Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5968/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 15.05.24-cü il tarixində Citycar mobil tətbiqi vasitəsilə avtomobilin kirayə müqaviləsi bağlanmışdır. Məlum olduğu kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331-ci maddəsinə əsasən ”əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir”. Müqavilə bağlanmazdan əvvəl kirayəyə verənin müqavilə bağlanmasına dair ümumi ofertası təqdim edilmiş və istifadəçi tərəfindən təsdiqlənmişdir. Müqavilə mətni də istifadəçi tərəfindən təsdiq edildikdən sonra standart şərtlər barədə əyani qeyd də istifadəçinin iradəsini dürüst müəyyən etməyə imkan verən şəraitdə onun tərəfindən aksept edilmişdir. Bunun nəticəsində mülkiyyəti iddiaçıya məxsus olan Geely Geometry markalı, **-YJ-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə, saat 18:51-də cavabdehə təhvil verilmiş və onun tərəfindən həmin tarixdə saat 20:23-də qaytarılmışdır. 1 saat, 32 dəqiqə olmaqla xx.xx.2024-cü il tarixdə cavabdehin istifadəsində olmuşdur. İstifadəçi tərəfindən təsdiq edilən müqaviləyə əsasən kirayə ödənişi mobil tətbiqdə göstərilən tariflər əsasında hesablanır və həmin müqaviləyə əsasən istifadəçi müqavilə bağlandıqdan etibarən 5 gün ərzində müəyyən edilmiş tarifə uyğun olaraq 55,24 manat məbləğində kirayə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək avtomobili cavabdehə təvhil versə də, cavabdeh öhdəliyini yerinə yetirməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Müqaviləyə əsasən cavabdeh yuxarıda göstərilən ödənişi xx.xx.2024-cü il tarixinədək ödəməli olsa da, indiyə qədər heç bir ödəniş həyata keçirməmiş və xx.xx.2024-cü il tarixindən etibarən istifadəçi öhdəliyin icrasını gecikdirmiş borclu statusu əldə etmişdir. Belə ki, Mülki Məcəllənin 445.4-cü maddəsinə əsasən “icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır”. Müqavilə öhdəliyin icrası üçün vaxt müəyyən etdiyinə görə cavabdehin öhdəliyin icrasını gecikdirmiş borclu statusu əldə etməsi üçün hər hansı xatırlatmaya ehtiyac qalmamışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, 55,24 manat əsas, 0,16 manat dəbbə pulu, 30 manat rüsum olmaqla, cəmi 85,40 manat məbləğin Cavabdeh tutularaq iddiaçı Carsharing” MMC-də ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda bildirmişdir ki, hazırkı mübahisə ilə bağlı təbqiq olunan yeni elektron sistemdir. Citycar mobil tətbiqi vasitəsilə müştəri avtomobilə yaxınlaşır. Seçim etdiyi avtomobilin yerini xəritədən müəyyən etmək mümkündür. Avtomobilin qapısı QR kod vasitəsilə açılır. İstifadənin sonunda həmin şəxsin kartından pul vəsaiti çıxılır. Əvvəlcədən kartda vəsaitin olub-olmaması məlum olmur. Məhkəmə iclası barədə Cavabdeh məhkəmə iclası barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış Avtomobilin elektron kirayə müqaviləsindən və həmin müqaviləyə əlavədən məlum olur ki, Citycar mobil tətbiqi vasitəsilə Cavabdeh “Geely Geometry” markalı avtomobil 15 may 2024-ci il tarixdə, saat 18:51-də icarəyə verilmişdir. Həmin müqaviləyə əsasən istifadəçi müqavilə bağlandıqdan etibarən 5 gün ərzində müəyyən edilmiş tarifə uyğun olaraq kirayə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əlavədən müəyyən edilir ki, Citycar mobil tətbiqindən istifadə edən istifadəçi bank kartını öz hesabına əlaqələndirməlidir, ondan bu Birləşmə Müqaviləsində nəzərdə tutulmuş ödənişlər üçün vəsait çıxılacaq, bu halda istifadəçinin bank kartının müsbət qalığı 5 manatdan çox olmayan məbləğdə pul məbləğinin silinməsi, onun yazılış edildiyi andan 24 saat ərzində istifadəçinin bank kartına qaytarılması ilə müəyyən edilir. İş materialında olan İddiaçı MMC tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh “Geely Geometry” markalı, **-YJ-*** qeydiyyat nişanlı avtomobildən istifadəyə görə 15 may 2024-cü il tarixdə 55,24 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı bildirişə əsasən məlum olur ki, cavabdehə borcunun ödənilməsini təklif etmiş, əks halda müvafiq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək): 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin qanunun 3.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. “Elektron ticarət haqqında” Qanunun 7-ci maddəsinə əsasən elektron ticarətdə satıcı (təchizatçı) ilə alıcı (sifarişçi) arasında müqavilələr elektron sənəd formasında bağlanır. Müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər. Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən dəqiq və birmənalı başa düşülən şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa və onu saxlamağa imkan verən formada hazırlanmalıdır. Müqavilənin bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən müqavilə etibarsız sayıla bilməz. Bu halda satıcı (təchizatçı) müqavilənin qüvvədə olduğu müddətdə istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir. Müqavilə satıcının (təchizatçının) ona aksept aldığı andan bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi aksept hesab olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli qərarında göstərmişdir ki, “...yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; - mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir”. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında elektron qaydada (Citycar mobil tətbiqi vasitəsilə) Avtomobilin kirayə müqaviləsi bağlanmış və cavabdehə 15 may 2024-cü il tarixdə “Geely Geometry” markalı, **-YJ-*** qeydiyyat nişanlı avtomobil verilmiş, avtomobildən 1 günlük istifadəyə görə cavabdehin 55,24 manat borcu yaranmışdır. Həmin müqavilə üzrə cavabdeh 5 gün ərzində ödəniş etməli olduğu halda icra etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh icarə müqaviləsi (avtomobilin kirayə müqaviləsi) üzrə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən və bu iş materialları ilə təsdiqini tapdığından, iddia təmin edilməli və Cavabdeh müqaviə üzrə 55,24 manat əsas borc və 0,16 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 55,24 manat əsas borc, 0,16 manat dəbbə pulu və 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5968/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5968/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver