Məhkəmə qərarları › İş №2(011)-60/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-60/2021

06.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-60/2021 06.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı mənzildən çıxarılma tələbi barəsində ilkin iddiasına; Qarşılıqlı iddia üzrə iddiaçılar X2 və Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənzil üçün alınmış əşyalara görə və yenidən qurulmasına görə ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və X1 qarşı iddiaçının Bakı şəhəri, Xətai rayonu, 1152-ci məhəllə, A.İsmayılov küçəsi, ev 35, mənzil 67-də olan 3 otaqlı mənzilə köçürülməyi, cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar X2 və Cavabdeh1 Nuşirəvan oğlu ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçı qarşılıqlı iddia ərizəsində göstərilən 13000 ABŞ dolları məbləğində xarici valyutanın və 11800 manat pulun alınıb qarşılıqlı iddia üzrə iddiaçılara verilməsi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. “AZEMYS” Elektron Məhkəmə Sistemindən müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 27.12.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri üzrə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyinə görə mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı mənzildən çıxarılma tələbi barəsində ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçılar X2 və Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənzil üçün alınmış əşyalara görə və yenidən qurulmasına görə ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar