Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-600/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh İB tərəfindən tərtib edilmiş tərtib edilmiş - ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli və ******* nömrəli aktların ləğv edilməsi həmin aktlardan irəli gələn 25.275,30 manat məbləğin abonentin hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və ünvan 2 ünvanında icarəyə götüdüyü əkin sahəsi olduğu üçün 2013-cü ilin sentyabr ayına qədər həmin ünvanda təbii qazdan istifadə edərək yaşamışdır. Qeyd olunan ünvanda iddiaçıdan əlavə bir neçə ailə kirayədə yaşamışlar. İddiaçı 2013-cü ilin sentyabr ayında həmin ünvandan köçüb getmiş və 2023-cü ildə ünvan 3 ünvanında icarəyə götüdüyü əkin sahəsinin satıldığını bilmiş və icarədarla razılaşaraq həmin ərazini almışdir. xx.xx.2011-ci il tarixdə Cavabdeh İB tərəfindən ünvan 3 ünvanına abonentin iştirakı ilə küçədə G-4 itronsmart tipli, 1102AQ**********7 nömrəli sayğac quraşdırılmış, plomb vurulmuş və həmin ünvana **********0000 nömrəli kod verilmiş, lakin "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilməmiş və abonent ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2011-ci il tarixdə sayğac quraşdırıldıqdan 7 ay sonra abonentin iştirakı olmadan ünvan 3 ünvanındakı sayğac 1102AQ**********1 nömrəli sayğacla əvəz edilmiş, plomb vurulmuş, lakin "Qaz sayğacinin çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilməmiş, abonent ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqisı barədə» müqavilə bağlanmamış və abonentin hesab koduna əsassız olaraq 1.971,30 manat qeyri-qanuni borc yazılmışdır. xx.xx.2012-ci ildə abonentin iştirakı olmadan ünvan 4 ünvanındakı sayğac 1202AQ**********6 nömrəli sayğac ilə əvəzlənmiş plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilməmiş, abonent ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamış, abonentin hesab koduna heç bir əsas olmadan 787,70 manat borc yazılmışdır. xx.xx.2017-ci ildə abonentin iştirakı olmadan ünvan 3 ünvanındakı sayğac 1702AQ**********8 nömrəli sayğac ilə əvəzlənmiş, plomb vurulmuş,"Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməmiş, abonent ilə Cavabdeh İB arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmamış, abonentin hesab koduna əsassız olaraq 923 manat qeyri-qanuni borc yazılmışdır. xx.xx.2018-ci il tarixdə, isti yay günlərində, abonentin iştirakı olmadan ünvan 5 ünvanındakı sayğac 1802AZ**********2 Nömrəli sayğac ilə əvəzlənmiş, plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilməmiş, Cavabdeh İB ilə «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı baradə» müqavilə bağlanmamış, abonentin hesab koduna heç bir əsas olmadan 1145,20 manat qeyri-qanuni borc yazılmışdır. xx.xx.2018-ci ildə, abonentin iştirakı olmadan ünvan 6 ünvanındakı sayğac 1802AZ**********9 nömrəli sayğac ilə əvəzlənmiş, plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməmiş, Cavabdeh İB ilə «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamış, abonentin hesab koduna əsassız olaraq 1821,40 manat qeyri-qanuni borc yazılmışdır. xx.xx.2020-ci ildə, abonentin iştirakı olmadan ünvan 6 ünvanındakı sayğac ZENNER G4T MEXANİKİ tipli **********2 Nömrəli sayğac ilə əvəzlənmiş, plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilməmiş, Cavabdeh İB ilə «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2023-cü il tarixdə, abonentin iştirakı ilə ünvan 6 ünvanındakı ZENNER G4T MEXANİKİ tipli, **********2 Nömrəli sayğac ZENNER G4T SMART tipli, **********765 Nömrəli sayğacla əvəzlənmiş, 12644859 nömrəli plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* Nömrəli akt tərtib edilmiş, lakin Cavabdeh İB ilə «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. Qeyri-qanuni yazılmış borclar guya abonentin sayğaclara etdiyi müdaxilə əsasında tətbiq olunmuşdur. Halbuki, sayğaclara baxış abonentin iştirakı olmadan keçirilmişdir. Sayğacların tez-tez dəyişdirilməsi isə əraziyə nəzarət edən Cavabdeh İB-nin Orxan adlı əməkdaşının qanunsuz hərəkətlərindən irəli gəlir. Cavabdeh qanunsuz hərəkətləri ilə qane olmamış və əlavə olaraq abonentin sayğacdan kənar qeyri-qanuni qaz xəttinə qoşulması barədə xx.xx.2017-ci ildən başlayaraq xx.xx.2023-cü ilə qədər, müxtəlif aylarda 22 akt tərtib etmiş və həmin aktlar əsasında abonentin hesab koduna 20.170,20 manat borc yazmışdır. xx.xx.2018-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, L.Həsənov küçəsi, ev 377 quraşdırılmış qaz sayğacına və küçədəki qaz xəttinə abonentin iştirakı olmadan baxış keçirilmiş və guya sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmişdir. Sayğacdan kənar təbii qaz xətti ləğv edimiş, 908 m3 itirilmiş qazın dəyəri 208.40 manat hesablanmış və ******* nömrəli akt tərtib edilmiş, lakin həmin akt abonentə təqdim edilməmişdir. Foto-video çəkilişlər və aşkar edilmiş kənar xətt abonentə aid deyil. Foto şəkillər abonentin Ramil adlı qonşusunun qapısında çəkilmiş və kənar xətt də qonşuya aiddir. Belə ki, Cavabdeh İB təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunduğunu aşkar etdikdən sonra kənar xətti ləğv etməlidir. Göründüyü kimi qanunvericilik imperativ qaydada qazpaylaycısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsini qoymuşdur. Abonent tərəfindən nə sayğaca, nə də ki, küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Sayğac və qaz xətti küçədə yerləşdiyindən sayğaca və qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsa) abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir və sayğaclarda elektron tablodakı göstəricilər Cavabdeh İB-nin bazasna ötürülür. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Küçədə quraşdırılmış qaz sayğacına və ya qaz xəttinə abonent nəzarət etmir. Sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. Ümumiyyətlə nə abonentin, nə də ki, onun ailə üzvlərinin həmin aktlardan xəbəri olmayıb. Aktlar birtərəfli qaydada tərtib edilmiş, abonentə təqdim olunmamış və abonent həmin aktları imzalamamışdır. Abonentin imzalamadığı həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı üçün həmin aktlar ləğv edilməlidir. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Cavabdeh İB xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə qədər müəyyən vaxtlarda abonentin iştirakı və imzası olmadan təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına dair - xx.xx.2017ci il tarixli, ******* nömrəli akt üzrə 459,60 manat; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt üzrə 528,00 manat; xx.xx.2018 ci il tarixli, ******* nömrəli akt üzrə 227,60 manat; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt üzrə 208,40 manat; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt üzrə 194,40 manat; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt üzrə 61,40 manat; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt üzrə 142,00 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə 810,00 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə 133,20 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrɔ 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə 100,80 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə 252,00 manat; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt üzrə 252,00 manat; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt üzrə 252,00 manat; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt üzrə 88,60 manat; xx.xx.2022 ci il tarixli, ******* nömrəli akt üzrə 14258,20 manat və xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 2013,60 manatlıq "Dəymiş ziyan həcminin hesablanması" barədə aktlar tərtib etmiş, həmin aktlarda abonentin imza etməsindən imtina olunması qeyd edilmiş və qaz xəttinə sayğacdan kənar qoşulma faktını sübut etmədən xx.xx.2023-cu il tarixə qodər abonentin hesab koduna 20170,20 manat borc yazmışdır. Cavabdeh İB-nin çəkdiyi foto şəkillər bütün aktlarda təkrarlanmış şəkillərdir ki, cavabdeh bu vasitə ilə abonentdən dəymiş zərəri şişirdərək 6648,60 + 20170,20 =26.818,80 manat əvəzinin ödənilməsini istəyir. Cavabdeh İB-nin tərtib etdiyi- ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli və ******* nömrəli aktlara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. Cavabdeh İB müdaxilə edilməsini təsdiq edən sübutları belə iddiaçıya təqdim edə bilmir. Abonentin imzası olmayan həmin aktlar isə qaz xəttinə müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir. Təbii qazdan sayğacdan kənar hər hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda küçədəki qaz xəttində qaynaq izləri qalır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranır. Lakin Cavabdeh İB son illərdə üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadɔ etməklə abonentlər tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki olaraq öz abonentlərinə kənar xətdən istifadə etmək üçün şərait yaratmaqla, aktlar tərtib etməklə abonentlərdən dəymiş zərərin ödənilməsini tələb edir. Zərərin əvəzi ödənilmədikdə məhkəmədə iddia qaldırır. Mübahisənin düzgün həlli üçün ilkin olaraq tələbin qanuni əsası tapılmalıdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən onun abonent koduna əsassız olaraq yazılmış 25.275,30 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə etməsi halı əsas gətirilərək 2019-2023-cü illər ərzində müxtəlif vaxtlarda təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının qaz xəttinə sayğacdan kənar qeyri-qanuni qoşulması əsas gətirilərək ona 2010-cu ilə 90 manat, 2011ci ilə 393.50 manat, 2017-ci ilə 459.60 manat, 2018-ci ilə 1.361,80 manat, 2019-cu ilə 1.623,60 manat, 2020-ci ilə 592.60 manat, 2022-ci ilə 8.812,80 manat, 2023-cü ilə 1.036,80 manat olmaqla, ümumilikdə 14.370,70 manat borc yazılmışdır. Abonent saldosunun ayın sonuna borc qrafasından görünür ki, iddiaçının 25.275,30 manat borcu mövcuddur. Məhkəmə tərəfindən mülki iş üzrə sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 13 may 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyriqanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Keçirilmiş məhkəmə iclası zamanı iddiaçı məhkəməyə evinin yerləşdiyi ünvanla bağlı videogörüntü təqdim etmiş və evinə hər hansı əlavə xəttin gəlmədiyini vurğulamışdır. Məhkəmə araşdırması zamanı cavabdehin vəkili fotoşəkillər təqdim edərək onların iddiaçıya məxsus ünvana baxış keçirilərkən çəkildiyini bildirmişdir. Məhkəmə iclas zalında hər iki tərəfin iştirakı ilə iddiaçının yaşadığı ünvana videozəng vasitəsilə baxış keçirilmiş və cavabdehin təqdim etdiyi şəkillərdə əks olunan darvazanın və onun ətrafında olan görüntünün iddiaçıya məxsus evin darvazası və ətraf görünüşü ilə eynilik təşkil etmədiyi aşkar olunmuşdur. Bu səbəbdən iddiaçının abonent koduna 2010-2023-cü illərdə hesablanmış ümumilikdə 25.275,30 manat məbləğində borcun silinməsini məhkəmə qanunauyğun hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin mahiyyətindən görünür ki, abonentin qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Abonentin qazın talanmasında təqsirli olması öz təsdiqini tapdıqdan sonra həmin orqan vurulmuş zərəri istehlakçıdan tələb edə bilər. Hazırkı mülki iş üzrə iddiaçıya məxsus ünvanda qazdan sayğacdan kənar qanunsuz istifadə halı əsas gətirilərək müxtəlif vaxtlarda aktlar tərtib edilsə də və həmin aktlar abonentə təqdim edilsə də, iddiaçı tərəfindən qazın talanması faktı öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 25.275,30 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 1**********0000 saylı abunə koduna 2010-2023-cü illərdə hesablanmış ümumilikdə 25.275,30 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64 manat müəyyən edilmişdir. Məhkəmə məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin olunduğundan, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan cavabdehdən 165.82 manat məbləğində dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 64 manat cavabdehdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı 1**********0000 saylı abunə koduna 2010-2023-cü illərdə hesablanmış ümumilikdə 25.275,30 (iyirmi beş min iki yüz yetmiş beş manat otuz qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 165.82 (bir yüz altmış beş manat səksən iki qəpik) manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 64 (altmış dörd) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-600/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-600/2024
09.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver