Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6025/2023 24.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız olaraq hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdehnə qarşı “əsassız olaraq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ev 5445M nömrəli bağ evinə (abonent kodu **********05449) əsassız olaraq borc kimi yazılmış olan 1.036 manatın cavabdeh X3 tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ev 5445M nömrəli bağ evi mülkiyyət hüququ ilə iddiaçının mərhum əri X1 mülkiyyətində olmaqla faktiki olaraq iddiaçı və ailə üzvlərinin istifadəsindədir. X9 10 mart 2023-cü il tarixdə vəfat etmiş, onun vəfatı ilə əlaqədar olaraq vərəsəlik işi açılmış və iddiaçı tək vərəsə kimi tanınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ev 5445M nömrəli ev abonent kodu **********05449 olmaqla cavabdeh X3 tərəfindən qazla təmin olunmaqdadır. 2022-ci ilin iyun ayının sonlarında su daşıyan yük avtomobili küçədə manevr edərkən hasarın çöl tərəfindən quraşdırılmış 1802AZ**********17 saylı qaz sayğacını zədələyərək yarasız hala salmışdır. Bu barədə iddiaçı tərəfindən dərhal cavabdehə məlumat verilmişdir. 30 iyun 2022-ci il tarixdə cavabdeh orqanın əməkdaşları ünvana gələrək sayğacı dəyişdirmişlər. Bu barədə ******* saylı akt tərtib olunmuşdur. Sayğac dəyişdirilən zaman tərtib olunmuş aktda sayğacın ekranının işləməməsi barədə qeyd aparılmışdır. Bu ilin mart ayında cavabdeh orqanın əməkdaşları iddiaçıya məktub göndərərək bildirmişdir ki, 1.036 manat borcu yaranıb. Halbuki bu qədər məbləğdə borc yaranması mümkün deyildir. Çünki iddiaçı daimi olaraq orada yaşamır və qaz sayğacı yük avtomobili tərəfindən yararsız hala salınmışdır. Bu barədə iddiaçı tərəfindən BRQSD-yə müraciət olunaraq borcun hansı səbəbdən yaranması barədə məlumat verilməsi xahiş olunmuş və müraciətə cavab gəlmişdir ki, guya qəsdən sayğaca kənar müdaxilələr olunaraq yararsız vəziyyətə gətirilmişdir. Göründüyü kimi borcun hansı səbəbdən yaranması, hansı meyarlara uyğun hesablama aparılması barədə iddiaçıya məlumat belə verməmişlər. Görünən odur ki, çoxsaylı vətəndaşların başına açmış olduqları “müdaxilə” oyununu iddiaçının da başına açıblar. Borc kimi 1.036 manat pul qanunsuz və əsassız olaraq yazılmışdır. Ona görə də əsassız olaraq borc kimi yazılmış olan 1.036 manatın X3 tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı cavabdehin etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin faktiki halları: İş materiallarından görünür ki, iddiaçının borcun silinməsini xahiş etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ev 5445M saylı bağ evi iddiaçının əri X1 mülkiyyətində olmuşdur. X4 10 mart 2023-cü il tarixdə vəfat etmiş, onun arvadı İddiaçı tək vərəsə kimi tanınmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 08/2022 tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı evdə yerləşən sayğacın istismara yararsız olduğu müəyyən olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentə 2022-ci ilə cəmi 1.036,80 manat borc hesablanmışdır və həmin borc məbləği cavabdeh tərəfindən iddiaçıdan tələb edilir. İddiaçı onun istifadəsində olan abonent hesabına yazılmış 1.036 manat məbləğində borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, X5 iddiaçının oğludur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı onun mərhum həyat yoldaşının adına rəsmiləşdirilmiş, ərinin vəfatından sonra iddiaçı onun tək vərəsəsi olaraq tanınmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana baxış keçirilən zaman sayğacın istismara yararsız olması aşkar edilərək akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ondan borc tələb edilmişdir. Məhkəmə qeyd edir ki, abonent saldosunda iddiaçının borcunun 1.036,80 manat olduğu görünsə də məhkəmə işə verilmiş iddia tələbinin həcmində baxmalı olduğundan hazırkı iş üzrə silinməsi tələb edilən 1.036 manat borca münasibətdə məhkəmə iddiaya qiymət verə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1.036 manat borc silinməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan **********05449 saylı abunə koduna hesablanmış 1.036 manat məbləğində cərimə borcu silinməlidir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə məhkəmə xərclərinə də öz qətnaməsində qiymət verməlidir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30.36 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan **********05449 saylı abunə koduna hesablanmış 1.036 (bir min otuz altı) manat məbləğində borc silinsin. Cavabdehndən 30.36 (otuz manat otuz altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6025/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6025/2023
24.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver