Məhkəmə qərarları › İş №2(011)-5978/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5978/2023

06.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5978/2023 06.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, Ərizəçi və X11 19 mart 2005-ci il tarixində Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 150309 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən nikaha daxil olmuşalr və nikah 146 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. X12 23 mart 2005-ci il tarixində Bakı şəhərində doğulmuş və 14 may 2005-ci il tarixində 1288 nömrəli akt qeydinə əsasən AZ-İ seriyalı, 614557 nömrəli doğum haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Ata qrafasında- X12, ana qrafasında- Ərizəçi qeyd edilmişdir. 1 yaşından etibarən X2 qıcolmalar meydana gəlmişdir. Şikayətlər əqli və fiziki inkişafın ləngiməsi, əsəbilik diaqnozları ilə müşayiət edilmişdir. 2010-cu ildən X3 Ruhi-əsəb Dispanserində qeydiyyatdadır və daimi ambulator müalicə alır (bu faktiki halı təsdiq edən X/T № 231/11 saylı epikrizin surəti əlavə olunur). X12 24 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X19ndə müayinə olunduqdan sonra ona uşaq autizmi, Kanner sindromu diaqnozları qoyulmuş və bu diaqnoz əsasında X9 orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. 12 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 Həkim Psixiatr Komissiyası tərəfindən verilmiş rəyə əsasən X9 F84.0 diaqnozu qoyulmuşdur. Həkim Psixiatr Komissiyasının qərarına əsasən X1 ağır kəmağıllıq, kəskin debillik, kobud davranış və nitq pozuntusu, anemnezində qıcolma, tutmalar müşahidə edildiyi üçün kənar şəxslərin himayəsinə ehtiyacı olduğu qeyd edilmişdir. Belə ki, X12 öz psixi vəziyyətində görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi zəruridir. Ərizəçi göstərilənləri nəzərə alaraq 23 mart 2005-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 614557 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 23 mart 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X11 , anası isə Ərizəçidır. İş materiallarında olan “Psixi Sağlamlıq Mərkəzi” X19 tərəfindən 24 noyabr 2020-ci il tarixli 6739 №-li arayışdan görünür ki, 23 mart 2005-ci il təvəllüdlü X9 uşaq autizmi, Kanner sindromu F84 qoyulmuşdur. İş materiallarında olan 2 X13 Xəstəxanası tərəfindən verilmiş 12 yanvar 2023-cü il tarixli Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, X9 ağır kəmağıllıq, kəskin imbesillik, kobud davranış və nitq pozuntusu diaqnozu qoyulmuş, kənar şəxslərin himayəsinə ehtiyacı olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 X18 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 4263 saylı rəyi ilə təsdiq olunur ki, Yoxlanılan şəxs X6 “AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ)“ (F 72.0) aşkar olunur. Bunu anamnestik məlumatlar (erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5 müayinədə olması və onda Ağır kəmağıllıq, kəskin imbesillik, kobud davranış və nitq pozuntuları ilə. Anamnezində qıcolma tutmaları. Kənar şəxslərin himayəsinə ehtiyacı var F 72.1” diaqnozunın qeyd edilməsi), həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. X6 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. X10 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X8 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, 23 mart 2005-сi il təvəllüdlü X7 psixi xəstəliyi iş materiallarında olan sənədlərlə və ekspertiza rəyi ilə sübut olunduğundan X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 317-321-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 23 mart 2005-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar