Məhkəmə qərarları › İş №2(011)-6018/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6018/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6018/2021 17.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.09.2019-cu il tarixli müqaviləsinə əsasən, LG LED televizor üçün 57 manat ödənilməmiş hissə, 5 manat cərimə, 09.10.2019-cu il tarixli müqaviləyə əsasən Lenovo notebook, Logitech Mouse üçün 455 manat ödənilməmiş hissə, 45 manat cərimə, 11.01.2020-ci il tarixli müqaviləyə əsasən LG LED televizor üçün 398 manat ödənilməmiş hissə, 62 manat cərimə, 10.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********05891 olan Samsung Galaxy A71 markalı telefon üçün 742 manat ödənilməmiş hissə, 74 manat cərimə, ümumilikdə 1838 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 16.09.2019-cu il, 09.10.2019-cu il, 11.01.2020-ci il və 10.03.2020-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd LG LED televizor, Lenovo notebook, Logitech Mouse, İMEİ kodu **********05891 olan Samsung Galaxy A71 markalı telefon almış və nəticədə 1838 manat borcu yaranmışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.09.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 616 manat (11 ay x 56 manat + 0 manat ilkin ödəniş) olan LG LED televizor üçün ümumilikdə, 62 manat olmaqla ondan 57 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 manat cərimə; 09.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 696 manat (12 ay x 58 manat + 0 manat ilkin ödəniş) olan Lenovo notebook, Logitech Mouse üçün ümumilikdə, 500 manat olmaqla ondan 455 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 manat cərimə; 11.01.2020-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 650,4 manat (6 ay x 108 manat 40 qəpik + 0 manat ilkin ödəniş) olan LG LED televizor üçün ümumilikdə, 460 manat olmaqla ondan 398 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 62 manat cərimə; 10.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 950 manat (6 ay x 158 manat + 2 manat ilkin ödəniş) olan İMEİ kodu **********05891 olan Samsung Galaxy A71 markalı telefon üçün ümumilikdə, 816 manat olmaqla ondan 742 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 74 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1260 manat 40 qəpik təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 10.03.2020ci il tarixdə 20165603 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" MMC İMEİ kodu **********05891 olan Samsung Galaxy A71 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 11.01.2020-ci il tarixdə 20030348 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" MMC LG LED televizoru müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 09.10.2019-cu il tarixdə 00970215 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" MMC Lenovo notebook, Logitech Mouse müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 16.09.2019-cu il tarixdə 00917427 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" MMC LG LED televizoru müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 16.09.2019-cu il, 09.10.2019-cu il, 11.01.2020-ci il, 10.03.2020ci il tarixli bildirişlərdən və əşyaların təhvil-təslim aktlarından görünür ki, 2 ədəd LG LED televizor, Lenovo notebook, Logitech Mouse, Samsung Galaxy A71 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunu ödəməsinə dair 17.09.2020(3)-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16.09.2019-cu il, 09.10.2019-cu il, 11.01.2020-ci il və 10.03.2020-ci il tarixli müqavilələr üzrə borcu ödənilməmiş məbləğ 1652 manat, cərimə borcu 186 manat olmaqla, cəmi ödənilməmiş borcunun məbləği 1838 manat təşkil edir. İş materiallarında olan 22.06.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında 2 ədəd LG LED televizor, Lenovo notebook, Logitech Mouse, Samsung Galaxy A71 markalı telefona dair 16.09.2019-cu il, 09.10.2019-cu il, 11.01.2020-ci il, 10.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu 16.09.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 57 manat, cərimə borcu 5 manat, 09.10.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 455 manat, cərimə borcu 45 manat, 11.01.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 398 manat, cərimə borcu 62 manat, 10.03.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 742 manat, cərimə borcu 74 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 1838 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 16.09.2019-cu il, 09.10.2019-cu il, 11.01.2020-ci il, 10.03.2020-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd LG LED televizor, Lenovo notebook, Logitech Mouse, Samsung Galaxy A71 markalı telefon üçün ümumilikdə 1838 manat borc Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, ödənilmiş dövlət rüsumuna münasibətdə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanmış 16.09.2019-cu il tarixli müqaviləsinə əsasən, LG LED televizor üçün 57 manat ödənilməmiş hissə, 5 manat cərimə, 09.10.2019-cu il tarixli müqaviləyə əsasən Lenovo notebook, Logitech Mouse üçün 455 manat ödənilməmiş hissə, 45 manat cərimə, 11.01.2020-ci il tarixli müqaviləyə əsasən LG LED televizor üçün 398 manat ödənilməmiş hissə, 62 manat cərimə, 10.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********05891 olan Samsung Galaxy A71 markalı telefon üçün 742 manat ödənilməmiş hissə, 74 manat cərimə olmaqla, ümumilikdə 1838 (min səkkiz yüz otuz səkkiz) manat pul və dövlət rüsumu qismində ödənilmiş 30 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar