabı üzrə istehlakçı – abonent Əliyeva Səfurənin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00040 saylı abonent kodu üzrə xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 26568 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00040 saylı abonent hesabı üzrə istehlakçı – abonent Əliyeva Səfurənin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00040 saylı abonent hesabı üzrə istehlakçı – abonent Əliyeva Səfurənin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00040 saylı abonent kodu üzrə xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 3960 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00040 saylı abonent hesabı üzrə istehlakçı – abonent Əliyeva Səfurənin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00040 saylı abonent kodu üzrə xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 3960 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00040 saylı abonent hesabı üzrə istehlakçı – abonent Əliyeva Səfurənin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00040 saylı abonent kodu üzrə xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 3960 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00040 saylı abonent hesabı üzrə istehlakçı – abonent Əliyeva Səfurənin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00040 saylı abonent kodu üzrə xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 1944 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00040 saylı abonent hesabı üzrə istehlakçı – abonent Əliyeva Səfurənin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00040 saylı abonent kodu üzrə xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 1944 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00040 saylı abonent hesabı üzrə istehlakçı – abonent Əliyeva Səfurənin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00040 saylı abonent kodu üzrə xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 1944 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00040 saylı abonent hesabı üzrə istehlakçı – abonent Əliyeva Səfurənin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00040 saylı abonent kodu üzrə xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 1944 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan müraciətə baxılması barədə məktubun surətindən görünür ki, X1 (**********00040 istehlakçı hesabı üzrə) istehlakçı hesabına işlənmiş 194,40 manat pulun **********00000 istehlakçı hesabına keçirilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan dəymiş ziyan məbləğinin digər hesab koduna keçirilməsi barədə məktubdan görünür ki, X1 (**********00040 istehlakçı hesabı üzrə) istehlakçı hesabına işlənmiş 6066.00 manat pulun **********00000 istehlakçı hesabına keçirilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan 26 avqust, 11 oktyabr və 15 noyabr 2022-ci il tarixli abonent saldolarından görünür ki, İddiaçı abonent hesabına 11/2016-cı il tarixi üzrə 394,50 manat, 02/2017-ci il tarixi üzrə 563,60 manat, 01/2019 tarixi üzrə 853,20 manat, 02/2019 tarixi üzrə 133,20 manat, 03/2019 tarixi üzrə 142,20 manat, 05/2019 tarixi üzrə 32,40 manat, 06/2019 tarixi üzrə 32,40 manat, 09/2021 tarixi üzrə 6066 manat, 11/2021 tarixi üzrə 233,28 manat borc yazılmışdır, 06/2012-ci il tarixi üzrə abonent hesabı üzrə 885,40 manat, 07/2018-ci il tarixi üzrə 958,10 manat, 05/2021-ci il tarixi üzrə 1193,40 manat abonent hesabından silinmişdir, İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli abonent saldosundan görünür ki, X1 **********00040 saylı abonent kodu üzrə 09/2021-ci il tarixdə 6066 manat, 11/2021 tarixi üzrə 194,40 manat borc silinmişdir. İş materiallarında olan 26 avqust 2022-ci il tarixli Gasrep sənədindən görünür ki, İddiaçı **********00000 abonent kodu üzrə 07/2018-ci il tarixə 958,1 manat, 05/2021-ci il tarixi üzrə 1193,4 manat, 01/2022-ci il tarixi üzzrə 6299,28 manat borc yazılmışdır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı, ünvan 1 ünvanında (abonent kodu: **********00000) təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, həmin ünvan üzrə iddiaçının abonent hesabına 28 noyabr 2016-cı il tarixli akt üzrə 394,50 manat, 23 fevral 2017-ci il tarixli akt üzrə 563,60 manat, 31 yanvar 2019-cu il tarixli akt üzrə 853,20 manat, 28 fevral 2019-cu il tarixli akt üzrə 133,20 manat, 29 mart 2019-cu il tarixli akt üzrə 142,20 manat, 30 may 2019-cu il tarixli akt üzrə 32,40 manat, 28 iyun 2019-cu il akt üzrə 32,40 manat borc yazılmışdır, 06/2012-ci il tarixi üzrə abonent hesabı üzrə 885,40 manat, 07/2018-ci il tarixi üzrə 958,10 manat, 05/2021-ci il tarixi üzrə 1193,40 manat abonent hesabından silinmişdir, həmçinin başqa bir istehlakçı olan Səfurə Əliyevanın adına qeydiyyata alınmış **********00040 saylı abonent koduna hesablanmış cəmi 6260,4 manat, 09/2021-ci il və 11/2021-ci il tarixlərdə iddiaçının **********00000 saylı abonent koduna daxil edilməklə ondan tələb edilir, hazırki iddia tələbi 9336,18 manat borcun silinməsi barədədir. Həmçinin, iddiaçıya məxsus **********00000 saylı abonent koduna 6260,4 manat borc hesablanmasının əsaslılığına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, iddia tələbi üzrə abonent hesabından silinməsi nəzərdə tutulan ümumi məbləğdən 6260,4 manat hissədə borcun silinməsi barədə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, iddia tələbinin qalan hissəsinə münasibətdə isə qeyd edir ki, göstərilən borclar 06/2012-ci il, 07/2018-ci il və 05/2021-ci il tarixdə (müvafiq olaraq 885,40 manat, 958,10 və 1193,40 manat) iddiaçıya məxsus abonent kodu üzrə “ödəniş” kimi qeyd edilməklə silindiyindən, iddiaçının həmin aktlar üzrə borcu qalmamışdır ki, bu da cavabdehin iddiaçıdan yuxarıda qeyd edilən 2012, 2016, 2017 və 2021-ci illər üzrə hər hansı bir borc üzrə tələb irəli sürməsini istisna edir. Başqa sözlə desək, iddia ərizəsinin məhkəməyə verildiyi tarixdə qeyd edilən illər üzrə hər hansı bir borc qalmadığından, bu borcun tələbi də istisna olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən bu borca görə hərəkət edilməsi və ya edilməməsi barədə tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilməsi barədə iddiaçının mülahizələri də əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00000) itirilmiş qazın bərpası məqsədilə hesablanmış 6260,40 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın təmin edilmiş həddi 1000 manatdan çox (6260,40 manat) olduğundan, cavabdehdən dövlət mədaxilinə 82,60 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 6260 (altı min iki yüz altmış) manat 40 (qırx) qəpik borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 82 (səksən iki) manat 60 (altmış) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5884/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5884/2022
07.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver