Məhkəmə qərarları › İş №2(011)-5902/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5902/2024

07.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5902/2024 07.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçının Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ona məxsus evin hesab koduna əsassız hesablanmış 13627,85 (on üç min altı yüz iyirmi yeddi manat səksən beş qəpik) manat məbləğin və qeyri-qanuni tutulmuş 223,50 (iki yüz iyirmi üç manat əlli qəpik) (kod **********00000) geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2011-ci il tarixdə Cavabdeh İB tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 9, ev 8, mənzil K/2 ünvanına abonentin, X1 iştirakı ilə küçədə SMART G-4 İTRON DİAFRAQMA tipli, 1102AQ**********1 №-li sayğac quraşdırılmış, plomb vurulmuş, **********00000 №-li kod verilmiş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında”AKT tərtib edilmiş, lakin abonent ilə Cavabdeh İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır, xx.xx.2020-ci il tarixdə abonentin iştirakı olmadan "Azəriqaz" İB tərəfindən ünvan 2 ünvanında xx.xx.2011ci il tarixdə quraşdırılmış 1102AQ**********1 №-li qaz sayğacına baxış keçirilərkən guya sayğacdan kənar təbii qaz xəttindən istifadə olunması aşkar edilmiş, fotovideo çəkilmiş, sayğacdan kənar qaz xətti ləğv edimiş, itirilmiş 6912 m3 qazın dəyərinin hesablanmasına dair Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri - Əbilov Eldəniz və Muradov Murad tərəfindən ******* №-li akt tərtib edilmiş, abonentin evdə olduğunu bilə-bilə qəsdən həmin ünvana qonşular dəvət olunmamış və həmin akt heç kimə təqdim edilməmişdir. Cavabdeh İB sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olunduğunu aşkar etdikdən sonra kənar xətti ləğv etməlidir. Cavabdeh “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li qərarını nəzərə almamışdır. Həmin qərarın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi qanunvericilik ipmerativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini da dayandırılması vəzifəsini qoymuşdur, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş 31 avqust 2020-ci il tarixli, “X6”na dair tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunmuş və dəymiş maddi zərərə görə abonentin hesab koduna 691,20 manat borc yazılmışdır. Xüsusilə isti yay aylarında, təbii qaza tələbatın olmadığı halda cavabdeh abonentin hesab koduna şişirdilmiş zərər hesablamışdır, xx.xx.2021-ci il tarixdə abonentin iştirakı olmadan Cavabdeh İB tərəfindən ünvan 2 ünvanında xx.xx.2011-ci il tarixdə quraşdırılmış 1102AQ**********1 №-li qaz sayğacının istismarı müddəti bitdiyindən (qaz sayğacının istismar müddətli 5 ildir) Zenner mexaniki **********9 №-li sayğac ilə əvəz edilmiş, plomb vurulmuş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilmiş, lakin abonent ilə Cavabdeh İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmamışdır, xx.xx.2021-ci il tarixdə, saat 14:20 radələrində, abonentin iştirakı olmadan (abonent xx.xx.2021-ci ildə vəfat etmişdir) Cavabdeh İB tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 9, ev 8, mənzil K/2 ünvanında qaz xəttinə baxış keçirilərkən guya sayğacdan kənar təbii qaz xəttindən istifadə olunması aşkar edilmiş, foto-video çəkilmiş, sayğacdan kənar qaz xətti ləğv edimiş, itirilmiş 13500 m3 qazın dəyərinin hesablanmasına dair Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri Bağırov Rüfət, Əsədov Səid və Muradov Murad tərəfindən xx.xx.2021-ci il tarixdə, yeni il ərəfəsində, idarə və müəssisələrin işləmədiyi bir vaxtda ******* №-li akt tərtib edilmiş, qəsdən həmin ünvana qonşular dəvət olunmamış və həmin akt heç kimə təqdim edilməmişdir. 30 dekabr 2021-ci il tarixdə, yəni ******* №-li akt tərtib edilməmişdən 1 gün qabaq Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri Hicran Abasov “X6”na dair tələbnaməni imzalamış sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunmuş və dəymiş maddi zərərə görə abonentin hesab koduna 1530,00 manat borc hesablanmışdır. Beləliklə, Cavabdeh İB xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixə qədər müəyyən vaxtlarda abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı və imzası olmadan təbii qazdan sayğacdan kənar qeyri-qanuni İstifadə olunmasına dair 6 akt tərtib etmişdir, abonent və ya onun ailə üzvləri tərəfindən küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Qaz xətti küçədə yerləşdiyindən qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış “müdaxilə” inandırıcı deyildir. Küçədə quraşdırılmış qaz sayğacına və ya qaz xəttinə abonent nəzarət etmir. Sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. İddiaçı tərəfindən mübahisələndirilən həmin aktlar abonentin və ya qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya ailə üzvləri və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana dəfələrlə baxış keçirilsə də abonentin və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə də ki, qonşuların həmin aktlardan xəbərləri olmayıb, aktlar birtərəfli qaydada tərtib edilmiş, abonentə və ya qonşulara təqdim olunmamış, abonont və qonşular həmin aktları imzalamamışdır. Abonentin imzalamadığı — həmin aktlar əhəmiyətli sübut sayılmır və aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Lakin, Cavabdeh İB AKTiarın abonentə təqdim olunmasını sübut edə bilmir. Cavabdeh İB xx.xx.2020-ci İl tarixdən başlayaraq xx.xx.2024-cü il tarixə qədər müəyyən vaxtlarda abonentin iştirakı və imzası olmadan təbil qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına dair xx.xx.2020ci il tarixli, ******* №-li akt üzrə 691,20 manat xx.xx.2021-ci il tarixli, ******* №-li akt üzrə 1530,00 manat, xx.xx.2022-ci il tarixli, ******* №-li akt üzrə 475,20 manatı xx.xx.2023-cü il tarixli, ******* №-li akt üzrə 4406,40 manat, xx.xx.2024-cü il tarixli, ******* №-li akt üzrə 3110,40 manat və xx.xx.2024-cü il tarixli, ******* №-li akt üzrə 734,40 manat, ümumi aktlar üzrə 10947,60 manatlıq “Dəymiş ziyan həcminin hesablanması” barədə 6 akt tərtib etmiş, həmin aktlarda abonentin imza etməsindən imtina olunması qeyd edilmiş (abonent xx.xx.2021-ci il tarixdə vəfat etmişdir) və qaz xəttinə sayğacdan kənar qoşulma faktını şübut etmədən xx.xx.2024-cü il tarixə qədər abonentin hesab koduna 13627,85 manat borc hesablamışdır. Cavabdeh İB-nin çəkdiyi foto şəkillər bütün aktlarda təkrarlanmış şəkillərdir ki, cavabdeh bu vasitə ilə abonent tərəfindən dəymiş zərəri şişirdərək 13627,85 - 10947,60 = 2680,25 manat abonentin hesab koduna əlavə borc hesablamışdır. Cavabdeh İB-nin tərtib etdiyi - 0286680, 0343203, 0344354, 0372145, ******* və ******* №li aktlara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. Cavabdeh İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh İB qaz xəttinə məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları belə iddiaçıya təqdim edə bilmir. Abonentin imzası olmayan həmin aktlar isə qaz xəttinə müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir, təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda küçədəki qaz xəttində, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar olmalıdır, yəni qaynaq izləri qalır, Cavabdeh İB tərəfindən tərtib olunmuş 6 ədəd akta əsasən boru üzərində bir o qədər zədə olmalıdır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranır, Cavabdeh İB son illərdə üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonentlər tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki olaraq öz abonentlərinə kənar xətdən istifadə etmək üçün şərait yaratmaqla, aktlar tərtib etməklə abonentlərdən dəymiş zərərin ödənilməsini tələb edir. Zərərin əvəzi ödənilmədikdə məhkəmədə iddia qaldırır, hazırkı halda iddiaçı cavabdehdən qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmanı sübut edən faktları tələb edir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-də və Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuşdur ki, təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi, vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda, cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliliyi barədə şübhə yaradır. Belə ki, məhkəməyə təqdim edilmiş aktlar birtərəfli qaydada tərtib olunmuş və heç kim həmin aktları imzalamamışdır. Abonent tərəfindən və onun ailə üzvləri tərəfndən imzalanmamış həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyəti sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməlidir. xx.xx.2024-cü il tarixli Gasrepdən məlum olur ki, abonent xx.xx.2011-ci ildən vəfat edən günə qədər, yəni xx.xx.2021-ci ilə qədər 5465 m3 qaz sərfiyyatı etmiş, 770 manat ödəniş etmiş, lakin qeyri-qanuni borca görə abonentin hesab kodundan 223,50 manat tutulma olmuş və cari borcu 0.00 manat qeyd olunmuşdur. Lakin, xx.xx.2024-cü il tarixli Abonentin Saldosuna əsasən abonentin vəfat etdiyi, yəni xx.xx.2021-ci il tarixə qədər 691,20 manat məbləğində borc yazılmış və vəfatından sonra da əlavə olaraq 12936,65 manat borc yazılmışdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Salar Məmmədova məxsus Maştağa, M.Hüseynzadə küçəsi, döngə 2, ev ünvanı üzrə “mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlandı” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “X6na dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Salar Məmmədova məxsus Maştağa, M.Hüseynzadə küçəsi, döngə 2, ev ünvanı üzrə abonent koduna (**********00000) xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə cəmi 6912 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Salar Məmmədova məxsus Maştağa, M.Hüseynzadə küçəsi, döngə 2, ev ünvanı üzrə “mənzildə təbii qazdan kənar qeyri-qanuni istifadə aşkarlandı” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli “X6na dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Salar Məmmədova məxsus Maştağa, M.Hüseynzadə küçəsi, döngə 2, ev ünvanı üzrə abonent koduna (**********00000) xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə cəmi 13500 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Salar Məmmədova məxsus Maştağa, M.Hüseynzadə küçəsi, döngə 2, ev ünvanı üzrə “mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlandı” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “X6na dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Salar Məmmədova məxsus Maştağa, M.Hüseynzadə küçəsi, döngə 2, ev ünvanı üzrə abonent koduna (**********00000) xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə cəmi 3960 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, Salar Məmmədova məxsus Maştağa, M.Hüseynzadə küçəsi, döngə 2, ev ünvanı üzrə “mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlandı” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “X6na dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Salar Məmmədova məxsus Maştağa, M.Hüseynzadə küçəsi, döngə 2, ev ünvanı üzrə abonent koduna (**********00000) xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə cəmi 36720 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, Salar Məmmədova məxsus Maştağa, M.Hüseynzadə küçəsi, döngə 2, ev ünvanı üzrə “abonent mənzildə təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkarlandı” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “X6na dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Salar Məmmədova məxsus Maştağa, M.Hüseynzadə küçəsi, döngə 2, ev ünvanı üzrə abonent koduna (**********00000) xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə cəmi 25920 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, Salar Məmmədova məxsus Maştağa, M.Hüseynzadə küçəsi, döngə 2, ev ünvanı üzrə “mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlandı” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “X6na dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Salar Məmmədova məxsus Maştağa, M.Hüseynzadə küçəsi, döngə 2, ev ünvanı üzrə abonent koduna (**********00000) xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə cəmi 6120 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonentin saldosundan görünür ki, X2 məxsus Maştağa, M.Hüseynzadə küçəsi, döngə 2, ev ünvanı üzrə **********00000 saylı abonent hesabına 08/2020 il tarixinə 691,20 manat, 12/2021 il tarixinə 1530 manat, 01/2022 il tarixinə 475,20 manat, 04/2022 il tarixinə 10,30 manat, 02/2023 il tarixinə 4406,40 manat, 01/2024 il tarixinə 3110,40 manat, 03/2024 il tarixinə 734,40 manat borc hesablanmış, 08/2024-cü il tarixində “Ay sonuna borc” 13961,64 manat olmuşdur. xx.xx.2024-cü il tarixli yerli baxış zamanı müəyyən olunmuşdur ki, saldoda qeyd edilən ünvan ilə ünvan 3 düşür eyni zamanda saldoda qeyd olunan sayğac ilə yerli baxışın keçirildiyi ünvandakı sayğac nömrəsi eynilik təşkil edir. İş materiallarında olan AZ-İİ saylı 150729 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 424178 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə doğulmuşdur, atası X3r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonentin saldosundan görünür ki, X2 məxsus Maştağa, M.Hüseynzadə küçəsi, döngə 2, ev ünvanı üzrə **********00000 saylı abonent hesabına 08/2020 il tarixinə 691,20 manat, 12/2021 il tarixinə 1530 manat, 01/2022 il tarixinə 475,20 manat, 04/2022 il tarixinə 10,30 manat, 02/2023 il tarixinə 4406,40 manat, 01/2024 il tarixinə 3110,40 manat, 03/2024 il tarixinə 734,40 manat borc hesablanmış, 08/2024-cü il tarixində “Ay sonuna borc” 13961,64 manat olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Gasrep-dən görünür ki, **********00000 saylı abonent hesabı üzrə 08/2020 tarixindən sonra borca görə tutulma olmamışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, ünvan 4 ünvanı üzrə təbii qazdan istifadəyə dair abonent hesabı (kod: **********00000) X1 adınadır, o, 2021-ci ildə vəfat etmişdir, iddiaçı onun oğludur və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı və xx.xx.2024-cü il tarixli, ******* saylı aktlar tərtib edilmiş, aktlarda təbii qazdan qeyri-qanuni istifadə edilməsi qeyd edilmiş, həmin aktlar əsasında mərhum X1 adına olan **********00000 saylı abonent hesabına 08/2020 il tarixinə 691,20 manat, 12/2021 il tarixinə 1530 manat, 01/2022 il tarixinə 475,20 manat, 02/2023 il tarixinə 4406,40 manat, 01/2024 il tarixinə 3110,40 manat, 03/2024 il tarixinə 734,40 manat, bundan əlavə 04/2022 il tarixinə 10,30 manat olmaqla, ümumilikdə 10957,9 manat, borc yazılmışdır, həmin borc iddiaçıdan tələb edilir, iddiaçı 13627,85 manat məbləğin silinməsi və qeyri-qanuni tutulmuş 223,50 geri qaytarılasını tələb edir. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsinə, sayğaca iddiaçı tərəfindən müdaxilə olmasına dair hallar, həmçinin 10957,9 manat məbləğindən artıq məbləğin əsassız yazılması və 223,50 manat məbləğində pulun əsassız olaraq tutulmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, əvvəla, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər, ikincisi, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi, qanunsuz qoşulma əsası ilə aktlar tərtib edilsə də, Aktlar əsasında “Qalıq və aktlar” qrafasında 08/2020 il tarixinə 691,20 manat, 12/2021 il tarixinə 1530 manat, 01/2022 il tarixinə 475,20 manat, 02/2023 il tarixinə 4406,40 manat, 01/2024 il tarixinə 3110,40 manat, 03/2024 il tarixinə 734,40 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar, həmçinin 04/2022 il tarixinə 10,30 manat məbləğin yaranmasına əsas verən hər hansı sübut məhkəmə tərəfindən müəyyən edilməmişdir, üçüncüsü, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının abonent koduna hesablanmış 10957,9 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********00000) itirilmiş qazın bərpası məqsədilə yazılmış 10957,9 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia qismən təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti (10957,9 manat) nəzərə alınmaqla cavabdehdən dövlət mədaxilinə 122,87 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abonent koduna hesablanmış 10957 (on min doqquz yüz əlli yeddi) manat 90 (doxsan) qəpik məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 122 (yüz iyirmi iki) manat 87 (səksən yeddi) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar