Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6022/2021 11.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi X1, Cavabdeh X3 iştirakı ilə, "xxxx" MMC-nin X4 qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.11.2019-cu il tarixli müqaviləyə əsasən, X9 8 markalı telefon üçün 211 manat ödənilməmiş hissə, 69 manat dəbbə, 14.01.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung LED televizor üçün 1798 manat ödənilməmiş hissə, 517 manat dəbbə pulu, ümumilikdə 2595 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X2 alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi C.Əyyubzadə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh, "xxxx" MMC ilə 07.11.2019-cu il tarixli müqaviləyə əsasən, X9 8 markalı telefon, 14.01.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung LED televizor almış və nəticədə 2595 manat borc yaranmışdır, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə 07.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 697 manat olan X9 8 markalı telefon üçün ümumilikdə, 280 manat olmaqla ondan, 211 manat ödənilməmiş hissə, 69 manat dəbbə, 14.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2079 manat olan Samsung LED televizor üçün ümumilikdə, 2315 manat olmaqla ondan, 1798 manat ödənilməmiş hissə, 517 manat dəbbə borcu yaranmışdır, cavabdehin cəmi ödədiyi məbləğ 767 manat təşkil edir, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini pozduğundan onun borcu məhkəmə qaydasında tutulmalıdır. Sonda C.Əyyubzadə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X5 28.07.2021-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək və 11.08.2021-ci il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizəyə uyğun izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir, belə ki, 07.11.2019-cu il tarixli müqaviləyə əsasən, 211 manat əsas borcu və 14.01.2020-ci il tarixli müqaviləyə əsasən, 1798 manat əsas borcu olduğunu etiraf edir, cərimə borcunu isə qəbul etmir. Sonda V.Sarıyev qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə X5 arasında 07.11.2019-cu il tarixdə 01032778 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, X9 8 markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan 07.11.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, X9 8 markalı telefon X4 təhvil verilmişdir. İş materiallarında olan 07.11.2019-cu il tarixli ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə X5 arasında 14.01.2020-ci il tarixdə 20036988 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Samsung LED markalı televizor cavabdehə satılmışdır. İş materiallarında olan 14.01.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Samsung LED markalı televizor X4 təhvil verilmişdir. İş materiallarında olan 14.01.2020-ci il tarixli ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, X3 iddiaçıya olan borcu 07.11.2019-cu il tarixli müqaviləyə əsasən, X9 8 markalı telefon üçün 211 manat ödənilməmiş hissə, 69 manat dəbbə, ümumilikdə 280 manat, 14.01.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung LED markalı televizor üçün 1798 manat ödənilməmiş hissə, 517 manat dəbbə, ümumilikdə 2315 manat olmaqla cəmi 2595 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 15.02.2021(1)-ci il tarixli xəbərdarlıq məktubu göndərmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 31.05.2021-ci il tarixli arayışından görünür ki, X5 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə X5 arasında X9 8 markalı telefon və Samsung LED markalı televizora dair 07.11.2019-cu il tarixli və 14.01.2020-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən satıcı öhdəliyini lazımınca icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı həmin əşyaları almışdır, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, buna görə onun iddiaçıya borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilələr üzrə tənasübsüz surətdə yüksək hesablanmış dəbbə məbləğinin azaldılaraq, 07.11.2019-cu il tarixli müqavilə üzrə 21 manat, 14.01.2020-ci il tarixli müqavilə üzrə 150 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 07.11.2019-cu il tarixli müqaviləyə əsasən, X9 8 markalı telefon üçün 211 manat ödənilməmiş hissə, 21 manat dəbbə, 14.01.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung LED markalı televizor üçün 1798 manat ödənilməmiş hissə, 150 manat dəbbə pulu olmaqla, ümumilikdə 2180 manat X2 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. X2 07.11.2019-cu il tarixli müqaviləyə əsasən, X9 8 markalı telefon üçün 211 manat ödənilməmiş hissə, 21 manat dəbbə, 14.01.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung LED markalı televizor üçün 1798 manat ödənilməmiş hissə, 150 manat dəbbə pulu olmaqla, ümumilikdə 2180 (iki min yüz səksən) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6022/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6022/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver