Məhkəmə qərarları › İş №2(011)-5919/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5919/2023

26.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5919/2023 26.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ünvan 2-da yerləşən mənzil onun mülkiyyətindədir.Həmin mənzil xx.xx.2023-cü ildə adına mülkiyyət hüququ tanınmışdır. Həmin mənzilə quraşdırılan qaz sayğacı hal-hazırda mənzilin köhnə sahibi X1 adınadır. Mülkiyyətində olan həmin mənzilə quraşdırılan qaz sayğacını adına rəsmiləşdirmək istəmişdir. Asan Kommunalda sənədləşmə işi aparılan zaman ona bildirmişlər ki, həmin mənzilə quraşdırılan köhnə qaz sayğacına guya 1561.25 manat borc yazılmış və həmin məbləğ ödəniləndən sonra iddiaçının adına keçirilə biləcək. Həmin mənzili alan zaman qazla bağlı heç bir borc olmamışdır. Mənzilin köhnə sahibi ona bildiriş göstərərək qaza borcu olmadığı bildirmişdir. Həqiqətən də o mənzili alan zaman bildirişdə borcun olmadığının şahidi olmuşdur. Mənzil mülkiyyətinə keçəndən sonra həmin mənzildə yaşayış olmamışdır. İddiaçı cərimənin hansı əsasla yazıldığını araşdırmaq üçün Cavabdeh İB-yə müraciət etmiş və ona bildirmişlər ki, ona məxsus mənzilin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı **********2 zavod nömrəli qaz sayğacı xx.xx.2023-cü il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt əsasında dəyişdirilərək yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. Cavabdeh İBnin əməkdaşları ona məlumat vermişlər ki, guya ki, mənzildə Qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur və bu səbəbdən də, siz cərimə ödəməlidir, buna görə də 1561.25 manat məbləğində cərimə pulu ödəmədiyi tələb etdilər. Hansı ki, həmin mənzildə sayğac həm kart sistemi ilə həm də elektron tipli olmuş, bu səbəbdən də hesab edir ki, onun qaz sayğacına heç bir borcu olmamışdır. Qaz sayğacına kartla ödənişlərini vaxtı-vaxtında etmişdir və qaz sayğacına heç bir müdaxilə etməmiş və plombu da üzərində olmuşdur. Həmin mənzildə təbii qazdan istifadəyə görə indiyə qədər təbii qaza yaranmış borcla hər hansı bir mübahisə yaranmamışdır. İddiaçı qaz sayğacına müdaxilə etməmişdir. O, hesab edir ki, Bakı şəhəri Binəqədi rayon X6 işçiləri tərəfindən tərtib edilən cərimə borcları əsassızdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 103 ünvanında 160 saylı mənzilə əsassız olaraq Cavabdeh İB tərəfindən cərimə kimi yazılmış 1561.25 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə etiraz ərizəsi təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, Bakı şəhəri, ünvan 1ənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 24 aprel 2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli bildirişxəbərdarlıqdan görünür ki, Mir Cəlal küçəsi, ev 103, 160 saylı mənzilə aid sayğac üzrə abonent Həsənovanın 1561.25 manat borcu vardır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abonent kartından görünür ki, ünvan 1ənzil ünvanında yerləşən sayğac üzrə abonent Sara Həsənovanın 2019-cu il üçün 0 manat, 2020-ci il üçün 0 manat, 2021-ci il üçün 0 manat, 2022-ci il üçün -24 manat, 2023-cü il üçün 0 manat borcu vardır. İş materiallarında olan satıcı X2 ilə alıcı İddiaçı arasında bağlanılmış AN-İ seriyalı, ******* nömrəli, 13 aprel 2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 50.3 kv/m olan mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə əvəzində 120 000 manat pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti tərəfindən X3 ünvanlanmış 21 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 103, mənzil 160 ünvanında qaz xəttinin üzərində quraşdırılmış istehlakçı kodu Həsənovanın adına olan sonradan ödənişli G-2.5 markalı 001466 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixində ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunaraq sonradan ödənişli yeni qaz sayğacı ilə əvəzlənmişdir. Sayğac əvəzlənən zaman çıxarılan qaz sayğacının göstəricisi 7072 m3 olmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, mənzilin qaz xəttinin üzərində quraşdırılmış sonradan ödənişli G-4 markalı **********2 saylı qaz sayğacının göstəricisi 457 m3 olmaqla hesabda 1561.25 manat borc yaranmışdır və ödənilməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) müvafiq olaraq qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir (3.1.7). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5.5, 5.6). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər (6.1.4). Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.”. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixində ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt əsasında ödənişli yeni qaz sayğacının quraşdırıldığını, sayğac əvəzlənən zaman çıxarılan qaz sayğacının göstəricisinin 7072 m3 olmaqla, 1561.25 manat borc yarandığını bildirsə də, həmin borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı həmin mənzili 13 aprel 2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus evlə bağlı hesablanmış 1561.25 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanına dair hesablanmış 1561.25 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar