Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5978/2020 17.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********83428 olan Samsung Galaxy J5 markalı telefon üçün 61 manat ödənilməmiş hissə, 6 manat cərimə; xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən, Panasonic markalı Trimer üçün 26 manat ödənilməmiş hissə, 2 manat cərimə; xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********81635 olan Samsung Galaxy S9+ markalı telefon üçün 1.442 manat ödənilməmiş hissə, 144 manat cərimə, ümumilikdə 1.681 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.711 manat pulun Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il, xx xxxxxx 2017-ci il və xx xxxx 2018-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, cavabdeh Samsung Galaxy J5 markalı telefon, Panasonic makalı Trimer, Samsung Galaxy S9+ markalı telefon almış və nəticədə 1.681 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 905 manat olan Samsung Galaxy J5 markalı telefon üçün ümumilikdə 67 manat olmaqla, ondan 61 manat ödənilməmiş hissə, 6 manat cərimə pulu borcu, alğı-satqı qiyməti 165 manat olan Panasonic markalı Trimer üçün ümumilikdə 28 manat olmaqla, ondan 26 manat ödənilməmiş hissə, 2 manat cərimə pulu borcu, alğı-satqı qiyməti 2.902 manat olan Samsung Galaxy S9+ markalı telefon üçün ümumilikdə 1.586 manat olmaqla, ondan 1.442 manat ödənilməmiş hissə, 144 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.443 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh dəyəri 905 manat olan Samsung Galaxy J5 markalı telefon, dəyəri 165 manat olan Panasonic markalı Trimer və dəyəri 2.902 manat olan Samsung Galaxy S9+ markalı telefon almışdır. Cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etmədiyindən onun xx xxxxxxxx 2020-ci il tarixə ümumilikdə 1.681 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materialları ilə müəyyən edildi ki, “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən sonuncu müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən yuxarıda qeyd edilən müqavilə üzrə ümumilikdə 1.681 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 61 (altmış bir) manat, dəbbə pulu 6 (altı) manat, xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 26 (iyirmi altı) manat, dəbbə pulu 2 (iki) manat, xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 1.442 (bir min dörd yüz qırx iki) manat, dəbbə pulu 144 (bir yüz qırx dörd) manat olmaqla, ümumilikdə 1.681 (bir min altı yüz səksən bir) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5978/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5978/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver