Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-596/2024 30.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Ərizəçi X2 qardaşıdır. X4 xx.xx.1958-ci il tarixdə Ermənistan SSR-nin Noemberyan rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur.
2. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xətai rayonu 7 saylı Zona Tibbi Sosial Ekspert Komissiaysının 1474 nömrəli, xx.xx.2009-cu il tarixli X1 ümumi xəstəlik nəticəsində müddətsiz birinci qrup əlil olması və kənar şəxsin daimi xidmət və qulluğuna ehtiyacının olması qeyd edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri: a) Ərizənin dəlilləri:
3. Ərizəçi xx.xx.1958-ci il təvəllüdlü bacısı X4in fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Ərizəçi ərizəsində qeyd etmişdir ki, bacısı X4 xx.xx.1958-ci il tarixdə doğulmuş, doğulduğu gündən öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. 1ci qrup əlildir. Bacısının xəstəliyi beyin ilə əlaqədardır və son vaxtlar əlləri də tutmur. Bu səbəbdən yeməyini də yeyə bilmir və onu daimi nəzrətdə saxlamalıdır. Bacısının əmək qabiliyyətsizdir və daimi qulluğa və nəzarətə ehtuyacı vardır. Bacısının bütün tələbatını qardaşı olaraq o, ödəyir.
b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
5. Maraqlı şəxs ərizəyə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
7. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
8. Maddə 28.8 Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
10. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
11. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
12. Maddə 317.2 Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.
İşə baxan məhkəmənin mövqeyi:
13. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
14. İşin faktiki hallarında da qeyd edildiyi kimi, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xətai rayonu 7 saylı Zona Tibbi Sosial Ekspert Komissiaysının 1474 nömrəli, xx.xx.2009-cu il tarixli Arayışından da görünür ki, Şöhrət Mansurova ümumi xəstəlik nəticəsində müddətsiz birinci qrup əlildir və kənar şəxsin daimi xidmət və qulluğuna ehtiyacı vardır.
15. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2024-cü il tarixli, 1690 saylı rəyində ekspert o qənaətə gəlmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur, Şöhrət Mansurova psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, həmçinin X4 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
16. Qeyd edilənlərdən də göründüyü kimi, X4 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X4 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir.
17. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, ərizəçi X2 qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia qaldırmaqda haqlıdır.
18. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1958-ci il təvəllüdlü X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.1958-ci il tarixdə Ermənistan SSR-nin Noemberyan rayonunun Körpülü kəndində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi təqdim verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı