Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-594/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa kəndi, Hüseynbala Əliyev (Aydınbəyov) küçəsi 20V saylı fərdi yaşayış evi (bundan sonra – Fərdi yaşayış evi) üzrə X1 **********30000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. İddiaçı İlham Gülmirzəzadənin qızıdır. İlham Gülmirzəzadə xx.xx.2021-ci il tarixdə ölmüşdür.
2. Abonent saldosuna əsasən iddiaçının yaşadığı fərdi yaşayış evinə qaz sayğacı sonuncu dəfə xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. İddiaçının yaşadığı Fərdi yaşayış evinə 2017-ci ilin fevral ayından 2021-ci ilin avqust ayınadək 27 dəfə - xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə, ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə, ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı və xx.xx.2021-ci il tarixdə ******* saylı aktlar tərtib edilmiş, həmin aktlarda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə ilə bağlı qeydlər aparılmaqla, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin olduğu müəyyən edilmişdir.
3. Həmçinin, iddiaçının yaşadığı fərdi yaşayış evinə dair abonent saldosunun “qalıq və aktlar” bölməsində 2017-ci il üzrə 562 manat, 2018-ci il üzrə 965,20 manat, 2019-cu il üzrə isə 1422 manat, 2020-ci il üzrə 1685,30 mana və 2021-ci il üzrə 3153,60 olmaqla, cəmi 7788,1 borcunun olması əks olunmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı Fərdi yaşayış evi üzrə (abonenet kodu: **********30000) cərimə kimi yazılmış 8557,35 manat borcun cavabdeh tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yuxarıda qeyd edilən fərdi yaşayış evidə yaşayır. Sayğac mərhum atası Gülmirzə-zadə İlham Əliyar oğlunun adına rəsmiləşdirilmişdir. Cavabdehin əməkdaşları həmin yaşayış evinə quraşdırılmış sayğcı yoxlayarkən akt tərtib edərək sayğacın yoxlanılması üçün laboratoriyaya göndərilmiş, laboratoriyaya rəyində qeyd edilmişdir ki, guya onlar sayğaca müdaxilə etmişlər. Cavabdeh ona haqsız yerə borc yazmışlar. Bir müddət sonra kartına yüklədiyi puldan tutulmalar olduğunu görmüşdür.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, əvvəllər, yəni 2017-ci il tarixdə kənar xətdən istifadə etmişlər, sonrlar isə belə istifadfə olmamışdır. İddia ərizəsini məhkəməyə verənədək istifadə etdikləri qazın dəyərini pdəmişlər, bundan sonra isə ödənişi dayandırmışlar.
8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı təbii qazdan saycacdan kənar xəttdən itifadə etdiyi üçün onun barəsində çoxsaylı aktlar tərtib edilmiş və dəymiş zərər hesablanmışdır. Aktlar qanunidir. Ona görə də. iddianın rədd edilmsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
11. 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
12. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
14. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
15. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur).
İşə baxan məhkəmənin mövqeyi:
16. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
17. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir.
18. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.
19. Aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür (Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi). Cavabdeh İB hüquq normasında qeyd edilən dövlət orqanı, icra və s. orqan olmasa da, insanların həyatı əhəmiyyətli təbii qazın istehlakı sahəsində inhisarçı mövqeyə malik olduğundan məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin müddəaları da eyni ilə Cavabdeh İB tərəfindən tərtib edilən aktların mübahisələndirilməsi hallarına da şamil olunmalıdır.
20. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halın doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir.
21. Bundan başqa, iş üzrə təyin edilmiş məhkəmə trasoloji ekspertizasının 3-16- 16/2-3/2264 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən tətqiqata təqdim edilmiş qaz sayğacının və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə və əlavə xətt aşkar edilməmişdir.
22. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halın doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir. Həmçinin, cavabdeh akt əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını da təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən qazdan istifadə qaydalarının pozulaması hallarının törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin 2018-ci ilin fevral ayından 2021-ci ilin avqust ayınadək tərtib etdiyi aktlar əsasında hesabladığı maddi zərərin (cəmi 7226,1 manat) iddiaçıdan tələb etməsi əsassızdır.
24. Bundan başqa, iş materiallarına əlavə edilmiş abonent saldusunun “qalıq və aktlar” bölməsində 2017-ci ilin fevral ayı üzrə 361,2 manat, mart ayı üzrə isə 200,80 manat olmaqla, cəmi 562 manat borcunun da olduğu göstərilsə də, cavabdeh həmin borcun hansı əsasla yarandığını təsdiq edə bilən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı isə məhkəmə iclasında 2017-ci ilin fevral və mart aylarında qazdan sayğacsız istifadə etdiklərini, evldə isə qaz işlədicilərdən yalnız 1 ədəd qaz sobası və 2 gözlü qaz peçinin olduğunu bildirdi. Ona görə də məhkəmə iddiaçının etirafını nəzərə alaraq hesab edir ki, 2017-ci ilin fevral və mart ayları üzrə onun qazdan istifadə etməsi nəticəsində yaranmış borcu aşağıdakı qaydada hesablanmalıdır: 1) 2017-ci ilin fevral ayı üzrə 2 gözlü qaz plitəsinin 27 gün ərzində gündəlik 6 saat müddətində istifadə etdiyi qazın sərfiyyatı - 0,6 m3 x 6 saat x 27 gün = 97,2 m3 x 0,10 manat = 9,72 manat; 27 gün ərzində gündəlik 18 saat müddətində sobanın istifadə etdiyi qazın sərfiyyatı - 1,4 m3 x 18 saat x 27 gün = 680,4 m3 x 0,10 manat = 68,04 manat; 2) 2017-ci ilin mart ayı üzrə 2 gözlü qaz plitəsinin 31 gün ərzində gündəlik 6 saat müddətində istifadə etdiyi qazın sərfiyyatı - 0,6 m3 x 6 saat x 31 gün = 111,6 m3 x 0,10 manat = 11,16 manat; 31 gün ərzində gündəlik 18 saat müddətində sobanın istifadə etdiyi qazın sərfiyyatı - 1,4 m3 x 18 saat x 31 gün = 781 m3 x 0,10 manat = 78,10 manat. Hər iki ay üzrə iddiaçının sayğacdan kənar istifadə etdiyi qazın sərfiyyatı isə 166,98 manat təşkil etmiş olur.
25. Lakin məhkəmə hesab edir ki, 2018-ci ilin fevral ayından 2021-ci ilin avqust ayınadək tərtib edilmiş aktlar əsasında cavabdehin maddi zərərə görə hesabladığı 7226,1 manat və 2017-ci ilin fevral və mart aylarıı üzrə abonent saldosunda əks olunmuş 395,02 manat (562 manat -166,98 manat = 395,02manat) manat borc olmaqla, cəmi 7621,12 manat borcun silinməsi hissəsində iddia tələbi əsaslı olsa da (yuxarıda ətraflı şərh edilmişdir), 936,23 manat borcun silinməsi hissəsində əsassızdır.
26. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.
27. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 97,88 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa kəndi, Hüseynbala Əliyev (Aydınbəyov) küçəsi 20V saylı fərdi yaşayış evinə (abonent kodu: **********30000) dair hesablanmış 7621,12 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 97,88 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ə yerləşdirildiyi) gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı