Məhkəmə qərarları › İş №2(011)-5965/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5965/2025

22.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5965/2025 22.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi Ərizəçi Qazax rayonu Aqrar İslahatı Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə Qazax rayonunun Xanlıqlar kənd ərazisində yerləşən 0.20 ha həyatyanı torpaq sahəsinə verilmiş, JN-255F KOD 50100078 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, X5 yox, X2 məxsus olması faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Qazax rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə, Qazax rayonunun Xanlıqlar kənd ərazisində X1 adına, torpağın mülkiyyətə verilməsinə dair JN-255F kod 50100078 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında 020 ha həyatyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair, yəni JN-255F KOD 50100078 nömrəli torpaq mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilərkən, onun anasının soyadı, Nəsibova olduğu halda, Nağıyeva, adı Mənşura olduğu halda isə Məşurə kimi qeyd olunmuşdur. Hal-hazırda həmin torpaq sahəsinə dair çıxarış almaq istəyir, lakin bu texniki səhvə görə çıxarış ala bilmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyinin üzrlü səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-255F, kod 50100078 şəhadətnamənin sürətinə əsasən, Qazax rayon Aqrar İslahatı Komissiyasının 1997-ci il 25 sentyabr tarixli 12 saylı qərarı ilə 0.20 hektar torpaq sahəsi Qazax rayonu, Xanlıqlar kənd sakini X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Nikah haqqında şəhadətnamənin sürətinə əsasən, X10 ilə X6 03 may 1954-cü il tarixdə nikaha daxil olmuşdurlar. İş materiallarında olan Azərbaycan Respublikası Qazax rayon İcra Hakimiyyətinin 11 iyun 2025-ci il tarixli cavab məktubuna əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktında edilmiş səhvlərlər bağlı tərtib olunmuş aktın təstiq olunması məqsədəmüvafiq hesab edilmir. Bu səbəbdən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Qazax rayon qeydiyyat şöbəsinin 13 iyun 2025-ci il tarixli arayışına əsasən, X7 10 mart 1929-cu ildə Qazax rayonu, Xanlıqlar kəndində anadan olmuşdur. Bu barədə 05 oktyabr 1953-cü ildə Qazax rayonu Qeydiyyat şöbəsində 844 saylı doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. Onun atası X13, anası isə X14 olmuşdur. İş materiallarında olan Qazax rayon qeydiyyat şöbəsinin 14 oktyabr 2025-ci il tarixli arayışına əsasən, X7 30 iyul 2018-ci ildə Azərbaycan Respublikası Qazax rayonu Xanlıqlar kəndində ölmüşdür. Bu barədə 10 avqust 2018-ci ildə Qazax rayonu Qeydiyyat şöbəsi tərəfindən 178 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Vətəndaşliq Vəziyyəti Aktlarinin Arxivinin 3-16-5/2-84538/2025 saylı, xx.xx.2025 il tarixli cavab məktubuna əsasən, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X6 və X8 olan xx.xx.1955-ci il təvəllüdlü Sədiy bə Nağıyevanın, xx.xx.1958-ci il təvəllüdlü Qətiybə Nağıyevanın, xx.xx.1960-cı il təvəllüdlü Nəsib Nağıyevin, xx.xx.1963-cü il təvəllüdlü Niyaz Nağıyevin, xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi doğumunun Qazax rayonunun Ağköynək icra nümayəndiliyində rəsmiləşdirildiyi barədə məlumat aşkar edilmişdir. Eyni zamanda informasiya sistemində digər X11 adında şəxs barədə vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Qazax RİHB-nın X16 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 5- 58-15-12-21/2- 490/2025 saylı, 12 avqust 2025-ci il tarixli arayışının sürətinə əsasən, mərhum X7 30 iyul 2018-ci ildə, vəfat etmişdir. Vəfat etdiyi günə kimi həqiqətən Xanlıqlar kəndindəki evdə yaşayıb. Hal hazırda həmin evin saxlanma xərcləri oğlu, Ərizəçi, tərəfindən ödənilir. İş materiallarında olan Qazax rayonu, Xanlıqlar kənd sakinləri X9, X4 və X12 xx.xx.2025-ci il tarixli aktına əsasən mərhum həmkəndliləri X7 həqiqətəndə ölən günə qədər Qazax rayonu, Xanlıqlar kəndində yaşamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda istinad edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, Qazax rayonu Aqrar İslahatı Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə Qazax rayonunun Xanlıqlar kənd ərazisində yerləşən 0.20 ha həyatyanı torpaq sahəsinə verilmiş JN-255F KOD 50100078 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X2 məxsus olması faktının müəyyən edilməsi ərizəçinin hüquqlarının təmin edilməsi baxımından hüquqi əhəmiyyəti olduğundan, lakin İcra Hakimiyyətinin torpağa mülkiyyət hüququna dair şəhdətnaməni təstiq etməkdən imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Qazax rayonu Aqrar İslahatı Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə Qazax rayonunun Xanlıqlar kənd ərazisində yerləşən 0.20 ha həyatyanı torpaq sahəsinə verilmiş JN-255F KOD 50100078 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X2 məxsus olması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və İcra Hakimiyyəti Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktında edilmiş səhvlərlə bağlı tərtib olunmuş aktın təsdiq olunması imtina etdiyindən, habelə Qazax rayonu Aqrar İslahatı Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə Qazax rayonunun Xanlıqlar kənd ərazisində yerləşən 0.20 ha həyatyanı torpaq sahəsinə verilmiş JN-255F KOD 50100078 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X2 məxsus olması işin mötəbər sübutları ilə təsdiq edildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayonu Aqrar İslahatı Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə Qazax rayonunun Xanlıqlar kənd ərazisində yerləşən 0.20 ha həyatyanı torpaq sahəsinə verilmiş JN-255F KOD 50100078 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar